"İstifadəyə yararsız butulkalar yanğına səbəb olur" - FHN -dən yanğınlarla bağlı AÇIQLAMA
Xəbər verdiyimiz kimi, son günlərin ən aktual hadisələrindən biri də məhz yanğınların olmasıdır. Avqustun 22-də Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu yaxınlığında tikinti materialları bazarında , avqustun 23- də Qəbələ rayonunda kolluqda baş verən yanğın, ondan əvvəlki tarixlərdə isə digər rayonlarımızda meşə sahələrində və son olaraq Şəkidə kolluq sahədə olan yanğın hadisəsini buna misal göstərmək olar. Hər gün demək olar ki, bu mövzu öz aktuallığını saxlamış olur. Yaşayış evlərində, sosial obyektlərdə, meşə və çöllüklərdə yanğınlar olur. Bəs silsilə xarakter daşıyan bu hadisələrin baş verməsini nə ilə əlaqələndirmək olar?
Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev Sonxeber.az-a açıqlama verib: " Hər bir hadisəyə hüquqi qiymət verilməlidir. Ümumiyyətlə? deyə bilərəm ki, bəzi vətəndaşlar, müəsissə rəhbərləri və orada çalışanlar tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmur. Bu qaydalara çox səhlənkar yanaşılır. Təhqiqatların da yekunu onu göstərir ki, təhlükəsizlik qaydalarına etinasız yanaşma yanğın hadisələrinə səbəb olur".
Bundan əlavə, Elnur Babayev istilər olduqda belə, bizim meşələrimizdə Rusiya torpaqlarında olan torf olmadığına görə öz-özünə alışmanın olmamasını da vurğuladı: " İnsanlar meşə sahələrinə, istirahət mərkəzlərinə üz tutur, qidalanmaq və digər məqsədlər üçün ocaq qalayırlar. Daha sonra həmin ocağı nəzarətsiz qoyulur. Təbii ki, bu da yanğınların baş verməsinə gətirib çıxarır. Hətta, bir siqaret kötüyünün söndürülməmiş yerə atılması yanğınlara səbəb olur".
Elnur Babayev açıqlamasında yanğının baş verməsini adi bir şüşə butulka ilə yaranacağı ehtimalına da toxunub: " İnsanlar butulkanı istifadə etdikdən sonra yerə atırlar. Yerə atılmış butulkaların günəş şüalarının təsiri ilə - fokslaşması nəticəsində yanğın hadisəsi də baş verə bilər. Adi lupanın altına kağızı qoyub günəş şüası ilə təmas yaratsaq bir necə saniyə sonra kağızın yanmasına şahid olarıq. Yenə də gəldik insan amilinə. O butulkanı ora atan kim olmuşdu? Əlbəttə ki, insan..."
Həmçinin, Elnur Babayev qeyd edib ki, yanğın hadisələri də mövsümə görə dəyişir: "Yağışlar yağan vaxtı yol kənarına atılmış, söndürülməmiş siqaret kötüyü o qədər də təhlükə törətməsə də, yay mövsümündə isə şərait və səbəblər dəyişir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və texnikası baş verəcək yanğın hadisələrinin söndürülməsi, onun nəticələrinin aradan qaldırılmasına hazırdır. Yanğın nəzarəti olaraq bizim devizimiz Ulu öndərin dediyi sözdür: "Bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır".
Şəlalə Babayeva
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 2127 Tarix: 26 avqust 2019
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Azərbaycanın şimalında güclü külək kənd təsərrüfatına ciddi zərər vurdu - FOTO
Azərbaycanın şimalında güclü külək kənd təsərrüfatına ciddi zərər vurub.. . Respublikanın şimal zonasında axşam saatlarında əsən güclü külək ağaclardakı meyvələri yerə töküb.. . Güclü külək Quba və Xaçmaz rayonlarında, həmçinin Xudat şəhərində meyvə bağlarında və fərdi təsərrüfatların ağaclarındakı meyvələr
24 avqust 2019Bu fəhlələr 1 il 7 aydır maaş almır - Video
Fəhlələr1 il 7 aydır işlədiyi tikintidən maaşını ala bilmir. Söhbət Abşeron rayonu "Masazır Park" Yaşayış kompleksindən gedir.. . 35 nəfər fəhlə xeyli vaxtdır sözü gedən tikinti şirkəti tərəfindən aldadılaraq istismar ediliblər. . . Onlara müxtəlif vədlər verilsə də heç biri yerinə yetirilməyib
24 avqust 2019Təhsil nazirindən yeni - TƏYİNAT
Oğuz Rayon Təhsil Şöbəsinə təzə müdir təyin olunub.. . Oxu.Az-ın məlumatına görə, Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, bu vəzifəyə Məcidov Anar Rafiq oğlu təyinat alıb.. . Qeyd edək ki, A.Məcidov 2013-cü ildən Oğuz şəhəri Emin Abdullayev adına 2 №-li tam orta məktəbin direktoru vəzifəsind
24 avqust 2019Abutalıbovun Bakıdakı milyonluq mülkləri - bazar, çayxana, restoran... (SİYAHI)
Baş nazirin müavini Hacıbala Abutalıbov Bakı şəhər İcra hakimiyyətinin rəhbəri olarkən dövlət əhəmiyyətli binaları və iaşə obyektlərini öz qohumlarının və yaxın adamlarının adına rəsmiləşdirib.. . Sonxeber.az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, aşağıda adları qeyd olunan obyektlər Ba
24 avqust 2019Bu məhsulların qiyməti ucuzlaşdı — SİYAHI
Bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2018-ci ilin müvafiq dövrünə nisbətən 2,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 3,1 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətlər
24 avqust 2019Bakıda gecə klubunda əylənən ərəb fantastik hesab ödədi - ŞOK MƏBLƏĞ - FOTO
Bakıda yerləşən gecə klublarından birində ərəb turistlərə 6340 AZN-lik hesab təqdim olunub. . . Sonxeber.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bununla bağlı sosial şəbəkələrdə hesabı əks etdirən foto paylaşılıb.. . Hesabdan görünür ki, turistlər əsas maliyyəni atəşfəşanlıq üçün istifadə ediblər
24 avqust 2019Bakıda yeniyetmə qız evdən qaçdı: atası bir ildir zorlayırmış
Bakıda yeniyetmə qıza qarşı ağlasığmaz cinayət törədilib. Bir il ərzində öz qızını zorlamaqda ittiham olunan kişi saxlanılıb.. . Bu barədə Oxu.Az-a Sabunçu Rayon Prokurorluğundan bildirilib.. . Cinayətin üstü 15 yaşlı Sabunçu sakininin (ad məlum səbəblərdən açıqlanmır) yoxa çıxmasından sonra açılıb.
23 avqust 2019Hava şəraiti ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ: 26 avqustadək...
Dövlət Yol Polisi (DYP) havaların isti keçməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.. . Baş Dövlət Yol Polisi İdarəsindən Sonxeber.az-a daxil olan müraciətdə qeyd olunur ki, avqust ayının 26-dək ölkə ərazisində havaların isti keçəcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
23 avqust 2019