Əfsanəvi cərrah xəstəliklərin gizli səbəbini açdı

Əfsanəvi cərrah xəstəliklərin gizli səbəbini açdıBütün dünyanın tanıdığı ukraynalı alim, akademik, ürək cərrahı Nikolay Amosov 90 il yaşamış və öz timsalında sübut edib ki, qocalıq prosesini gecikdirmək mümkündür.

Bir çox elmi əsərlərin müəllifi və RON sağlamlaşdırma metodologiyasının ("Məhdudiyyətlər və yüklər rejimi") yaradıcısı ömrü uzatmaq, eyni zamanda aydın düşüncəni qorumaq üçün bir çox üsul təklif edib.

Nikolay Amosov qidalanma sisteminə və fiziki aktivliyə böyük əhəmiyyət verirdi. O, hesab edirdi ki, bu iki əsas amil olmadan insan sağlam ola bilməz. Akademik kitablarında açıqladığı nəzəriyyəni öz üzərində sınayıb.
Sonxeber.az bu yazıda oxucuları Amosovun faydalı tövsiyələri ilə tanış edir:

1. Sağlamlıq insanın təbii vəziyyətidir

Həkimlər xəstəlikləri müalicə edir, lakin sağlamlıq təlimlərin köməyi ilə qorunmalıdır. Çünki sağlamlıq orqanların və bütün fiziologiyamızın "ehtiyat gücləridir".

Bu qabiliyyətlər stress (fiziki və zehni) altında normal funksional fəaliyyəti qorumaq, xəstələnməmək və ya xəstələnəndə ölməmək üçün zəruridir. Bu güclər dərmanlarla qazanılmır. Yalnız məşqlər və təlimlərlə.

2. Çox vaxt insanlar tənbəllikdən və acgözlükdən xəstələnir

Xəstəliyi hər kəs hiss edir: xoşbəxtliyi hiss etməyə, hətta yaşamağı çətinləşdirən müxtəlif funksiyaların qıcıqlandırıcı pozğunluğu.

Səbəbləri də məlumdur: xarici "təsirlər" (infeksiya, ekologiya, sosial yük), diqqətsizlik, ağılsız davranış, bəzən - doğuş qüsurları.

Amosov iddia edir ki, insan təbiəti güclüdür. Ən azı əksər insanlar üçün.

"Xəstəliklərində yalnız adamın özü günahlandırılmalıdır. O, çox vaxt tənbəllik və acgözlük nəticəsində, bəzən isə ağılsızlıq və cahillik ucbatından xəstələnir. Bəli, kiçik xəstəliklər qaçılmazdır, lakin ciddi olanlar əksər hallarda qeyri-sağlam həyat tərzindən yaranır: aşınma nəticəsində ehtiyatların azalma. Xarici şərtlər, yoxsulluq, stress - ikinci yerdə dayanır" , - deyə ürək cərrahı qeyd edir.

3. Həkimlərə etibar etməyin!

Həkimlərin sizi sağaldacağını gözləməyin. Sizi xilas edə, hətta xəstəliyi müalicə edə bilərlər, ancaq sonrası birbaşa özünüzdən asılıdır.

"Tibbin qüdrətini inkar etmirəm, hər halda bütün ömrüm boyu ona xidmət etmişəm. Lakin sağlamlıq haqqında da çox şey bilirəm - nəzəri və praktik olaraq. Əgər cavansınızsa və narahat edici simptomlar yoxdursa, onda ən kiçik xəstəlikdə klinikaya qaçmamalısınız. Həkimlərimiz təbiətə etibar etmir, dərmanlara və dincliyə tuşlanırlar. Onların əsiri olmayın. Mütləq bir xəstəlik tapıb sizi müalicəyə və istirahətə inandıracaqlar. Bədənin güclü müdafiəsi var - immun sistemi, kompensasiya mexanizmləri. Özləri işləyəcəklər, sadəcə bir az vaxt verməlisiniz".

4. Çəkiyə nəzarət edin

Qidalanma qaydaları çox sadədir: minimum yağ, gündəlik 300 qram tərəvəz və meyvə.

5. Məşq edin!

Bədən tərbiyəsi hər kəs, xüsusilə uşaqlar və yaşlı insanlar üçün vacibdir. Bu gün demək olar ki, heç kim işdə fiziki işlə məşğul olmur, odur ki, ideal məşq saatı hər kəs üçün hər gün bir saat olmalıdır.

Bunu etməyə gücünüz çatmırsa, hər gün heç olmasa 20-30 dəqiqə gimnastika edin (təxminən 1000 hərəkət), məşqə qantel də daxil edə bilərsiniz. Bədən tərbiyəsinə əlavə olaraq, bir km yerimək məsləhətdir.

