"Haqqımda iftiralar yayır, bu işi məhkəmə ilə həll edəcəm" - Orxanın atası danışdı

"Haqqımda iftiralar yayır, bu işi məhkəmə ilə həll edəcəm" - Orxanın atası danışdıAli məktəblərə qəbul olanların qeydiyyat prosesinin bitməyinə 6 gün qalıb. Tələbə olmaq xəbəri ilə gündəm yaradan Orxan Bağızadə isə attestatının özündə olmaması səbəbindən hələ də qeydiyyatdan keçə bilməyib.

Orxan "Qafqazinfo"ya müsahibəsində atasının onun oxuya bilməməsi üçün attestatını gizlətdiyini, buna səbəb kimi ailədaxili münaqişələrinin olduğunu bildirmişdi. Sözügedən müsahibədən sonra Orxanın atası Natiq Bağıyev "Qafqazinfo"ya oğlunun ona şər atdığını, attestatın atada olmadığını iddia edib:

"Mən fəhlə adamam və uşaqlarımı çətinliklə böyütmüşəm. Hərbi komissarlıqdan zəng edib, uşağı dəvət edəndə mən əsəbiləşib dedim ki, o hələ universitetə gedəcək. İstəməyən ata belə edər?

Mənim bu söhbətlərdən xəbərim olmayıb. Sadəcə attestatla bağlı polisə çağırılmışam, onda da demişəm məndə deyil. İşlədiyini deyir, yalandır. Bütün qonşular, iş yoldaşlarım şahiddir. Sadəcə uşaqların xalası, nənəsi qızışdırıb üstümüzə göndərir ki, yaşadığımız evi əlimizdən alsınlar.

Mənim çörək ağacım olan alətlərimi, balaca bacısının telefonunu evdən aparıb satıb, borcları boynuna yığıb. Axırıncı gün evə içkili gələndə mən onu vurdum.

Attestat verməyən ata, niyə tələsik şəxsiyyət vəsiqəsini alır ki, oğlu imtahana getsin?! İmkanı yoxdursa, əlində bahalı telefon, qulaqlıq, əynində təzə paltarlar hardandır? Bir aydır, işə düzəlib. Madam ki, haqqımda belə iftiralar yayır, mən də bu işi məhkəmə yolu ilə həll edəcəm".

Orxanın təhsil aldığı 68 №-li tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Hüseyn Əmiraslanov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, o, məktəbdə tərbiyəli uşaq kimi tanınıb:

"Biz ona lazım olan bütün sənədləri vermişik ki, 10 günə attestatının dublikatını çıxarsın. Orxan da, qardaşları da tərbiyəli uşaq olub. Oxuyan olmasa, heç bir hazırlığa getmədən o balı toplaya bilməzdi. İndi ailə daxilində nə söz söhbət olub biz deyə bilmərik. Ancaq atası da həmişə onunla maraqlanıb, məktəbə gəlib-gedib. Elə bu söhbətdən sonra da gəlmişdi. And içir ki, attestat onda deyil".

O. Bağılının problemi ictimailəşdikdən sonra çoxsaylı vətəndaş ona maddi dəstək göstərmək istədiyini bildirib. Onlardan biri də aktrisa Mehin Hümbətovadır.

ADU THİK-in sədri Şahin Sərdarlı sosial şəbəkədə bildirib ki, artıq Mehin Hümbətova bu gün universitetə gələrək tələbə Orxanın bir illik təhsil haqqını ödəyib.

Bundan başqa, Ş. Sərdarlının sözlərinə görə, Orxana bir semestr boyunca hər ay 100 manat təqaüd və yemək talonları veriləcək. Həmçinin, onun üçün digər universitetlərin yataqxanasına müraciət ediləcək və yataqxana ödənişinə də universitet kömək edəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1631   Tarix: 21 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İkimərtəbəli "üzən ev" gündəm oldu - VİDEO

Amerikanın San-Fransisko sakinləri qeyri-adi mənzərənin şahidi olublar. -a istinadən xəbər verir ki, gəmi kimi üzən bu ev buxtanın üzərindən keçərək "Redwood City" Marinadan çıxıb. Bu körpüdə əvvəllər suyun üzərindəki evlərdə yaşayan 100-dən çox insan yaşayırdı. Lakin 2015-ci ildə uzun illə

18 aprel
.

"Azərbaycanın div insanı"nın güc nümayişi - VİDEO

Azərbaycanlı pəhləvan Elmin Mehdiyev "AStar" layihəsinə qonaq olub. xəbər verir ki, 145 kiloqram çəkisi olan Elmin "Azərbaycanın div insanı" kimi təqdim edilib. O ağır tonnajlı yük maşınlarını çəkmə qabiliyyətinə malikdir. Bundan başqa bir neçə armaturu birlikdə əyir və üst-üstə qoyula

18 aprel
.

"Nobel qardaşlarının qənimi" Bakı milyonçusunun evi 1 milyon 200 minə satılır - VİDEO

Azərbaycanlı milyonçu Şəmsi Əsədullayevin tikdirdiyi binadakı mənzil satışa çıxarılıb. Bu barədə BAKU.TV-də görüntülər nümayiş olunub. Qeyd edilib ki, Qoql, Lev Tolstoy və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən evdə sonradan "Neftçi Qurban" kimi Ağaqurban Əliyev və oğlu Yalçın Əliye

19 aprel
.

Vidadi Zeynalovun 43 milyonluq əmlak davası davam edir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. Qaynarinfo xəbər verir ki, birinci məhkəmə instansiyasınd

19 aprel
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18 aprel
.

Bu məhsulları küçədə satanlar 80 manat CƏRİMƏLƏNƏCƏK - VİDEO

Yol kənarlarında və bazarlarda qida məhsullarının satışı aparılır. Bu tendensiyaya son zamanlar daha çox rast gəlinir. Kənd məhsullarının satışında sanitariya və gigiyena qaydalarına çox da diqqət yetirilmir. Bu da həmin qidaları qəbul edən vətəndaşların sağlamlığına mənfi təsir göstərir. xəbər veri

19 aprel
.

Unun tərkibi dəyişdiriləcək: Çörəyin qiyməti BAHALAŞIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək. Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentd

18 aprel
.

Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO

Orta məktəblər üçün olan yeddi dərslikdə məzmun dəyişikliyi edilib. Sentyabrdan həm Azərbaycan, həm də rus bölməsi üzrə bəzi məktəblilər yeddi fənn üzrə tam fərqli kitablar görəcəklər. -ın məlumatına görə, söhbət ikinci sinif həyat bilgisi, beşinci sinif Azərbaycan dili, riyaziyyat, altıncı sinif coğrafiya

19 aprel
.

Başlıbel qətliamının şahidi: "Anam və bacımı gözlərimin qarşısında qətlə yetirdilər" - VİDEO

Bu gün Başlıbel qətliamından 31 il keçir. Hadisə şahidləri İctimai TV-yə qətliamın dəhşətlərini danışıblar. Başlıbel sakini Niyyət Əhmədovun ailə üzvləri gözləri qarşısında qətlə yetirilib:. "Əvvəl anamı, sonra isə bacımı güllələyərək öldürdülər. Sonra isə digər şəxsləri maşına yığaraq apardılar"

18 aprel