Bakıda bazarda güclü yanğın, "Baksol" yolu bağlandı - YENİLƏNİB - VİDEO - FOTO

Bakıda bazarda güclü yanğın, "Baksol" yolu bağlandı - YENİLƏNİB - VİDEO - FOTO"Baksol" yolu adlanan ərazidəki taxta bazarında baş verən yanğınla əlaqədar qeyd edilən istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, nəqliyyat vasitələrinin Ziya Bünyadov prospektindən Dərnəgül 1 yoluna (Baksol yolu) girişi bağlanıb.

Yanğınsöndürmə texnikalarının və digər operativ nəqliyyat vasitələrinin hadisə yerinə maneəsiz gəlməsi, eləcə də ərazidə sərbəst hərəkət etməsi üçün sürücülərdən zərurət olmadığı halda bu yoldan istifadə etməmələrini xahiş edirik.

---------

15:41

Bakıda tikinti materiallarının satışı ilə tanınan "Taxta Bazarı"nda yanğın başlayıb.

Sonxeber.az azxeber.com-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektindən üzü "Baksol" yolu istiqamətində taxta bazarında qeydə alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi və yanğının əhatə elədiyi ərazi ilə bağlı konkret məlumat yoxdur.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və çoxlu sayda texnika cəlb edilib.

Hadisə   Baxılıb: 7485   Tarix: 22 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR