Xəzərdə "Ölüm dərələri" yaranıb - Çimməyə gedənlərin DİQQƏTİNƏ

Xəzərdə "Ölüm dərələri" yaranıb - Çimməyə gedənlərin DİQQƏTİNƏYayda istirahət etmək üçün ilk üz tutduğumuz yer dənizdir. Bu dəfə toxunmaq istədiyimiz mövzu dənizə girişin pullu və ya pulsuz olması yox, bizdən aldığı canlardır.

Bu il dəniz mövsümü açılandan bu yana 35 nəfər suda boğulma hadisəsi baş verib.

Dənizdə boğulma hallarının çoxalmasına səbəb nədir?

Sonxeber.az-ın məlumatına görə, ekoloq Telman Zeynalov BAKU.WS-ə açıqlamasında qeyd edib ki, son dövrlərdə paytaxt ərazisində küləkli hava şəraiti daha çox müşahidə olunur.

"Bu küləklər şimal-şərq və şimal-qərb küləkləridir. Bu küləklər soyuq hava kütləsi gətirir. Rayonlarda yağıntılar çoxalır. Dənizdə isə burulğanlar yaranmağa başlayır. Dənizin dalğaları çoxaldıqca, ləpə hündür olduqca, dənizin dibində torpaq yumşalır və dalğalar onu yuyub aparır. Ona görə də sahilin yaxınlığında dərələr əmələ gəlir. Bu dərələrdə hava şəraitinə görə də burulğanlar yaranır. İnsan burulğana düşdüyü zaman, özünü itirir. Bu zaman gərək, özünü itirməyəsən".

Fövqəladə hallar zamanı necə davranmaq lazım olduğu ilə bağlı işlər görülürmü?

Bu suala cavab tapmaq üçün Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Təbliğat şöbəsinin rəisi Aqşin Əlili ilə əlaqə saxladıq. Aqşin bəyin sözlərinə görə, Fövqəladə hallarda necə davranmaq lazım olduğu barədə maarifləndirici işlər görülür:

"İlk onu qeyd edək ki, "Təhlükəsizlik tədbirləri ilə bağlı Nazirlər Kabinetinin "Su obyektlərindən istirahət və idman üçün istifadə qaydaları" ilə bağlı qərarı var və təhlükəsizlik tədbirləri bu qanunlarla tənzimlənir. Bununla bağlı biz aprel ayından artıq maarifləndirmə işləri görməyə başlayırıq.

Çimərliklərin istismarına nəzarət şöbəsinin əməkdaşları və yerli icra orqanları ilə birlikdə su obyektlərinin kənarında monitorinq keçirməyə başlayırıq. Monitorinqin məqsədi ərazi ilə tanış olub, orda olan mövcud problemləri aşkarlamaq və onları qarşılıql həll etməkdir. Monitorinq bitdikdən sonra müşavirə keçirilir. Müşavirədə Fövqəladə hallar nazirliyinin əməkdaşları, eyni zamanda bizim Bakı regional mərkəzinin əməkdaşları, icra orqanı əməkdaşları, bələdiyyələr, polis, səhiyyə, təcili tbbi yardım, Gigiyena və epidemiya mərkəzinin əməkdaşları iştirak edir. Daha sonra monitorinq zamanı aşkar olunmuş bütün təhlükə mənbələri, nöqsanlar, çatışmazlıqlar nümayiş olunur və bunun həlli üçün icra hakimiyyətinin müavini səviyyəsində göstərişlər verilir".
Bakı Regional Mərkəzi ilə bizim birgə layihəmiz var. Məktəblərdə, təhsil və səhiyyə ocaqlarında fövqəladə hallarla bağlı davranış qaydaları mövzusunda maarifləndirmə tədbirləri keçirilir. Bu tədbirlər hər ay 3-4 məktəbdə davamlı olaraq təşkil olunur. Həmin tədbirdə yanğından mühafizə, zəlzələ, eyni zamanda çimərlikdə davranış qaydaları ilə bağlı təlimlər təşkil olunur deyə, Aqşin bəy bildirir. Onun sözlərinə görə, təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirici videoçarxlar da var. Bundan başqa təhlükəsizlik qaydaları ilə bağlı bukletlər də hazırlanır.

