ŞAD XƏBƏR - Qəbələ və Qusara dəmir yolu xətləri çəkilir - FOTO

ŞAD XƏBƏR - Qəbələ və Qusara dəmir yolu xətləri çəkilir - FOTO"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Qəbələyə və Qusara dəmiryolu xətləri çəkir.

Bu işlərin görülməsi üçün 2018-ci ilin dekabrın 11-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış "Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncamla "Azərbaycan Dəmir Yolları"na 2018-ci il dövlət büdcəsindən 30 milyon manat ayrılıb.

Quba və Qəbələyə çəkilən dəmir yol xətti ilə bağlı son vəziyyət nədən ibarətdir?

Sonxeber.az xəbər verir ki, görülən işlər haqqında danışarkən "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirmişdi:

"Turist axınının artmasını nəzərə alaraq biz çalışacağıq ki, gələn il Bakıdan turistləri Qəbələyə qatarla aparaq. Buna görə, əlavə yeni 11 elektrik qatarı, 3 dizel qatarının alınması vacibdir".

Onun sözlərinə görə, yeni yol Qəbələ Beynəlxalq Hava Limanına qədər uzanacaq:

"Aeroporta qədər 57 km-lik dəmir yolu çəkiləcək".

C.Qurbanov qeyd edib ki, artıq Ləki stansiyasından başlayan 43 km-lik yolun yarısının çəkilişi həyata keçirilib. Bu ilin sonuna torpaq yatağı işlərinin tam başa çatdırılması nəzərdə tutulub:

"Gələn ilin yayına dəmir yolu ilə Qəbələyə getmək mümkün olacaq və Bakıdan Qəbələyə kimi 280 km uzunluğu olan yolu sərnişinlər 2,5 - 3 saata rahat vaqonlarla qət edəcəklər".

"Azərbaycan Dəmir Yolları" QSC-dən "report"a bildirilib ki, yeni dəmir yolu xətti Ləki stansiyasından sağ tərəfə çıxmaqla, Ağdaşın yanından keçməklə Qəbələnin hava limanına qədər olacaq.

43 kilometrlik dəmir yolu xətti boyunca 103 suötürücü, 16 tunel və körpü, Ağdaş rayonunun Qarağan-Şıxlar ərazisində stansiya, Qəbələ hava limanı yaxınlığında vağzal tikiləcək.

Artıq 1 ədəd yoldəyişən qurğu qoyulub, 10,7 km dəmir yolu xətti çəkilib. Eyni zamanda 4 ədəd yeraltı keçidin tikintisi tamamlanıb, iki yeraltı keçiddə isə işlər başa çatmaq üzrədir.

Ağdaş-Göyçay avtomobil yolu üzərindən keçəcək körpüdə son tamamlama işləri görülür. Əlavə 3 kanalüstü körpüdə tirlər, düzülüb.

Tirlərin üzərindəki beton tava quraşdırılmışdır. Əlavə bir neçə keçid və körpüdə svayların vurulması prosesi başa çatıb, kənar və orta dayaqları quraşdırılıb.

Bu günə kimi 97 suötürücü qurğunun tikintisi başa çatıb, digərlərində işlər davam edir. Hazırda torpaq yatağının işlənməsi prosesi davam etdirilir.

Ləki stansiyasından Qəbələyə qədər olan ərazinin relyefi bir az mürəkkəbdir, dağlıq yerləri var. Ləki-Qəbələ dəmir yolu xəttinin təxminən 20 kilometri Qəbələ rayonunun dağlıq ərazisinə düşür.

Bundan başqa, hazırda Xaçmaz rayonu istiqamətində də dəmir yolu xətti təmir olunur. Xudat stansiyasından Şahdağa qədər olacaq yolun layihələndirmə işləri aparılır.

Bakı-Yalama dəmir yolunun əsaslı təmiri üçün tender elan olunub. Bakı-Yalama dəmir yolunun rekonstruksiyası işlərinə 2019-cu il ərzində başlanması nəzərdə tutulur.

Əsaslı təmirin iki il müddətinə başa çatması planlaşdırılır. Dövlət başçısının tapşırığına əsasən, həm Qəbələdəki, həm də Şahdağdakı qış istirahət mərkəzini yeraltı tunellə dəmir yolu şəbəkəsinə birləşdirəcəyik.

