Lalədən Elçinə cavab: "Ermənicə mahnı oxumamışam"

Lalədən Elçinə cavab: "Ermənicə mahnı oxumamışam"Əməkdar artist Lalə Məmmədova teleaparıcı Elçin Əlibəylinin "Popumuz var!" proqramında onu tənqid etməsinə münasibət bildirib.

Sonxeber.az axşam.az-a istinadla xəbər verir ki, sənətçi bu haqda fikirlərini sosial şəbəkədə yazıb:

"Söhbət məndən gedirsə, o zaman qorxmasınlar, adımı çəksinlər, dediklərinin arxasında durub, sübuta yetirsinlər, məhkəmədə görüşək.

Zamanında heç kəsdən qorxmadım, gördüyüm hadisəyə münasibətimi bildirdim, heç kəsin şəxsi işinə qarışmadan sözümü ünvanına, sahibinə qadınlığımla açıq-aşkar dedim. Lazım gələrsə, nəinki Maral, bütün haqları tapdanmış qadınların arxasında durub, yenə də sözümü deməyə hazıram!

İllərdir xalqıma və incəsənətimə vicdanla xidmət etdim, oxuduğum mahnıların vergül nöqtəsinə qədər ehtiyatla yanaşdım, bəziləri kimi əsrlərdən bugünə gəlib çıxan xalq mahnımızı illərdir analarımızı gözüyaşlı qoyan, torpaqlarımızı işğal edən, 1 milyondan çox azərbaycanlını evindən didərgin salıb, qaçqın edən bədxah ermənilərin dilində oxumadım!".

Xatırladaq ki, Maral Tahirqızı ilə verilişində qalmaqal yaşayan E.Əlibəyli bu hadisə ilə bağlı fikir bildirən L.Məmmədovanı saxtakarlıqda ittiham etmişdi:

"Bəzi "müğənniciklər" Maral Tahirqızını müdafiə etdi. Biri də var, həm müğənnidir, həm "alim". İnsan hər gün toydadır, mahnı yazdırır, klip çəkdirir, uşaq böyüdür, vaxt tapır bir dəfə boşanır da, üstəlik, elmi məqalalələr də yazıb, elmlər namizədliyini müdafiə edib. Bütün bunları necə çatdırıb, bilmirəm. Saxta müğənni olduğu kimi, saxta da alimdir. Saxta da fikirlər söyləyir. Necə ki, fəaliyyəti bütövlükdə saxtadır. Yaradıcılığı kserokopiyadan ibarətdir. Azərbaycanın çox məşhur müğənnisinin, böyük sənətkarının oxşarıdır. O, oxuyanda hamıya elə gəlir ki, başqası oxuyur. Onun müdafiəsi riyakarlıq idi. Sən özün lağ edənlərdən birisən".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3181   Tarix: 21 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məşhur müğənni anasının ölümündə Putini günahlandırdı

Məşhur müğənni Tamara Qverdtsiteli anasının ölümünə görə Putini bağışlamayacağını bildirib. -ın Gürcüstan mətbuatına istinadən xəbərinə görə, məşhur gürcü müğənnisi Tamara Qverdtsiteli Rusiya prezidenti Vladimir Putini 2022-ci ildə vəfat edən anasının ölümündə ittiham edib. Bu məlumatı Ukraynanın xal

6 aprel
.

"Çakır yaxşı adam idi, Allah rəhmət etsin" - Oktay Kaynarca

"Kurtlar Vadisi" serialında Çakır obrazının ölüm ildönümü ilə bağlı o rolu oynayan aktyor Oktay Kaynarca paylaşım edib. xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə zarafatyana video paylaşıb. "Rəhmətliyin 20-ci il dönümündə Allahdan rəhmət, sevənlərinə başsağlığı diləyirəm. Alla

8 aprel
.

Safurə həyat yoldaşı ilə Dohada - Video+Fotolar

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva Ramazan bayramında həyat yoldaşı Fərhad Əliyevlə Qətərə gedib. Axşam.az xəbər verir ki, müğənni Dohada lentə aldığı görüntüləri sosial medi hesabında izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, F.Əliyev mərhum energetika naziri Natiq Əliyevi

12 aprel
.

Nazpəri Dostəliyeva TANINMAZ HALDA - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva yeni görünüşü ilə diqqət çəkib. xəbər verir ki, yeni klipinin çəkilişində 64 yaşlı müğənninin üzündəki dəyişiklik gözdən yayınmayıb. Həmin görüntülər sosial şəbəkə istifadəçilərinin də marağına səbəb olub

14 aprel
.

"Məni burada sayan yoxdur" - Elməddindən etiraz

Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub. "Ölkə.az" Axşam.az-a istinadla xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev. Müqayisə edəndə çoxu deyir ki, heyi

15 aprel
.

Dilarə Əliyeva bunu ilk dəfə edəcək

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, aktrisa ilk dəfə solo "stand-up" konserti verəcəyini açıqlayıb. O, bunu ad günü münasibəti ilə edəcəyini deyib:. "Oktyabrın 27-də ilk solo "sand-up" konsertim olacaq. Hazırlıqla

14 aprel
.

Kəmalə Piriyeva: "Evdə qalmış" deyəndə ağıla ilk mən gəlirəm" - VİDEO

Aparıcı-aktrisa Kəmalə Piriyeva maraqlı açıqlamalar verib. Sənətçi ailə qurmamasından danışıb. Bu barədə o, "Rəngarəng səhər" verilişində söz açıb. "Hə, "evdə qalmışam". Ona görə də "Evdə qalmış" filmi çəkiləndə rejissorun ilk ağlına gələn aktrisa mən olmuşam. Mən d

4 aprel
.

8 milyona restoran tikdiribmiş: Müğənninin sirrini açdı - ŞOK ETİRAF

ARB televiziyasında yayımlanan "Günaydın Azərbaycan" verilişində müğənni Elşad Qarayevlə bağlı maraqlı fikir səsləndirilib. Verilişin qonaqlarından biri olan aşıq Telli Borçalı bildirib ki, Elşad Qarayev yeni tikdirdiyi restoranı üçün 8 milyon manat xərcləyib. O, bu məlumatı Elşad Qarayevi

5 aprel
.

Qətlə yetirilən müğənninin bacısından ŞOK FAKTLAR: "Əri onun adından mesaj yazırdı" - VİDEO

Qətlə yetirilmiş müğənni Yaqut Həşimovanın bacısı canlı yayımda açıqlama verib. xəbər verir ki, qətlə yetirilmiş müğənninin bacısı Şəlala Nərimanqızı "Bizimləsən" verilişində bildirib ki, bacısını öldürən ərinə 17 il həbs cəzası verilib. Şəlalə Nərimanqızının sözlərinə görə, bacısını əri tama

7 aprel