Bu gün dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilir.
DİM-dən Sonxeber.az-a bildirilib ki, İmtahan Bakı şəhərində təşkil olunub. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 383, BB qrupu üzrə 1118 olmaqla ümumilikdə 1501 namizəd qeydiyyatdan keçib.
Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası" da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. İmtahanların idarə olunmasına 5 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 151 nəzarətçi‑müəllim, 5 bina nümayəndəsi ayrılıb.
Namizədlərlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- "İmtahana buraxılış vərəqəsi".
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 1052 Tarix: 18 avqust 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakıda süd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2578-ci məhəllə ünvanında yerləşən, fiziki şəxs Məmmədov Rasif Əlibəy oğluna məxsus süd və süd məhsulları istehsalı sexində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməməs
17 avqust 20194 gün iş, 3 gün istirahət - Azərbaycan buna hazırdırmı?
Ekspert: "4 günlük iş rejiminə keçid bilavasitə iqtisadiyyatın inkişafı ilə bağlı olan məsələdir". Xəbər verdiyimiz kimi, Rusiya əmək haqqının saxlanması şərti ilə işsizliyin qarşısını almaq və həyat keyfiyyətini artırmaq üçün həftədə 4 günlük iş rejiminə keçməyə hazırlaşır. Belə ki, Rusiyanı
17 avqust 2019BAKIDA cəmi 42 manata insanları varlandıran kor falçı qadın peyda olub - VİDEO
Son zamanlar falçılıq, ekstrasenslik edənlərin sayı artmaqdadır. Ölkə.az-a istinadən xəbər verir ki, onların bir çoxunun dələduz olduğunu hər kəs bilir. Lakin bu şəxslərə inananlar da az deyil. Bəzi məşhur falçılar indi dələduzluğun yeni üsulunu tapıblar - internet vasitəsi ilə amulet satırlar. Guy
17 avqust 2019Azərbaycanlı gənc erməni qızına Azərbaycan mahnısı OXUTDU – VİDEO
Azərbaycanlı gənc Gürcüstanın Tbilisi şəhərində erməni qızına Azərbaycan mahnısı oxutdurub. xəbər verir ki, Erməni qızı Azərbaycanlı oğlanın israrlarından sonra "mən səni qəlbimə gizləmişəm" adlı mahnını ifa edib. Həmin görüntüləri təqdim edirik:. "
17 avqust 2019Bakıda dilənçilər azyaşlı uşaqları oğurlayır - Polisdən XƏBƏRDARLIQ
Bakı şəhər Baş Polis İdarəsi əhaliyə dilənçilərlə bağlı xəbərdarlıq edib. İdarədən -a daxil olan məlumatda deyilir: "Paytaxtda dilənçilik həyat tərzi keçirən qadının azyaşlı uşaqları oğurlayaraq Bərdə rayonuna aparması cəmiyyət üçün kifayət qədər həyacanlı xəbər oldu. Polisin keçirdiyi intensi
17 avqust 2019Azərbaycanda vəzifəli şəxs işdən ÇIXARILDI
Salyanda vəzifəli şəxs işdən çıxarıldı. Salyan Telekommunikasiya Qovşağının rəisi Nicat Əsgərov tutduğu vəzifədən azad edilib. Qeyd edək ki, N.Əsgərov bu vəzifəyə 2016-cı ildə təyin olunub. Bundan əvvəl o, Dövlət Statistika Komitəsinin Salyan rayon şöbəsinin müdiri işləyib
17 avqust 2019Sabah DƏHŞƏTLİ isti olacaq - XƏBƏRDARLIQ
Azərbaycanda avqustun 18-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən -a verilən məlumata görə, sabah Bakıda cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-23, gündüz 30-34 isti olacaq. Abşeron çimərliklərində cənub-şər
17 avqust 2019