"Zəif bir insan xəstəliklər, həkimlər və məşqlər arasındakı üçbucaqdakı optimal yolu necə tapa bilər? İkincisini seçin - məşqlər və məhdudiyyətlər. Heç olmasa çox cəhd edin. İnanın ki, işə yarayacaq". (publika.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 3388   Tarix: 24 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ölümündən 2 gün əvvəl II Yelizaveta baş nazirə nə məsləhət verib?

Böyük Britaniyanın keçmiş baş naziri Truss ölümündən iki gün əvvəl II Yelizaveta ilə danışıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Liz Truss mərhum kraliça II Yelizavetanın ona məsləhət verdiyini deyib. Siyasətçi etiraf edib ki, o, monarxın sözlərinə qulaq asmadığına görə təəssüflənir. Monar

15 aprel
.

Tramp: "Üçüncü dünya müharibəsinin qarşısını ancaq mən ala bilərəm"

ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, üçüncü dünya müharibəsinin qarşısını yalnız o ala bilər. "Sübut edəcəyəm ki, bunu edə bilən yeganə şəxs mənəm, çünki Bayden administrasiyasındakı insanların üçüncü dünya müharibəsinin qarşısını necə almaq barədə heç bir fikri yoxdur", - dey

14 aprel
.

Qazaxıstan təyyarələri İrandan yan keçməklə uçacaqlar

"Air Astana" İranın hava məkanından yan keçməklə BƏƏ və Səudiyyə Ərəbistanına uçuşlar həyata keçirəcək. Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb. "Sərnişinlərin və ekipajların təhlükəsizliyini təmin etmək üçün "Air Astana"nın Dubay və Ciddə reysləri İranın hava məkanında

14 aprel
.

İtkin düşən 2 bacı və əmioğlu başqa şəhərdə tapıldı

Türkiyədə itkin düşən 3 uşaq başqa şəhərdə tapılıb. Spnxəbər.az xarici mediaya istinadən xəbər verir ki Türkiyənin Mersin şəhərində itən 3 uşaq Adana şəhərində tapılıb. Polis qrupları Ramazan bayramının ilk günündən axtarışda olan 2 bacı və əmioğlunu Adanaya getdiyini öyrənib. Mərkəz Seyhan səmtindək

15 aprel
.

İran İsrailə hücumu "qanuni və haqlı özünümüdafiə aktı" hesab edib

İran İsrailə hücumu "İsrailin təcavüzünə qarşı qanuni və əsaslandırılmış özünümüdafiə aktı" adlandırıb. "Report"un məlumatına görə, bu barədə İranın BMT-dəki daimi nümayəndəliyinin BMT-nin baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasının sədri Vanessa Freyzerə göndərdiyi məktubd

14 aprel
.

Konqoda silahlılar azı 10 mülki şəxsi öldürüblər

Konqo Demokratik Respublikasının şərqindəki Beni şəhəri yaxınlığında üsyançıların hücumu nəticəsində azı 10 mülki şəxs öldürülüb. "Report" xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət orqanlarına və BMT-dəki mənbəyə istinadən məlumat yayıb. Mulekera şəhərinin meri Nqonqo Mayanq

14 aprel
.

Qırğızıstanda rus və ingilis dillərində cizgi filmləri qadağan edilir?

Qırğızıstan parlamentinin spikeri Nurlanbek Şakiyev rus və ingilis dillərində cizgi filmlərini qadağan etməyə çağırıb. Bunu Şakiyev parlamentin iclasında deyib. "Uşaqların telefonlarında baxdıqları bütün cizgi filmləri rus dilindədir, qırğız dilində cizgi filmləri yoxdur. Rus və ingilis dillərind

14 aprel
.

Gözəllik müsaqibəsinin qalibi estetik əməliyyatdan sonra öldü

Venesuelanın gözəllik kraliçası əməliyyatdan sonra dünyasını dəyişib. xarici mediaya istinadən xəbər verir ki, Venesuelanın gözəllik kraliçası 24 yaşlı Wilevis Brito çənəsi və dodaqlarında cərrahiyyə əməliyyatı keçirdikdən sonra infarkt keçirərək dünyasını dəyişib. Britonun əməliyyatının kosmetik deyil

15 aprel
.

Keşiş kilsədə xütbə oxuyarkən bıçaqlandı - ANBAAN VİDEO

Avstraliyanın Sidney şəhərinin ətrafındakı kilsələrdən birində silahlı insident baş verib. xəbər verir ki, kilsəyə bıçaqla daxil olan gənclərdən biri əvvəlcə keşişə, daha sonra bir neçə kilsə üzvünə hücum edib. Hadisə Vakeley ştatındakı kilsədə qeydə alınıb. Qurban yepiskop Mari Emmanuel olub. Qeyd edə

15 aprel