İtkin düsmək, tək yaşamaq istəyi, yoxsa azadlıq? Gənclər niyə itkin düşür?

İtkin düsmək, tək yaşamaq istəyi, yoxsa azadlıq? Gənclər niyə itkin düşür?"Yolunu itirmək"- bu anlam hər birimizə tanışdır. Bir neçə mənada işlənsə də, bu sözün mahiyyətində nələr dayanır çox maraqlıdır. Yol ilə gedərkən "yolunu azaraq" itmək, həyatı anlamda "yolunu itirmək", yəni ipləri kiminsə əlinə buraxmaq və bu anlama daha real-sosial mövqeden yanaşsaq, digər bir mövqedə "itkin düşmək" kimi şərh edə bilərik. Bəli biz elə əvvəlki anlamların fonunda bu "itkin düşmək"məsələsinə açıqlama gətirmək istərdik. Bu anlamlarla qarşılaşmağımız isə təsadüf deyil. Çunki müasir dövrümüzdə bəziləri məqsədli, bəziləri məqsədsiz şəkildə ‘’yolunu itirir". Yəni ki, çoxları həqiqi anlamda yolunu itirərək itkin düşür və bu itmək elə həyati anlamda da yolun itirilməsinə səbəb olur. Maraqlıdır nə üçün? Belə deyək ki, son dövrümüzdə hadisələr o qədər mürəkkəb və qarışıqdır ki, istər ailə məişət, istərsə də sosial qayğılar yaş fərqindən və ağlının özünü idarə etməsindən asılı olmayaraq insanların yolunu "döndərir". Yəni insan evdən çıxır və bir daha evə qayıtmır. Əvvəllər bu statistika yaşlı adamların huşsuzluğu üzərində xarakterizə edilirdisə, sonralar başqa rəng almağa başladı. Məsələyə daha real yanaşsaq və açıqlama versək, son günlərin ən aktual məsələlərindən biri evdən çıxıb geri qayıtmamaqdır. Axı ağlı başında olan qənc bir qız tanıdığı yerdən necə yoxa çıxa bilər? Və yaxud da gənc oglan. Qızların hər hansı bir problemi olmadan evdən çıxıb getməsi nələrdən xəbər verir? Məsələnin mahiyyətinə sosial aspektdə yanaşaq. Məlumdur ki, cəmiyyət üzvlərinin tərbiyəsinin formalaşmasında, kütlənin tərbiyəsinin idarəsində sosiologiya elminin xüsusi rolu var. Sadaladığımız problemlərin kökündə nələr dayanır, bəlli kütləni bu yoldan necə çəkindirmək olar? Bu kimi sualların cavabını Sonxeber.az –a açıqlamasında tanınmış sosioloq Əhməd Qəşəmoğlu açıqlayıb:
İtkin düsmək, tək yaşamaq istəyi, yoxsa azadlıq? Gənclər niyə itkin düşür?"İndiki dövrdə Azərbaycan ailəsində baş verən bu kimi gərginliklər tarix boyu olmayıb. Ailənin ən böyük funksiyalarından biri xoş münasibətin olması, uşaqları cəmiyyətə hazırlamaları, arxa koməyi olmaları, bir-birinin qayğısını çəkmələri idi. Ailə təəssüf ki, artıq o funksyasını itirib və gənc insanlarda da xəyallar aləmi güclu olur. Yalançı azadlıq ilə gənclərin real həyatı qarşılaşdırmalarına mənfi munasibət, əsl azadlığın istədiyin kimi yaşamaqda olmur. Bu anlamın hələ bizim cəmiyyətimizdə formalaşmadığını, ailələrdə də bu kimi halların artmasını elə həmin azadlıq, xəyallar aləmi ilə əlaqəlidir". Ailədə dözümsüz vəziyyətlə qarşılaşan gəncin vəziyyətini boşanma halları ilə muqayisə edən sosioloq Əhməd Qəşəmoğlu mövcud şəraitdə gəncin çıxış yolunun ailə kimi boşanmaq deyil, atıb getməkdə olduğunu görərək gənclərimizin bu addımı atdıqlarını vurğuladı : "Maarifləndirmə, qanunvericilik nə dərəcədə ola bilər, kütləvi- informasiya vasitələri hansı işləri görməlidir bunlar hamısı bu proqramda əks olunmalıdır. Mövzumuzu tək evdən getmə halı tək işiqlandırmayaq. Çünki tək yaşamaq və öz istəklərinə meylli davranmaq çox vaxtı gənclərin arzuları olur və ailə münaqişəsi nəticəsində və yaxud da heç bir münaqişə olmadan onlar evi tərk edirlər. Bu addımla onlar boğulduqları mühitdən, ana-ata əsarətindən və onların məcburi istəklərindən qurtulsa da, digər tərəfdən cəmiyyətimizdə valideynlərə, böyüklərə hörmətsizliyə yol açır. Ən sadə misal isə elə son günlərin gündəmi olan Orxan Bağırzadənin ali məktəbə girərək özünün ali məktəb üçün savaşını, cəmiyyətin onun tərəfini saxlamağını və ailədə eyni zamanda üz- üzə gələn bir ata- bir balanı, sosiallaşan konflikti misal göstərə bilərik. Zəhməti bir növ yerə vurulan ata hardasa heç də yaxşı vəziyyətdə qalmadı. Böyük kütlə və müəyyən təşkilatlar, eləcə də nazirlik Orxana dəstək olsa da, Orxanın öz arzuları reallaşsa da hardasa mentalitetdən kənara çıxaraq ailənin cəmiyyətə göstərilməyən tərəfləri açıldı, bəzi dəyərlər əzildi. Açılmağı problemin pis hal deyil əlbəttə ki, amma bunu tam olaraq müsbət hal kimi qarşılamağımız da normal deyil. Çünki, evdən gedərək təkbaşına yaşamağa qərar verən bir gəncin həyatından söhbət gedir. Nə dərəcədə mentalitetimizə uyğunlugu düşündürücüdür. İlk baxışdan sadə görünsə də səbəblərin altında başqa nələr dayanır maraqlıdır. Çünki bu gün gəncə dəstək olanlar sabahısı onun başına gələcəklərdən qaranti edilmiyiblər. Bu halı sadəcə bir gəncin harayı, həyəcanı kimi göstərə bilərik. Axı ailə nə qədər saglam olmasa da ailədir, ata atadır. Tək Orxanın simasında bu məqamları əlbəttə ki, qeyd etmək dogru olmazdı. Sadəcə gənclərin kiçik səbəblərdən belə evdən getmə, ana-ataları ilə söz- söhbət yarataması halları son günlərin ən sarsıdıcı xəbərləridir. Aqibəti bəlli olmayan "yolunu itirmək"-lər, içində daşıdığı hər müsbəti itirməklərdən söhbət gedir. Ümidvarıq ki, gələcəyimizi belə itirməklərdən qoruyub saxlaya biləcəyik. Onların sosial mühitə adaptasiyası axı bir növ bizim dəyərlərdən keçir, yaşadığımız " Azərbaycan ailəsindən" keçir".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 867   Tarix: 22 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Reklam Agentliyinin yeni sədri kollektivə təqdim olunub

Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin yeni sədri Fərhad Əsgər oğlu Adıgözəlov bu gün kollektivə təqdim olunub. xəbər verir ki, Fərhad Adıgözəlovu kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovati

17 aprel
.

Ağır qəza keçirən Aytən Səfərovanın səhhəti ilə bağlı TƏBİB-dən açıqlama

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır. Bu barədə -a TƏBİB-in mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, əlavə məlumat veriləcək

17 aprel
.

Deputatlığa namizəd olan iş adamının ölkədən çıxışına qadağa qoyula bilər

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhər Lokal Gəlirlər Baş İdarəsi Əlisəfazadə Anar Əlisəfa oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar olaraq məhkəməyə müraciət edib. xəbər verir ki, Vergi Xidmətinin müraciəti Bakı Kommersiya Məhkəməsinin hakim

17 aprel
.

"Fransanın ölkəmizə qarşı təhdid və təzyiqləri heç bir nəticə verməyəcək" - DEPUTAT

Xəbər verdiyimiz kimi Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bununla bağlı -a danışan deputat İqbal Məmmədov bildirib ki, Fransanın bu addımı atması bizi təəccübləndirmədi:. "Fransa Azərbaycan qarşı hər zaman qərəzli münasibət bəsləyib. Fransa vasitəçi ölkə olmasına baxmayaraq 2020-ci il Vətə

17 aprel
.

Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - ARAŞDIRMA + VİDEO

Sosial şəbəkələrdə Beyləqanda yas mərasimi zamanı nə oxuduğu aydın olmayan molla gündəm olub. Yayılan kadrlardan savadsız mollanın oyunbazlığı aydın görünür. Videoya baxanlar mollanı tənqid ediblər. Vətəndaşlar son zamanlar bu kimi hallarla tez-tez rastlaşdıqlarını bildiriblər. Daha ətraflı "AT

18 aprel
.

Naxçıvan aeroportunun direktoru vəzifəsindən azad edildi

Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli vəzifəsindən azad edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə TNS saytı məlumat yayıb. Bildirilib ki, 2010-cu ildən bu vəzifədə çalışan Mənşur Gülməmmədlinin işdən azad olunmasının səbəbi yol verdiyi ciddi nöqsanlardır. Qey

17 aprel
.

Jurnalist Cəmil Məmmədliyə hökm oxunub

Jurnalist Cəmil Məmmədliyə hökm oxunub. report-a istinadən xəbər verir ki, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, Cəmil Məmmədli 6 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror Sami

17 aprel
.

13 yaşlı qızla münasibətdə olan şəxsə hökm oxundu

Bakıda yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə olmuş Hacıqabul rayonunun kəndlərindən birinin sakini, 2002-ci il təvəllüdlü Taleh Mərdanova (ad və soyadlar şərtidir) hökm oxunub. qafqazinfo-ya istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə 22 yaşlı Taleh Cinayət Məcəlləsini

17 aprel
.

Sulutəpədə azyaşlını maşın vurub parçaladı

Paytaxtın Sulutəpədə qəsəbəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, azyaşlını avtomobil vurub. Hadisə şahidlərinin sözlərinə görə, iri qabaritli avtomobil azyaşlını vurduqdan sonra sürüyüb və meyit parçalanıb. Hadisəni törədən sürücü isə qaçıb. Əraziyə polis və təcili yardım briqadas

18 aprel