"Azərbaycan Dəmir Yolları"nın İdarəsində dava – Rəis işçini döydü - FOTO
Gəncə Lokomotiv Deposunda rəislə işçi arasında yaşanan mübahisə əkbəyaxa davaya çevrilib.
Sonxeber.az-ın məlumatına görə, qurumda maşinist təlimçisi işləyən Sabit Qasımov BAKU.WS-in bölgə muxbirinə bildirib ki, Gəncə Lokomotiv Deposunun rəisi İslam Əsgərov onu ilk olaraq söyüşlə təhqir edib, daha sonra bir neçə dəfə vurub.
"Hadisə zamanı İ.Əsgərov məni çağırdı və yoldaşımla birlikdə ixtisara düşdüyümüzü bildirdi. Mən buna etiraz etdim və bu zaman mübahisə başladı. Məni təhqir etdi və sonra sinə nahiyyəmə bir neçə dəfə yumruq zərbəsi vurdu", - deyə Sabit Qasımov bildirib.
İ.Əsgərov isə məsələyə belə şərh verib:
"Mən onu vurmamışam. Yanımda şahidlər olub. Gəldi otağıma məni təhqir etməyə başladı. Onu otaqdan çıxardılar. Bir müddət sonra mən otaqdan çıxanda qardaşı ilə birlikdə mənim qarşımı kəsdilər. İndi deyir ki, məni vurub. Polis araşdırsın. Aidiyatı orqanlar bu məsələni araşdırsın. Mən kimsəni nə təhqir etmişəm, nə də artıq hərəkət eləmişəm. Hüquq mühafizə orqanı var, onlar araşdırsınlar".
Qeyd edək ki, hadisə ilə bağlı S.Qasımov Gəncə şəhər Prokurorluğuna və Gəncə şəhər Baş Polis İdarəsinə rəsmi məlumat verib.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə Baxılıb: 1615 Tarix: 16 avqust 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAvtoxuliqan polisi maşınla vurub
Tovuzda polis əməkdaşını maşın vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a verilən məlumata görə, sentyabrın 16-da saat 1 radələrində Tovuz şəhəri ərazisində Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş E.Əliyev idarə etdiyi "VAZ-21015" markalı avtomobillə avtoxuliqanlıq edi
17 sentyabr 2021Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü
Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır
16 sentyabr 2021Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ
Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax
11 sentyabr 2021Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO
Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı
14 sentyabr 2021DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə
11 sentyabr 2021Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir
Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər
13 sentyabr 2021Tanışını döyə-döyə öldürdü
Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma
16 sentyabr 2021Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18 sentyabr 2021Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi
Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib
15 sentyabr 2021