Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
Otel biznesi üzrə ekspertlər turizm mərkəzlərində müsafirlərin otel əməkdaşlarının xoşuna gəlməyən davranışları ilə bağlı 11 səhvi göstəriblər.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, 12 il mehmanxana biznesi sahəsində fəaliyyət göstərən ekspert Pedro Riçardson bu səhvlərin ən birincisinin oteldə xalatla gəzmək olduğunu bildirib. Onun sözlərinə görə, turistlər bu geyimdən yalnız öz otağında, SPA proseduralarında və hovuza gedərkən istifadə edə bilərlər. Digər hallarda xalat geyinmək uyğun deyil.
Turistlərin davranışında ikinci xoşagəlməz hal birbaşa otelə gələrək nömrə tələb edilməsidir. Otel sahibləri qeyd edirlər ki, onların ən azı bir gün əvvəl otaq sifariş etmələri daha məqsədəuyğundur. Belə olan halda otağın təmizlənməsi üçün foyedə gözləmək lazım gəlir.
Otel əməkdaşlarını narahat edən digər amil resepsionda yersiz olaraq stolüstü zəngə basılmasıdır. Onların sözlərinə görə, bu, personalı narahat edir və pis davranış göstəricisidir. Bundan başqa, turistlərə qeydiyyat zonasında izdiham yaratmaq məsləhət görülmür. Onların öz növbəsini foyedəki kreslolarda gözləməsi daha məqsədəuyğundur.
Otel sahibləri adi nəzakət qaydalarını da xatırladırlar. Onlar ailəli müsafirlərə məsləhət görürlər ki, başqa qonaqları narahat etməmək üçün uşaqların səs-küy salmasına imkan verməsinlər. Yaşlı turistlərə isə ucadan danışmamaq və öz aralarında, yaxud telefonda söhbət edərkən təhqiramiz sözlərdən istifadə etməmək tövsiyə edilir. Bundan başqa, hovuzların kənarında çoxlu miqdarda spirtli içkilər qəbul etmək də məsləhət görülmür.
Nəhayət, otel əməkdaşları qeyd edirlər ki, turistlər su və işıq üçün pul ödəmədikləri üçün otaqdan çıxdıqları vaxt işığı və televizoru söndürmürlər. Müntəzəm olaraq təmizlik işləri aparılan otel otaqlarını həddindən çox zibilləmək də lazım deyil. Bu, təmizlik işlərinin müddətini daha da uzadır.
Sonda turistlərə otelə giriş zamanı bu müəssisənin davranış qaydalarını diqqətlə oxumaq məsləhət görülür.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Dünyada Baxılıb: 2207 Tarix: 24 avqust 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Rus qadınlarının gözəllik sirri üzə çıxdı - Sən demə Stalin...
Deyirlər, çirkin qadın yoxdur, baxımsız qadın var. Amma etiraf edək ki, slavyan qadınlarının gözəlliyi bir başqadır. Xüsusən də rus qadınları tarixən digər millətlərin kişilərini də heyran qoyublar.. . Sonxeber.az rus qadınlarının gözəllik sirlərini təqdim edir.. . Doğrudur qocaldıqca ilahi gözəlliklərin
24 avqust 2019Əfsanəvi cərrah xəstəliklərin gizli səbəbini açdı
Bütün dünyanın tanıdığı ukraynalı alim, akademik, ürək cərrahı Nikolay Amosov 90 il yaşamış və öz timsalında sübut edib ki, qocalıq prosesini gecikdirmək mümkündür.. . Bir çox elmi əsərlərin müəllifi və RON sağlamlaşdırma metodologiyasının ("Məhdudiyyətlər və yüklər rejimi") yaradıcısı ömr
24 avqust 2019Xaricdə özünü səfir kimi görən azərbaycanlı - FOTO
Tural Abdulla: "Xaricdə yaşamaq insanı həyata hazırlayır, dünyaya baxışını dəyişir". . Sonxeber.az kaspi.az-a istinadən yazını təqdim edir.. . Baltik dənizi ətrafı ölkələri araşdırmağı, öyrənməyi çox sevir. Xaricdə təhsil üçün ilk müraciətində Macarıstanı seçsə də, 2-ci dəfə Estoniyaya gedir
24 avqust 2019Otellərdə hansı pulsuz xidmətlərdən istifadə etmək olar?
Əlavə ödənişli xidmətlərlə yanaşı, bir çox otellərdə müsafirlərin bilmədiyi pulsuz xidmətlər də mövcuddur.. . Sonxeber.az AZƏRTAC-a istinadən mehmanxanaların əksəriyyətində təqdim olunan pulsuz xidmətlərin siyahısını sizə təqdim edir.. . 1.Xidmət səviyyəsinin artırılması. . Otelə daxil olduğunuzda siz
24 avqust 2019Nüvə silahına sahib OLAN ÖLKƏLƏR - QORXUNC RƏQƏMLƏR - FOTO
Aparılan araşdırmalara görə, dünyada 14,995 ədəd nüvə silahı var. Hər ölkənin əlində olmayan bu silahlar olduqları ölkənin rəqiblərin ciddi qorxu içində saxlayır.. . Hazırda əlindəki nüvə silahının az olmasına rəğmən, ətrafına ən çox qorxu saçan ölkə Şimali Koreyadır.. . Sonxeber.az "Business Insider"
24 avqust 2019Abdurrahman Siler məhv edilib
Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Mardin vilayətinin Savur rayonunda uğurlu anti-terror əməliyyatı keçirilib.. . Sonxeber.az AZƏRTAC-a istinadən bildirir ki, əməliyyat zamanı məhv edilən beş terrorçudan biri "Hebat" ləqəbli Abdurrahman Siler olub. Onun adı Daxili İşlər Nazirliy
24 avqust 2019Elon Musk: ''Dünyaya bir gün asteroid çarpacaq''
İş adamı Elon Musk Twitter-də növbəti dəfə diqqət çəkən açıqlamalar verib. Məşhur sahibkarın sözlərinə görə, bir gün bir asteroid Yer kürəsinə çarpılacaq. Ən pisi də buna qarşı bir müdafiəimizin olmamasıdır.. . Sonxeber.az chip.az-a istinadən bildirir ki, Elon Musk Twitter-dəki maraqlı açıqlamaları il
24 avqust 2019Youtube, dostuna Lamborghini hədiyyə etdi - VİDEO
YouTube ulduzu David Dobrik ən yaxın dostlarından biri Heath Hussara yeni Lamborghini Huracan hədiyyə edib. Hussar hədiyyəni görəndə sevincdən göz yaşlarını saxlaya bilməyib.. . Sonxeber.az chip.az-a istinadən bildirir ki, David Dobrik 13 milyon abunəçisi olan və dünyaca məşhur bir YouTuberdir. Dobri
24 avqust 2019ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkməsinə görə xəstələnib
ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkməsi nəticəsində xəstələnib.. . Sonxeber.az Trend-ə istinadən bildirir ki, bu barədə "Axios" nəşriyyatı Xəstəliklərin Profilaktikası və Nəzarət Mərkəzinə istinadən yazıb.. . Məlumata əsasən, ümumilikdə mərkəzin mütəxəssisləri 28 iyul tarixindən etibarə
24 avqust 2019