DİQQƏT: Uşaqların görüntülərini internetdə paylaşmaq bu kimi fəsadlara səbəb olabilər

DİQQƏT: Uşaqların görüntülərini internetdə paylaşmaq bu kimi fəsadlara səbəb olabilərMüasir dövrdə informasiya texnologiyalarının sürətlə inkişafı, sosial şəbəkələrin geniş kütlə arasında yayılması və internetin artıq hər evdə gündəlik həyatın tərkib hissəsinə çevrilməsi bir çox yeni fenomenlərə yol açır. Bunlardan biri də valideyn, qohum və yaxın ətraf tərəfindən uşaq fotolarının internetdə paylaşılmasıdır.

Sonxeber.az xəbər verir ki, elmi dairələrdə "sharenting" (parenting – valideynlik, tərbiyə etmək və sharing – paylaşmaq sözlərinin hibridi) termini ilə ifadə olunan bu fenomenin fəsadları çoxları tərəfindən düzgün qiymətləndirilmir. Britaniya alimlərinin apardığı araşdırmalara görə, müasir cəmiyyətimizdə uşaqlar beş yaşına çatana kimi valideynlər onların orta hesabla 1500-dək fotosunu internetdə paylaşır. Şəkil və videoları çəkilən uşaqlar həmin an valideynlərin bu görüntülərlə nə edəcəklərini bilmirlər və bu görüntülərin onların gələcək şəxsi həyat, karyera və sosial mühitdə ünsiyyətinə hansı təsirlər göstərəcəyindən bixəbər olurlar. Dünyanın ən yaşlı uşaq qurumu olan "Save the Children" təşkilatının İsveçrə nümayəndəliyinin rəhbəri Ömer Güvən bildirib ki, internetdəki bu paylaşmalar BMT tərəfindən təsbit olunmuş uşaq hüquqlarını, ilk növbədə şəxsi həyatın gizliliyi prinsipini pozur.

Nəzərə alınmalıdır ki, təkcə "Instagram" sosial şəbəkəsində 75 milyon post "kids" (uşaqlar), 160 milyon post isə "baby" (körpə) həştəqi ilə mövcuddur. "Google"dan sonra ən çox istifadəçiyə malik olan "YouTube"da yüklənən videolar 1,5 milyard nəfərlik potensial tamaşaçı tərəfindən izlənilir.

Uşaq psixoloqu Filip Ramminq İsveçrənin SRF1 telekanalına bildirib ki, uşaqların görüntülərini şəbəkəyə yerləşdirəndə ölçü dərəcəsi gözlənilməlidir. Əgər valideynlər ailə bayramları, ailənin sevincli günləri və digər əziz günlərdə çəkilmiş görüntüləri paylaşmaq istəyirlərsə, bu zaman sosial şəbəkələrin təqdim etdiyi məhdudlaşdırıcı funksiyalardan istifadə etmələri tövsiyə olunur. Sözsüz ki, hər bir valideyn öz övladı ilə fəxr edir və bu sevinci başqaları ilə bölüşmək istəyir, lakin valideynlər çox zaman bu görüntülərin onların övladlarının gələcək həyatına hansı təsirlər göstərəcəyini bilmirlər.

Uşaq psixoloqları və tərbiyə məsləhətçiləri, həmçinin valideynlərə övladlarının gülünc vəziyyətlərdə, ağlarkən və ya müxtəlif emosional halları ifadə edərkən çəkilən görüntülərini onlayn platformalara yerləşdirməyi məsləhət görmür, gələcəkdə övladları üçün utancverici görüntüləri ictimailəşdirməməyə çağırırlar. Uşaqlar böyüdükdən sonra bu görüntüləri ailədaxili sferadan çıxararaq ictimailəşdirdiklərinə görə valideynlərini qınaya, onlarla problem yaşaya bilərlər./AZƏRTAC/


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2463   Tarix: 23 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

"Odlar Yurdu–2024" Milli Mükafatı ilə bağlı sorğulara start verildi

"Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası"nın və "Vision Media Group"un təşkilatçılığı ilə keçiriləcək "Odlar Yurdu-2024" Milli Mükafatının təqdimetmə mərasiminin vaxtı müəyyənləşib. Təşkilat komitəsinin rəhbəri Azər Bağırovun saytımıza verdiyi məlumata görə "Odla

24 aprel
.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 25-ə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfer təzyiq

24 aprel
.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

25 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Marketlər müştərini ALDADIR: Yalançı, yoxsa real endirimlər? - AÇIQLAMA

Bütün mağazalarda endirim kampaniyaları olur. Bayram günləri, həftə sonları müəyyən kampaniyalar mövcud olur. Amma bəzən müştəri cəlb etmək məqsədi ilə mağazalarda süni endirimlər edilir. "40, 50, 70 faiz endirim edilir " deyə? elanlar yapışdırırlır, amma mağazada ya o qədər endirim olmur

24 aprel
.

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

"Böyük Qayıdış" proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir. xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə məlumatında bildirilir. Bildirilir ki

25 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel