İnfarkt və insultun qarşısını alan qidalar

İnfarkt və insultun qarşısını alan qidalarBir çox xəstəliklər vardır ki, onlar qanın laxtalanmasının çox olması səbəbindən baş verir. Bu xəstəliklərə infarkt, insult, tromboflebit, venaların varikoz genəlməsi və s. aiddir. Sadalanan xəstəliklərin əmələ gəlmə səbəbini birləşdirən ortaq nöqtə qanın laxtalanma qabiliyyətinin çox olmasıdır. Qanın laxtalanma qabiliyyəti çox olduqda o damarlarda normal dövr edə bilmir və hərəkət etdiyi nahiyələri lazımınca qidalandırmır. Bu ən çox beyin qan damarlarında baş verdiyi zaman daha təhlükəli olur. Qan dövranının zəifləməsi qanın işlədiyi yeri yetərincə oksigenlə qidalandırmadığı üçün həmin nahiyələr oksigen aclığı yaşayır. Bu orqanizmin istənilən orqan və toxumalarında baş verə bilir. Qanın yaxşı işləmədiyi nahiyələrdə isə infarkt,i nsult və bu kimi müxtəlif xəstəliklər meydana çıxır. Bunun baş verməməsi üçün isə xəstələr uzun müddət qan duruldan dərmanlardan istifadə edir. Amma bəzi qidalar da vardır ki, onları qida rasionunuza daxil etməklə siz qanınızın laxtalanma qabiliyyətini normallaşdıra bilərsiniz. Sizləri qanın tərkibinin dəyişilmsinə təsir edən qida maddələrini təqdim etmək istəyirəm.
1. Qanı duruldan qidalar.
Çoxlu su için. Su dedikdə mütəxəssislər təbii bulaq suyunu nəzərdə tutur. Hər böyük adam ən azı gün ərzində 2-2,5 litr su içməlidir. Bu ən çox isti havalarda vacib sayılır. Bol içilən təbii su qanda trombların əmələ gəlməsinin qarşısını alır. Bundan başqa mütəxəssislər profilaktika məqsədilə qanın laxtalanmasının azalması üçün aşağıdakı qidalardan istifadə etməyi məsləhət bilir:
* zeytun və kətan yağı
* alma sirkəsi
* sarımsaq və soğan (mütəmadi olaraq istifadə etmək)
* limon
* günəbaxan tumu
* çuğundur
* tomat və pomidor
* zəncəfil
* moruq, çiyələk, böyrütkən, albalı.
Bu sadalananların hər gün ən azı ikisinin süfrədə olması qanın laxtalanmasının qarşısını alır.
2. Mütəxəssislər qanın laxtalanmasını sürətləndirən qidaların adlarını açıqladılar. Bunlara aiddir:
* ət bulyonu
* kolbasa və sosiska
* hisə verilmiş qidalar
* ağ çörək
* qaymaq
* bağayarpağı
* banan və manqo
* bəzi bitki çayları (pişikotu, qarğıdalı saçağı, aloe, dəvədabanı)
3. Qanı az miqdar qatılaşdıran maddələr
* siqaret
* spirtli içkilər
* çoxlu duz qəbulu
* sidikqovucular
* hormonlar dərmanlar.
Mütəxəssislər qanın normal işləməsi və bütün toxumaları qidalandırması üçün çoxlu piyada gəzməyi, idmanla məşğul olmağı məsləhət bilirlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1276   Tarix: 18 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

9 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Oynaqlarınız ağrıyırsa, bunları yeyin

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir. -a istinadən bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyi məsləhət görür. - Zülal orqaniz

8 sentyabr 2021
.

Qatığı heç bir xörəyə, yeməyə qarışdırıb yemək olmaz - Səbəbi AÇIQLANDI

Qatığı heç bir xörəyə, qidaya qatıb yeməyin. Hətta kükü, pörtləmə, dolmaya belə sarımsaq qatıq əlavə edib yemək adətimiz əslində mədəyə, həzmə, ümumi orqanizmə zərərdir. -a istinadən xəbər verir ki, bunu tanınmış həkim Seyfəddin Əsəd deyib. "Qatıq mədənin turşuluğunu yuyur. Əti, yeməyi həzmə verə

13 sentyabr 2021
.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

Evdə dəfnə yarpağı yandırmağın - FAYDALARI

Roma, yunan təbiblərinin və sərkərdələrinin sevimli ağacı dəfnənin barəsində hələ sovet dövrünün qəzetlərində möcüzəvi təsir etməsi barədə yazılırdı. evdə dəfnə yarpaqları yandırmağın psixoloiji və fiziki bədənə faydalarını təqdim edir:. - İltihabəleyhinə. - Mikrob, bakteriya əleyhinə. - Yarasağaldıcı

16 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021
.

Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!

Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar

13 sentyabr 2021