Maqnit qasırğası kimlərə daha çox təsir edir? – Həkimlərdən XƏBƏRDARLIQ

Maqnit qasırğası kimlərə daha çox təsir edir? – Həkimlərdən XƏBƏRDARLIQGeomaqnit qasırğalarının orqanizmə bir çox mənfi təsirləri ola bilər. Bu, daha çox ürək, qan-damar və sinir sisteminə mənfi təsir edir. Atmosfer təzyiqində baş verən dəyişikliklər artıq çəkili, ürək-damar problemlərindən əziyyət çəkənlər, infarkt keçirmiş şəxslər üçün daha çox narahatlıq yaradır.

Sonxeber.az e-tibb.az-a istinadən bildirir ki, bunu kardioloq Oqtay Musayev deyib. Onun sözlərinə görə, qeyd olunan xəstəliklərdən əziyyət çəkən, eləcə də yaşlı insanlar elektromaqnit dalğalarında olan dəyişiklikləri daha çox hiss edirlər.

Həkim bildirib ki, maqnit qasırğasının təsirləri əsasən bir neçə gün büruzə verir. Daha çox meteohəssas insanlarda təzyiqin birdən-birə dəyişməsi qeydə alınır. Bu müddətdə tamamilə sağlam insanlarda belə, qan təzyiqinin yüksəlməsi halları olur.

O, geomaqnit qasırğası gözlənilən günlərdə Günəş şüalarının birbaşa təsiri altında, açıq havada olmamağı, saat 10-dan 17-18-ə qədər bayıra çıxmamağı, sərin yerdə vaxt keçirməyi, gün ərzində 2 litrədək maye qəbul etməyi tövsiyə edib. Həkim vurğulayıb ki, təzyiq yüksəlməsi, ürək tutmaları, başqa hər hansı narahatlıq yaranarsa, mütləq həkimə müraciət etmək lazımdır.

Nevroloq Nailə Ələkbərova da qeyd edib ki, geomaqnit qasırğası nevroloji xəstəliklər içərisində əsasən insult riskini artırır. Aparılan tədqiqatlar göstərir ki, Günəşin solar aktivliyi artdıqca müxtəlif yaş qruplarında da insult riski artmış olur. Aşağı dərəcədə geomaqnit qasırğası 7-12 faizə qədər, güclü qasırğa isə 41 faizə qədər insult riskini artıra bilər.

Mütəxəssis əsasən, təzyiq, şəkər xəstələrini, infarkt, insult keçən şəxsləri diqqətli olmağa çağırıb. Onun sözlərinə görə, insult keçirən xəstələrin bu günlərdə qan təzyiqi, şəkər kimi əlavə problemlərini nəzarətdə saxlamaları məsləhətdir. Bundan başqa, qollarda, ayaqlarda gücsüzlük, görmə pozulması, baş ağrısı, kimi şikayətləri olanlar vaxt itirmədən həkimə müraciət etməlidirlər.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, 5-7 avqustda Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır.

Bildirilib ki, proqnoz dövründə (5 - 7 avqust) Günəş küləyi parametrlərinin nisbətən güclənəcək: "STEREO-A PLASTIC kosmik aparatının verdiyi məlumatlara görə küləyin sürəti 575 - 600 km/san-yə qədər artacaq. Proqnoz dövründə ilk iki gün (5, 6 avqust) müsbət qütblülüyə malik CH HSS effektinin təsiri ilə G1- Minor aşağı (Kp=5) səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Sonuncu proqnoz günü isə (7 avqust) geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə (Kp=3, 4) əvəzlənəcək. Ümumən sakitlik (Kp=2, 3) proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 15%-dən, sonuncu gün isə 10%-dən aşağı qiymətləndirilir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1333   Tarix: 18 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyaya yayılan "Mu" ştamı: Əlamətləri nələrdir?

Koronavirusun "Mu" variantı dünyaya yayılmaqda davam edir. Artıq Türkiyədə 2 nəfərdə bu ştam aşkarlanıb. Bəs "Mu" ştamı nədir? Əlamətləri hansılardır?. həmin araşdırmanı təqdim edir:. Vaksinin təsirini azaldırmı?. "Hürriyet"in xəbərinə görə, "Mu" ştamının ən önəml

8 sentyabr 2021
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

17 sentyabr 2021
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

9 sentyabr 2021
.

Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq

COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır

8 sentyabr 2021
.

"Mu" ştammının Deltadan fərqi - Yoluxma əlamətləri hansılardır?

Koronavirus infeksiyası bütün dünyada sürətlə yayıldığı halda yeni variantları da yaranır. Bu dəfə Covid-19-un "Mu variantı" ortaya çıxıb. xəbər verir ki, vaksinlərə qarşı dözümlü bu ştammda əlamətlər nəfəs darlığı, boğulma, boğaz ağrısı, iştahsızlıq, qusma, ürəkbulanmadır. Xəsətlik zaman

9 sentyabr 2021
.

Möcüzəli ədviyyat DARÇIN - Hər dərdin dərmanı

"Cinnamomum" ağacının qabığı olan ətirli darçın tez-tez yemək və şirniyyatların hazırlanmasında istifadə olunur. Lakin bir çox digər ədviyyatlar kimi, darçın həm də çoxsaylı müalicəvi xüsusiyyətlərə malikdir və sağlamlığı qorumağa və bərpa etməyə yardım edir. Darçın orqanizmə güclü antibakterial

13 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!

Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar

13 sentyabr 2021
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. -

13 sentyabr 2021