Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR
Sentyabrın 16-da (Sentyabrın 15-i bazar gününə düşdüyü üçün dərslər bir gün sonra start götürəcək) ölkədə yeni tədris ilinin başlaması ilə bağlı nəqliyyat sahəsində də yeniliklər gözlənilir.
Sonxeber.az xəbər verir ki, məktəbli və tələbələrin tədrisə başlaması paytaxtda nəqliyyat sıxlığını istisna etmir.
Bakıda hər il olduğu kimi müşahidə ediləcək nəqliyyat sıxlığı ilə əlaqədar "Bakı Metropoliteni" QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında yeni tədris ili ilə bağlı hazırlaqların görüldüyünü və bəzi yeniliklərin olacağını açıqladı.
"Yeni tədris ili üçün bizdə xüsusi olaraq iş qrafiki mövcuddur. Bu, payız-qış qrafikinə keçiddən ibarətdir. Qatarların hərəkəti daha da sıxlaşdırılacaq və intervallar azalacaq. Bundan əlavə, yaxın günlərdə iki qatar xəttə buraxılacaq. Bu ayın axırına kimi daha iki qatar gətiriləcək. Yeni tədris mövsümündə Bakı metropolitenində kondisionerlə təchiz edilmiş qatarların sayı 11, vaqonların sayı isə 55 olacaq",- deyə Bəxtiyar Məmmədov əlavə edib.
Xatırladaq ki, bu ilin yanvar-aprel ayları ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 77,1 mln. nəfər olub.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 2180 Tarix: 19 avqust 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Gənc oğlanlardan Həcc ziyarətində BİABIRÇI HƏRƏKƏT - VİDEO
Həcc ziyarətində gənclər kart oynayıblar.. . Sonxeber.az xəbər verir ki, gənclərin ziyarətdə kartla oynaması müzakirələrə səbəb olub. . . Videodan göründüyü kimi, gənclər açıq şəkildə kart oynamaqdan çəkinməyiblər.. . Onların bu hərəkəti birmənalı qarşılanmayıb. Bir çoxu onların Həcc ziyarətində quma
19 avqust 2019Vilayət Eyvazovun etdiyi islahatlar - Kim hara təyin edilib? (SİYAHI)
Vilayət Eyvazov 20 iyun 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən daxili işlər naziri təyin edildikdən sonra hüquq-mühafizə orqanlarında bir sıra islahatlara imza atıb.. . Sonxeber.az general-polkovnik Vilayət Eyvazovun geridə qalan 2 ay ərzində həyata keçirdiyi təyinatları və islahatların siyahısın
19 avqust 2019Əhaliyə ŞAD XƏBƏR: Bu xidmət pulsuz olacaq - Baş nazirdən QƏRAR
Azərbaycanda "Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası"ı təsdiq edilib.. . Sonxeber.az xəbər verir ki, Baş nazir Novruz Məmmədov tərəfindən təsdiq edilən qaydaya əsasən, "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olara
19 avqust 2019Sadə çay verməyən restoranlarla bağlı TƏKLİF
"Regionlarda bir çox ictimai iaşə müəssisələrinin müştərilərə yalnız çay verməkdən imtina etməsi halları çoxalıb. Belə ki, müəssisə sahibləri müştərilərə təkcə yemək verə biləcəklərini bildirirlər. Məqsəd isə bu yolla daha çox qazanc əldə etməkdir".. . Sonxeber.az xəbər verir ki, bunu Oxu.Az-
19 avqust 2019Çörək alarkən və saxlayarkən nəyə diqqət yetirməli?
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Trend.az saytının birgə layihəsi olan "AQTA maarifləndirir" rubrikası davam edir. Rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materaillar, sağlam qidalanma ilə bağlı tövsiyələr
19 avqust 2019Müəllimlərin işə qəbulu üzrə müsahibə BAŞLADI
Bu gündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır.. . Təhsil Nazirliyindən verilən məlumata görə, 19-23 avqust tarixlərində müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək. Bu mərhələdə vakant yer tutmuş 3728 nəfərin iştirakı gözlənilir.
19 avqust 2019Qəzaya düşən pilotumuzun dəfni keçirilir? - AÇIQLAMA
Baş vermiş hadisə və aparılan axtarışla bağlı yeganə yeni məlumat təyyarənin "qara qutusu"nun tapılmasıdır. Bu, təbii ki, təyyarə ətrafında gedən tədqiqatları asanlaşdıracaq.. . Sönxeber.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Hərbi Hava Qüvvələrinin qəzaya uğrayan MiQ-29 təyyarəsini
19 avqust 2019