"Dövlət başçısının tapşırığına əsasən, həm Qəbələdəki, həm də Şahdağdakı istirahət mərkəzləri yeraltı tunellə dəmir yolu şəbəkəsinə qoşulması istiqamətində araşdırma işləri aparılır", - QSC-dən bildirilib.

Qeyd olunub ki, yeni dəmir yolu xəttinin tikintisi turizm infrastrukturunun yaxşılaşdırılmasına və turizm obyektlərinə rahat gediş-gəlişin təmin edilməsinə öz töhfəsini verəcəkdir.

"Dəmir yolu nəqliyyat vasitəsi turistlər üçün çox cəlbedicidir, çünki digərlərinə nisbətən daha təhlükəsiz hesab olunur".

Qatar turizmi Avropada və digər inkişaf etmiş ölkələrdə böyük inkişaf yolu keçib.

Turizm üzrə ekspert Ruslan Quliyev hesab edir ki, nəqliyyatın bu növü günümüzün böyük tələbidir: "Qatar turizminin inkişaf etdirilməsinə böyük ehtiyac var.

Büdcəli bir turizm növüdür və bu gün Azərbaycan üçün çox aktual turizm növlərindən biri hesab etmək olar. Bu nəqliyyat vasitəsi həm də məktəblilər və gənclər üçün geniş imkanlar yaradır.

Dəmir yolu nəqliyyat vasitəsi turistlər üçün çox cəlbedicidir, çünki digərlərinə nisbətən daha təhlükəsiz hesab olunur. Qatarla səyahət edən turistlər ətrafdakı mənzərəni daha rahat seyr edə bilir.

Həmçinin getdikləri yerə daha rahat çatma baxımından, nəqliyyatın bu növü daha sərfəlidir".

R.Quliyev qeyd edib ki, Qusara və Qəbələyə çəkiləcək dəmir yolları nəinki daxili turizmi, həmçinin beynəlxalq turizmin inkişafına da töhfəsini verəcək:

"Həmin yerlərə qatar fəaliyyət göstərdikdən sonra ölkəyə gələn turistlərin sayı artacaq".

O vurğulayıb ki, həmin ərazilərə qatarla getmək reallaşandan sonra bu, kütləvi turizmədə təsir edəcək: "Turist axınını qoruyub saxlamaq üçün Qəbələ və Qusarda digər amillərə də diqqət yetirilməlidir.

Turistlərin vaxtlarının daha səmərəli təşkili üçün əlavə xidmətlərin reallaşmasına böyük bir ehtiyac var. Ekskursiya agentliklərinin marşrut üzrə sayı artırılmalıdır.

Gənclərə və yeniyetmələr üçün kütləvi tədbirlər təşkil edilməlidir.

Maraqlı idman infrastrukturunun yaradılması, ekoloji marşrutların daha da çeşidlənməsi bu bölgələrdə turistlərin daha çox qalması üçün çox əhəmiyyətlidir".

"Qəbələ və Qusara dəmir yolu xətlərinin çəkilməsi bu bölgələrin turizm imkanlarını genişləndirməklə bərabər, iqtisadi inkişafını da sürətləndirəcək".

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov qeyd edib ki, Qəbələ, Quba və Qusar infrastruktur baxımından turistlərin üz tutduqları yerlər sırada ön sıralarda dayanır:

"Bu regionlar turistlər arasında prioritet sırada dayanır. Xüsusəndə ərəblər arasında bu bölgələr çox məşhurdur.

Qəbələ və Qusara dəmir yolu xətlərinin çəkilməsi ora gedən yolun məsafəsinin və səfər müddətinin azalmasına gətirib çıxaracaq.

Bu da bölgələrin turizm imkanlarını genişləndirməklə bərabər, iqtisadi inkişafını da sürətləndirəcək".

Onun sözlərinə görə, Qəbələ və Qusarda turistlər üçün daha çox əyləncəli tipli tədbirlər təşkil edilməlidir: "Qəbələdə yetərincə mehmanxana var, amma Quba-Qusarda onların sayının artırılması çox önəmlidir.

Ölkədə turistlərin daha çox qalmasını istəyiriksə geniş proqramlar tərtib edilməlidir. Turizm elə bir sahədir ki, daim yeniliklər olmalıdır.

