Bayıl sürüşmə yamacı ABADLAŞDIRILACAQ

Bayıl sürüşmə yamacı ABADLAŞDIRILACAQSəbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin Səbail rayonu, Bayıl qəsəbəsinin yamacları boyunca baş vermiş torpaq sürüşməsi ilə əlaqədar 92 fərdi yaşayış evinin sökülməsi və söküntü işləri başa çatdırıldıqdan sonra ərazinin abadlaşdırılması ilə əlaqədar elan etdiyi tenderin nəticəsi məlum olub.

Sonxeber.az apa-ya istinadən xəbər verib ki, tenderin qalibi "Şa-İnşaat" MTK olub. Bağlanmış müqaviləyə əsasən, Səbail rayon Mənzil Kommunal Təsərrüfat Birliyi Səbail rayonu, Bayıl qəsəbəsinin yamacları boyunca baş vermiş torpaq sürüşməsi ilə əlaqədar 92 fərdi yaşayış evinin sökülməsi və söküntü işləri başa çatdırıldıqdan sonra ərazinin abadlaşdırılması üçün "Şa-İnşaat" MTK-ya 250 min manat ödəyəcək.

Qeyd edək ki, 2018-ci il fevralın 10-da Bayıl sürüşmə sahəsində, Bakı Televiziya Qülləsi yaxınlığında (teleqüllədən 200-250 m cənub-şərqdə) sürüşmə baş verib. Səbail rayonu Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə sürüşmə nəticəsində 4-ü tam, 2-i qismən olmaqla, 6 ev uçub. Nazirlər Kabineti bu ilin may ayında Bakı şəhəri, Səbail rayonu ərazisində Bayıl dərəsinin yamacları boyunca baş vermiş torpaq sürüşməsi ilə əlaqədar köçürülməsi zəruri olan fərdi yaşayış evlərində yaşayan sakinlərə birdəfəlik maddi yardımın ödənilməsi barədə sərəncam verib. Sərəncama əsasən, Bakı şəhərinin Bayıl yamacındakı sürüşmə zonasından köçürülən 92 fərdi yaşayış evinin sahiblərinə hər bir ev üçün minimum 35 min manat maddi yardım ödənilib. Həmin 92 ailə arasında 27 məcburi köçkün ailəsi də var. Sərəncama əsasən, ümumilikdə, 9 milyon 201 min 533 manat Səbail rayon İcra Hakimiyyətinin hesabına köçürülüb və İcra Hakimiyyəti bu vəsaitlərin müvafiq qaydada bank hesablarına köçürülməsini təmin edib. Başqa sözlə, 92 fərdi yaşayış evində yaşayanların köçürülməsi üçün birdəfəlik yardım qismində 8 milyon 920 min 312 manat, bank xərcləri üçün 31 min 221 manat ayrılıb.

Fərdi evlərin sökülməsi və tikinti illəri başa çatdıqdan sonra ərazinin abadlaşdırılması üçün 250 min manat ayrılıb.

Sərəncama əsasən, evlərinin sahəsi az olan ailələr xüsusi olaraq nəzərə alınıb və 35 min manat minimum maddi yardım da məhz bu səbəbdən müəyyənləşdirilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 997   Tarix: 17 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Araz Ağalarov danışdı: "20 ildə belə bir şey olmamışdı" - VİDEO

Moskvada yerləşən "Crocus City Hall"un sahibi Araz Ağalarov ilk dəfə olaraq martın 22-də konsert zalında baş verən terror aktına münasibət bildirib. O, oğlu Emin Ağalarov və filial direktoru Roman Qraçovla birlikdə hadisə yerinə baş çəkib. "Dəhşətli faciə baş verdi və artıq deyildiyi kimi

24 mart
.

Sabirabadda "Mercedes" markalı minik avtomobili yanıb

Sabirabad rayonunun Çöl Beşdəli kəndində "Mercedes" markalı minik avtomobili yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

24 mart
.

Sevgilisi ilə birlikdə xanımını döyən həkim ölkədən qaçıb? - Həyat yoldaşından AÇIQLAMA

Bir müddət əvvəl sevgilisi ilə birlikdə həyat yoldaşını döyən tanınmış həkim-onkoloq İbrahim Əsədli ölkəni tərk edib. Bu barədə "Unikal"a açıqlamasında İbrahim Əsədlinin həyat yoldaşı Aynur Əsədli məlumat verib. O qeyd edib ki, mart ayının 21-də və ondan sonrakı günlərdə İbrahim Əsədli ev

24 mart
.

Yeni Günəşlidə evdən 2000 dollar apardılar - YAXALANIB

Yeni Günəşlidə oğurluq hadisəsi olub. DİN-in mətbuat xidmətindən -a verilən məlumata görə, martın 22-də paytaxtın Yeni Günəşli qəsəbəsində evlərin birindən 200 ABŞ dollarının oğurlanması barədə polisə məlumat daxil olub. Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurlu

24 mart
.

Qərbi Azərbaycan Xronikası: Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Liliparın təqdimatında "Qardaşının amansızlıqla qətli Mustafa bəy Topçubaşovun İrəvandan köçməsinə səbəb oldu" adlı süjet hazırlanıb. xəbər verir ki, verilişdə görkəmli cərrah-alim, ictimai və dövlə

24 mart
.

Dəllək necə terrorçu oldu?-SENSASİON FAKTLAR

Moskva vilayətindəki "Crocus City Hall" konsert zalında terror aktı törətməkdə şübhəli bilinən şəxslər paytaxtın şimalında yerləşən "Okruzjnoy" otelində qalıblar. Rusiya mediası həmin oteldən görüntüləri dərc edib. Otel sahibi deyib ki, onlar martın əvvəlində otaq götürüblər, özlərin

23 mart
.

Qatillər zaldakılardan nə tələb ediblər? – Hadisə şahidi danışır

"Crocus Siti Holl"da terrorçular heç nə tələb etməyiblər, onlar yaxşı hazırlaşmışdılar. -a istinadla xəbər verir ki, bunu terror aktının şahidi Andrey Lesnıx "İzvestiya" portalına açıqlamasında deyib. Zalda bacısı ilə birlikdə olan Andrey Lesnıx ilk təxliyə edilənlərdən olub. Hadis

24 mart
.

Terrorçuların daha bir vəhşiliyi: Hadisə yerindən qaçarkən avtomobilli qəsdən uşağın üstünə sürüblər

"Crocus City Hall"da terror aktını törədən şəxslər hadisədən dərhal sonra oradan uzaqlaşarkən idarə etdiyi avtomobillə uşaq vurublar. Bu barədə qəza nəticəsində yaralanan və hazırda reanimasiyada olan oğlan uşağının anası məlumat verib. Qadın bildirib ki, terrorçular ağ rəngli "Renault"

23 mart
.

Baltalı şəxs onlarla rusu belə xilas edib: "Haradan kəsə biləcəyini axtarırdı"

"Crocus City Hall" konsert zalına gələnlərdən biri balta ilə bir neçə qapını deşərək onlarla rusiyalını xilas edib. xəbər verir ki, bu barədə "İzvestiya"ya terrordan sağ çıxan Tatyana adlı qadın məlumat verib . Onun sözlərinə görə, o, "Crocus"a əvvəlcədən gəlib. Qadın eskalatorl

24 mart