Əcnəbilərlə quda olan məmurlarımız - Elmar Məmmədyarov bu sırada İLK deyil

Əcnəbilərlə quda olan məmurlarımız - Elmar Məmmədyarov bu sırada İLK deyilAzərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Amerikada yaşayan oğlu Riyad Məmmədyarovun əcnəbi xanımla ailə qurmması yerli mətbuatın diqqət mərkəzinə düşən hadisə olub .

Riyad Məmmədyarov tələbə yoldaşı olmuş Aleks Zapalla adlı amerikalı xanımla ailə həyatı qurub. Məlumatlarda Nyu-York şəhərində keçirilən toy mərasimin sadəliyi ilə diqqət çəkdiyi vurğulanır.

Azərbaycanın xarici işlər nazirinin ailəsində yaşanan bu xoşməramlı hadisə azərbaycanlılarla əcnəbilər arasında bağlanan nikahların da gündəmə gəlməsinə səbəb olub.

Ədliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2018-ci ildə Azərbaycan vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında 2256 nikah bağlanıb. Həmin şəxslərlə pozulmuş nikahların sayı isə 149 olub.

2019-cu ilin 2 ayı ərzində isə ölkəmizdə əcnəbilər və vətəndaşlığı olmayanlarla azərbaycanlılar arasında 274 nikah bağlanıb. Əcnəbilərlə nikaha girən şəxslərdən 134 nəfəri kişilər, 140-ı qadınlardır.
Azərbaycan vətəndaşı olan qadınlar əsasən, Türkiyə, Rusiya Fedrasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikaha giriblər.

Yeri gəlmişkən, xarici işlər naziri Elmar Məmmədyarov əcnəbilərlə qohum olan ilk məmur deyil.

Modern.az-ın bu istiqamətdə apardığı kiçik bir araşdırmanın nəticəsi belə deməyə əsas verir.

Məsələn, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov da qeyri-azərbaycanlı ilə quda olub. Və bu hadisə onun nazir işlədiyi müddətdə (7 fevral 2006-cı ildən 22 oktyabr 2013-cü il kimi) baş verib. Belə ki, F.Ələkbərov əmək və sosial müdafiə naziri işlədiyi 2009-cu ilin iyununda Rusiya Gömrük Komitəsinin sədr müavi ilə qohum olub. Azərbaycanlı nazir qızını rus məmurun oğluna ərə verib. Belə məlumatlar var ki, toy mərasimi Yunanıstandanın paytaxtı Afinanın ən bahalı otellərindən birində keçirilib. Gənclərin İsveçrədə birgə təhsil alarkən tanış olduğu qeyd edilir.

Hazırda Nazirlər Kabinetində Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdir müavini postunda çalışan Musa Pənahov da əcnəbilərlə qohum olan məmurlar sırasına daxildir. Qeyd edək ki, Musa Pənahov 2004-cü 2017-ci ilə kimi nəqliyyat nazirinin müavini vəzifəsini tutub.

Musa Pənahov Moldova kommunistlərinin lideri, bu ölkənin sabiq prezidenti Vladimir Voroninlə (2001-2009-cu illərdə Moldova prezident olub) qudadır. Vladimir Voronin nəvəsi Yekaterinanı (oğlu Oleq Voroninin qızı) azərbaycanlı məmur Musa Pənahovun oğlu Fuad Pənahova ərə verib.

Bu hadisə də Musa Pənahov nazir müavini işlədiyi dövrdə - 2011-ci ilin iyununda baş verib. Həmin toy Bakıda, "Buta Palace" sarayında keçirilib. Azərbaycanlı məmur oğluna ərə gələn Yekaterina xanım Moldovanın ən zəngin adamı, eks-prezidentin oğlu Oleq Voroninin yeganə övladıdır. Cütlüyün Fransanın elitar kurort zonası olan Lacivərd sahillərində tanış olduqları barədə məlumat verilib.
2016-cı ilin avqustunda Yekaterina Voronina ilə Fuad Pənahovun Leyla adlı qızları dünyaya gəlib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2735   Tarix: 21 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

MİDA-nın vəzifəli şəxsi vəfat edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki "MİDA" MMC-nin əməkdaşı vəfat edib. xəbər verir ki, bu, MİDA-nın Texniki nəzarət şöbəsinin müdiri Aydın Fətullayevdir

29 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

Dostunun ad günündə dava saldı, həbs olundu

Xətai rayonu, general Şıxlinski küçəsində yerləşən "Səhnə" restoranında keçirilən ad günü mərasimində dava düşüb. Qaynarinfo-nun məlumatına görə, dava müsiqi sifariş vermək üstündə baş verib. Hadisəyə görə 1990-cı ildə Bakı şəhərində anadan Cəfər Cəfərov (ad-soyad şərti) saxlanılıb. Onun barəsind

29 mart
.

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, 02.04.2024-də Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq

29 mart
.

VAZ divara çırpıldı: Xəsarət alanlar var

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. Sürücü Əli Qulu oğlu Quliyev VAZ-2106 markalı avtomobilə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi divara çırpılıb. Nəticədə sərnişinlər Fuad Əlişa

29 mart
.

Oruc tutmaq xərçəngin yayılmasını ləngidir

Oruc tutmaq immun sistemini yaxşılaşdırır, orqanizmdəki toksinləri aradan qaldırır, iltihabı azaldır, xərçəng hüceyrələrinin yayılmasını ləngidir. xəbər verir ki, bu barədə türkiyəli həkim Özkan Akyolun araşdırmasında deyilir. Akyol bildirib ki, Ramazan ayının sağlamlığa iki cəhətdən faydalı olduğu elm

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

Bu ölkədə uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək

Cənubi Koreyalı bir şirkət, ölkədə kəskin azalan doğum nisbətini düzəltmək üçün milyonlarla dollar ödəyəcək. xarici mənbəyə istinadən xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti "Booyoung Group" işçilərinə hər dəfə uşaq dünyaya gələndə 100 milyon Koreya vonu (75 min dollar) ödəməyi planlaşdırır

28 mart
.

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu

ABŞ-nin Nyu-Cersi sakini Mega Millions lotereya oyununda 1,13 milyard dollarlıq cekpot qazanıb. xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb. Bu, ABŞ tarixində beşinci ən böyük lotereya uduşudur. Ölkə üzrə 13 nəfərin hər biri 1 milyon dollar mükafat alıb. Daha bir bilet Nyu Yorkda 2 milyo

28 mart