Biz bu istiqamətdə çalışmalıyıq. Turizm qeyri-neft sahəsinin ən prioritet sahələrindən biridir. Artıq rəqabət artıb və bu rəqabətə uyğunlaşmaq lazımdır".

"Azərbaycanda turizm vergisinin 60%-ni Qəbələ və Qusar ödəyir".

İqtisadçı-ekspert Rəşad Həsənov da hesab edir ki, turizm infrastrukturunun ən vacib hissəsi nəqliyyatdır:

"Hazırda Qəbələ və Qusar turizm bölgələri kimi ölkə üçün əhəmiyyətlidir. Azərbaycanda turizm sahəsindən dövlət büdcəsinə ödənilən verginin 60%-i Qəbələ və Qusarın hesabına həyata keçirilir.

Bu isə turizmin iqtisadiyyatın nə qədər əhəmiyyətli bir hissəsi olduğunu göstərir. Bu istiqamətdə nəqliyyatın inkişaf etdirilməsi önəmlidir.

Dünya təcrübəsində dəmir yolu kimi daha bahalı bir infrastruktur uzaq məsafələrə aid bölgələri birləşdirmək üçün istifadə edilir. Burda bir halqa formalaşdırılır.

Bu təcrübəyə əsasən sözügedən dəmir yolları Qusarla, Qəbələ ilə yekunlaşmamalıdır. Bunun ardı gəlməlidir. Azərbaycanın digər bölgələrini Oğuz, Şəki, Balakən, Qax bölgələrini birləşdirə bilər.

Burda halqa formalaşdırmaq mümkün ola bilər. Qusara yarım saata çatdırılma, yaxud da Qəbələyə 40 dəqiqəyə çatdırılma mümkün olsa bu, insanların daha çox diqqətini çəkə bilər".

Ekspert vurğulayıb ki, dəmir yolunun istifadəsi ilə gələcəkdə müştəri bazası formalaşa bilər.

Qəbələ və Qusara dəmir yolu xəttinin çəkilişi ölkə üçün mühüm yenilik olacaq. Çünki, həmin qatarların fəaliyyətə başlaması ilə sözügedən ərazilərə gediş-gəliş daha əlçatan olacaq.

Həmçinin, turizm bölgəsi olmasını nəzərə alaraq həmin bölgənin əhalisinin sosial rifahının daha da yaxşılanmasına səbəb olacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1335   Tarix: 22 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28 mart
.

İcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilə

28 mart
.

Azərbaycanın təhlükəsizlik orqanları 105 yaşında

Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 105-ci ili tamam olur. Bu əlamətdar tarix Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması ilə bağlıdır. Artıq 27 ildir ki, ölkəmizi

28 mart
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə paytaxtın çoxmərtəbəli yaşayış binalarında mövcud lift təsərrüfatının vəziyyəti təhlil edilib

28 mart
.

13 yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Əməliyyat məbləğini toplaya bilmirik" - FOTO

13 yaşlı Zəhra Hacılı B-hüceyrə kəskin mieloblast leykoz M2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir. Bu barədə -a onun atası İlkin Hacıyev məlumat verib. O bildirib ki, qızı iki ildir ki, bu xəstəliklə mübarizə aparır:. "Hazırda qızım Milli Hematoalogiya və Transfuziologiya Mərkəzində müalic

28 mart
.

Azərbaycanda 14 yaşlı qız sosial şəbəkədə tanış olduğu oğlana görə evdən QAÇDI - FOTO

Evdən qaçan 14 yaşlı Məryəm Xanəliyeva tapılıb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişində məlumat verilib. Aparıcı bildirib ki, Məryəm ifadəsində sosial şəbəkədə tanış olduğu 17 yaşlı Murada görə evdən qaçdığını bildirib

28 mart
.

"Azneft"in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT - FOTO

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyində (İB) kadr dəyişikliyi olub. "Qafqazinfo" xəbər verir ki, Şahmar Hüseynov İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilib. Onun əvəzinə "Umid Babək Əməliyyat Şirkəti"nin Azərbaycandakı filialını

28 mart
.

Bu gün ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İkinci Qədr gecəsi martın 30-da, üçüncüsü aprelin 1-də, sonuncusu isə aprelin 5-də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hiss

28 mart