Aqşin Əlilli qeyd edir ki, maarifləndirici tədbirləri onlar yalnız məktəblərdə yox, ali təhsil ocaqlarında da təşkil edir:
"Bu tədbirlər planlı şəkildə təşkil olunur. Biz statistikaya nəzər salırıq ki, boğulma hallarının qurbanı daha çox yeniyetmələr və uşaqlardır. Ona görə də, tədbirlərdə daha çox müəllimləri maaarifləndirirk. Bundan başqa biz mövsümlə əlaqədar olaraq, Kütləvi İnformasiya Vasitələrində maarifləndirici məqalələr dərc edir və maarifləndirici çıxışlar edirik".

Ölkə ərazisində 35 sayda xilasetmə məntəqəsi mövcuddur. Bunların da 25-i Abşeron yarmadasında fəaliyyət göstərir. Biz ictimaiyyəti maarifləndirmək istəyirik ki, gedəcəkləri çimərliklər haqda məlumatlı olsun. Çimərliyin təhlükəli olub, olmamasını bilmək üçün ərazidə olan bəzi məqamlara diqqət yetirmək lazımdır. Ərazidə xilasetmə məntəqəsi, suyun üzərində quraşdırılmış nişanlar varsa, eyni zamanda maarifləndirici lövhələr yerləşdirilibsə, deməli bu ərazidə təhlükəsizlik tədbirləri görülüb. Bəzən insanlar nəzarət olunan yerləri qoyub gedirlər, daşlı-qayalı, kifayət qədər təhlükəli əraziyə gedirlər deyə, Aqşin bəy bildirir. Aqşin bəy bildirir ki, bəzən insanlarda fikir formalaşır ki, harda çimərlik varsa, orda mütləq xilasetmə məntəqələri olmalıdır:

"Mən bu fikrə də aydınlıq gətirmək istəyirəm. Xəzərin Azərbaycana aid olan hissəsi 955 kilometrdir. Eyni zamanda Azərbaycanda kifayət qədər çay və göllər, su kanalları var. Bütün bu su hövzələrini xilasetmə məntəqələri və texnikaları ilə təchiz etmək qeyri-mümkündür. Eyni zamanda, bu heç dünya təcrübəsində də yoxdur. Biz bununla bağlı hər zaman xəbərdalıq edirik ki, insanlar icazə verilən çimərlik ərazilərində üzsünlər. Təkcə bu il ərzində xilasedicilər 236 insanı boğulmaqdan xilas edib. Onu da qeyd edim ki, bizim fəaliyyət göstərdiyimiz ərazilərdə bu il dənizdə boğulma hadisəsi olmayıb". Bakı Dövlət Universitetinin tələbəsi Fuad İbiyev bildirir ki, təhsil aldığı müddətdə o, bu cür maarifləndirmə tədbiri görməyib.

Bakı məktəblərində təhsil alan şagirdlər də heç bir maarifləndirmə tədbirlərində iştirak etmədiklərini bildirir.

Təhlükəli halların qarşısını almaq üçün sadalanan işlərə sözdə deyil, əməldə riayət olunmalıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7225   Tarix: 21 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Nəsib Quliyev dəfn edildi - Fotolar

Ötən gün odlu silahdan atəş açaraq özünə qəsd edən sabiq baş pediatr Nəsib Quliyev dəfn edilib. -a istinadən xəbər verir ki, Nəsib Quliyev Mehdiabad qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb. Məlumata görə o, öz atasının yanında dəfn edilib

25 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Elmira Süleymanova dəfn olundu

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib. xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb

25 aprel
.

Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO

Bakıda təmizlik işçisinin şəhidlər abidəsi qarşısında dua etməsi gündəmə çevrilib. Bu barədə -in "qaynar xətti"nə məlumat daxil olub. Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin əməkdaşı olan qadının bu hərəkəti insanlar tərəfindən rəğbətlə qarşılanıb. Görüntüləri təqdim edirik:

25 aprel
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

25 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel