Cəsədlərlə dolu meşə… – Buraya girən özünü öldürür (DƏHŞƏTLİ FAKTLAR) – FOTOLAR

Cəsədlərlə dolu meşə… – Buraya girən özünü öldürür (DƏHŞƏTLİ FAKTLAR) – FOTOLARDünyanın ən qorxunc nöqtələri
Poveqliya adası, İtaliya

"Vəba adası" olaraq da tanınan Poveqliya adası 1793-1814-cü illər arasında İtaliyada yayılmış dəhşətli vəba xəstəliyinə yoluxan 160 min nəfərin müalicə üçün cəmiyyətdən təcrid olunduğu yer idi. Demək olar ki, hamısı tələf olan vəba xəstələrinin kütləvi məzarları bu gün də adanı ziyarət edən turistlərin qarşısına çıxır. Bir zamanlar həkimlərin əqli problemləri olan insanlar üzərində apardığı sınaqların baş tutduğu yer olan adada addım başı insan sümüklərinə rast gəlmək adi haldır.

"Kəllə qalası", Serbiya

Serbiyanın Niş şəhəri yaxınlığında Osmanlı əsgərləri tərəfindən serb üsyançıların kəsilmiş başlarından ucaldılmış qala görənləri olduqca vahiməyə salır. Üsyançı serblərə ibrət olması üçün ucaldılmış qalada 952 baş skeleti mövcuddur. Bu qala Serbiya Osmanlıdan müstəqillik qazandıqdan sonra tarixi abidə kimi restavrasiya edilmiş və ziyarət üçün istifadəyə verilmişdi.

Ä°lgili resim

Türkmənistanın Darvaza qəsəbəsi yaxınlığında yerləşən "Cəhənnəm qapısı" adı ilə məşhur krater ziyarətçilərini olduqca qorxuya salan maraqlı bir vulkanik göldür. Püskürdükdən sonra içindəki lavalarla birlikdə filmlərdə təsvir olunan cəhənnəm səhnələrinə bənzəyən krater dəhşətli görüntüsü ilə dünyanın müxtəlif yerlərindən çox sayıda turisti özünə cəlb etməyi bacarır.

Overtaun körpüsü, Şotlandiya

Tikildiyi gündən 600-dən çox intihar hadisəsinin baş verdiyi Overtaun körpüsü aşağısında torpağa qərq olmuş insan cəsədləri ilə olduqca vahiməli görüntüyə malikdir. Körpü ilə bağlı ən dəhşətli fakt isə hər il ortalama 15-dən çox itin toplaşaraq kütləvi şəkildə özünü körpüdən atması, yəni intihar etməsidir. Bu hadisənin hansı səbəbdən baş verməsi isə hələ də insanlar arasında müəmmalı olaraq qalır.

Okiqara meşəsi, Yaponiya

Yaponiyada yerləşən Okiqara meşəsi ötən əsrin 50-ci illərində insanların intihar etdiyi yer kimi tanınırdı. 500-dən çox insanın özünü asaraq intihar etdiyi meşə olduqca vahiməli görüntüsü ilə insanların əsla getməyi düşünmədiyi ərazilərdən biridir. Demək olar ki, hər ağacda intihar etmiş insanların cəsədlərinə rast gəlmək mümkündür.

Sedlek kilsəsi, Çexiya

Çexiyanın paytaxtı Praqa şəhəri yaxınlığında yerləşən Sedlek kilsəsi içində saxlanılan insan skeletləri ilə məşhurdur. Orta əsrlərdə çex islahatçılarının (husitlər) etdiyi basqın zamanı 500 keşişin qətlə yetirilməsi kilsədə baş verən qanlı hadisələrin dəhşətindən xəbər verir. Kilsəni vahiməli edən məsələ isə ətrafda yerləşən 40 min məzardan ibarət olan nəhəng qəbiristanlıqdan irəli gəlir. Qəbirsitanlıqda artan yer problemi səbəbilə din xadimləri sümüklərin məzardan çıxarılması və kilsədə "şapel" adı verilən otağa toplanması göstərişini verdi. Nəticədə kilsə yüzlərlə insan sümüklərinin olduğu qorxulu əraziyə çevrildi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 4870   Tarix: 23 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Dünyanın ən varlı məşhurlarının yeni siyahısı – Milyardları var

Məşhur milyarderlər siyahısına üç rejissorun da adı daxil edilib. -ın xarici mediaya istinadən xəbərinə görə, "Forbes" dünyanın ən zəngin məşhur milyarderlərinin siyahısını açıqlayıb və siyahıya iki əfsanəvi rejissor – Corc Lukas və Stiven Spilberq başçılıq edir. Siyahıya adı salınmış 14 ə

15 aprel
.

Rusiyada TikTok bloklana bilər

Rusiyanın Sosial Şəbəkələrin və Messencerlərin Peşəkar İstifadəçiləri Assosiasiyası ölkədə TikTok-un bloklanmasını istəyir. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, assosiasiya Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidmətinə ("Roskomnadzor"

16 aprel
.

"Hind peyğəmbəri"nin proqnozları özünü doğrultmağa başladı - O nə demişdi?

Hindistanlı astroloq Abiqya Anand ötən ilin sonunda bir sıra təbii fəlakətlər barədə xəbərdarlıq edib. xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya və Tayvanda baş verən son zəlzələlər onun proqnozlarını təsdiqləyir. Hindistanlı astroloq Abiqya Anand 2024-cü il üçün nə proqnozlaşdırdı?. Keçən ili

15 aprel
.

"İnəklərin niyə mənim həyətimə girdi?" dedi görün nə etdi - Əmioğlular arasında mal-qara davası

Türkiyədə əmioğlular arasında inək üstündə mübahisə qanla bitib. xarici mediaya istinadən xəbər verir ki. mübahisə zamanı bir nəfər digərini kürəklə vurub.Nəticədə həmin şəxs dünyasını dəyişib. Əldə edilən məlumata görə, hadisə Varto rayonundan 30 kilometr aralıda yerləşən Buzluqözə kəndinin 90 təsərrüfatlı

15 aprel
.

33 yaşlı ailə həkiminin intiharının səbəbi məlum oldu: Sən demə...

Türkiyədə atışma poliqonunda intihar edən həkimin külli miqdarda bitkoini itirdiyi məlum olub. xarici mediaya istinadən xəbər verir ki, . Əldə edilən məlumata görə, Urfa bulvarında yerləşən atış sahəsinə gələn 33 yaşlı həkim əlindəki silahı başına söykəyib və atəş açıb. Hadisəni görən təcili polis v

15 aprel
.

KİV: İran İsrailin iki hava bazasını vurub

Ən azı İranın 9 raketi İsrailin hava hücumundan müdafiə sistemlərini "yararaq" bu ölkənin iki hava bazasına - Nevatim və Negev hava bazalarına düşüb. Məlumata görə, Nevatim hərbi hava bazasına beş ballistik raket düşüb. Nəticədə istifadə olunmayan uçuş-enmə zolağı və boş anbar anbarlar il

15 aprel
.

Dəhşət! Tibb işçisi və həkim balkondan yıxıldı

Tibb işçisi və həkim evin 3-cü mərtəbəsinin eyvanından yıxılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisən Türkiyədə baş verib. Bədbəxt hadisə nəticəsində 30 yaşlı tibb işçisi hadisə yerində dünyasını dəyişib. Qadın həkim isə ağır yaralanıb. O, Tunceli Dövlət Xəstəxanasına sövq edilib. Qadını

16 aprel
.

Tanzaniyada leysan yağışlarında 50-dən çox insan ölüb

Tanzaniyada bu ay yağan güclü yağışlar nəticəsində azı 58 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə brifinqdə ölkə hökumətinin nümayəndəsi Mobhare Matinyi bildirib. "Aprelin 1-dən aprelin 14-dək daşqınlara səbəb olan leysan yağışlar nəticəsində 58 nəfər həlak olub", - deyən hökumə

14 aprel
.

Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - Foto

Rusiya Prezidenti Vladimir Putin Kremldə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova ilə görüşüb. "Qafqazinfo" TASS-a istinadən xəbər verir ki, görüş zamanı Putinə Rusiya Federasiyasının prezidenti vəsiqəsi təqdim edilib. Rusiya lideri, həmçinin Pamfilovaya mart ayında baş tuta

16 aprel