Sadə çay verməyən restoranlarla bağlı TƏKLİF

Sadə çay verməyən restoranlarla bağlı TƏKLİF"Regionlarda bir çox ictimai iaşə müəssisələrinin müştərilərə yalnız çay verməkdən imtina etməsi halları çoxalıb. Belə ki, müəssisə sahibləri müştərilərə təkcə yemək verə biləcəklərini bildirirlər. Məqsəd isə bu yolla daha çox qazanc əldə etməkdir".

Sonxeber.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, çay vermək imkanı olan bütün ictimai iaşə müəssisələri onlara müraciət edən bütün müştəriləri razı salmalıdır:

"Müştəriyə düzgün qulluq göstərilməlidir, onun çay istəyinə belə, yox deyilməməlidir. Müəssisə sahiblərinin əsas missiyası və funksiyası müştərilərə xidmət göstərib razı salmaqdır. Müştərilərə edilən hörmətsizlik sahibkarın və ya müəssisə rəhbərinin işi düzgün qura bilməməsindən, yalnız şəxsi gəlir əldə etmək istəyindən irəli gəlir. Yalnız yemək verməklə daha çox gəlir qazanacaqlarını düşünürlər. Bu səbəbdən də müştərilərə qarşı belə hörmətsizlik edirlər".

M.Ağakərimov bildirib ki, xaricdə istənilən kafedə adi su və kofe sifariş vermək mümkündür. Bizdə isə hələ də bu ənənə formalaşmayıb:

"Hətta müştərinin çay içmədiyini və ya yemək yemədiyini görüb ona xidmət göstərməkdən imtina edirlər. Müştərilərin, turistlərin sifarişlərini yerinə yetirmək lazımdır ki, gələcəkdə onlar yenə həmin müəssisəyə gəlsinlər. Çünki müştəri bu gün su içə bilər, sabah da yemək yeyə bilər. Hətta növbəti dəfə həmin yerə öz dostları gedə bilər. Lakin bəzi müəssisə sahibləri bu məqamları görə, anlaya bilmirlər. Bu da onların məhdud düşüncəsindən, ümumilikdə işi yaxşı bilməməsindən asılıdır.
Bakıda da bəzən belə hadisələr olur. Hansısa çay evində və ya restoranda əyləşdiyin zaman çayın yanında dəsgahı da gəlir. Həmişə də yalnız çay dəsgahının olduğunu deyirlər. Amma başa düşə bilmirlər ki, müştəri sadəcə qəndlə bir stəkan çay içmək istəyir. Süni şəkildə qiyməti artıraraq 15-20 manatlıq çay dəsgahını nə üçün müştəriyə sırıyırlar?"

Assosiasiya rəsmisi əlavə edib ki, müştərilərə qarşı hörmətsizlik edən bütün ictimai iaşə müəssisələrinin adları ictimaiyyətə açıqlanmalıdır:

"Bununla sahibkarları utandırmaq lazımdır. Çünki onların belə hərəkəti milli adət-ənənələrimizə də uyğun deyil. Sahibkarlar müştərilərə yalnız gəlir mənbəyi kimi baxır. Bununla da yavaş-yavaş mənəviyyatlarını itirirlər. Onlar daha çox qazandıqlarını düşünürlər, amma gələcəkdə daha çox uduzacaqlarını anlamırlar.

Müvafiq qurumun nümayəndələri regionlarda və Bakıda həmin obyektləri müəyyənləşdirməlidir. Obyektin adı çəkiləndə insanlar ora getməyəcəklər. Bu da maarifləndirmənin bir növüdür. Cəza verilmir, sadəcə ad çəkilir. Məhz bu addımdan sonra belə hallara çox da yol verilməyəcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2012   Tarix: 19 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir" - DEPUTAT

Azərbaycanda 65 yaşında olan heç bir müəllim təqaüdə getmək istəmir. O cümlədən, səhiyyə sahəsində çalışanlar bununla razılaşmır. xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. Deputatın sözlərinə görə, onlar xahi

29 mart
.

Kart hesablarınız bu yolla OĞURLANIR - Əhalinin DİQQƏTİNƏ!

Smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bununla belə, bu qurğular kiberhücumların və zərərli proqramların hədəf nöqtəsi olub. Kiberhücumçular və zərərli proqramlar tez-tez Android əməliyyat sisteminə üstünlük verirlər. Çünki bu smartfonlardan məlumatları oğurlamaq daha asandır. Lakin so

29 mart
.

Məhkəmə Ələsgər Məmmədli barədə qərar qəbul edib

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində "Toplum TV" işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub. "Report" xəbər verir ki, hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onunla bağlı ev dustaqlığına buraxılması üçün verilən vəsatətə baxılıb

29 mart
.

Evlənməyə hazırlaşan gənclərə vacib xəbərdarlıq: Hər şeyinizi itirə bilərsiniz!

Azərbaycanda ən çox rast gəlinən problemlərdən biri də boşanma zamanı əmlak bölgüsü üzrə mübahisələrdir. Bu kimi məsələlərdə yeganə çıxış yolu nikah zamanı ya da evləndikdən sonra nikah müqaviləsi bağlamaqdır. Hüquqşünaslar bildirir ki, belə olduğu zaman tərəflərdən hər hansısa biri digərinin hüququn

29 mart
.

Uçot dərəcəsinin azaldılması kredit faizlərinə necə təsir göstərəcək? - AÇIQLAMA

Mərkəzi Bankın uçot dərəcəsinin azaldılması ilə bağlı qərarı həm infilasiya səviyyəsinin optimallaşması, eyni zamanda, makroiqtisadi stabilliyin qorunması ilə bağlıdır. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib. O qeyd edib ki, əslində, proses 2023-c

29 mart
.

Taksi sürücüləri yeni qərara etiraz edir – "Onsuz da şirkətlər belimizi qırırdı"

Nazirlər Kabineti taksilərlə bağlı yeni dəyişikləri təsdiqləyib və elə həmin gündən, yəni martın 27-dən ciddi müzakirələr başlayıb. Müzakirələr əsasən taksilərə dair tələblərə yönəlib. Yeni qərara görə, buraxılış tarixi 15 ildən çox olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulur. Bu isə o deməkdi

29 mart
.

İsmayıl Tamoyev Bakı həbsxanasında öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum İsmayıl Tamoyev dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır

29 mart
.

Bakının bu hissəsində marşrut avtobusları üçün yenilik - Foto

Bu gündən 12 müntəzəm marşrut xətti üzrə 181 avtobus "Gənclik" metrostansiyasının yanında yaradılan yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Belə ki, qurum tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyya

29 mart
.

Milli Məclis Naxçıvanla bağlı qərar verdi

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir. Bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında müzakirəyə çıxarılan "Media haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçis

29 mart