Bakıda narkobaronlara qarşı ƏMƏLİYYAT - "Bibixanım" tutuldu - FOTO

Bakıda narkobaronlara qarşı ƏMƏLİYYAT - "Bibixanım" tutuldu - FOTOBaş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin alqı-satqısı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə xüsusi əməliyyat həyata keçirilib.

Sonxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, Baş İdarə əməkdaşlarının Binəqədi rayonunda keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Mehman Bayramov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 0,565 qram, idarə etdiyi "Opel" markalı avtomobildən isə 1 kiloqram 0,10 qram çəkidə yüksək təsiredici xassəyə malik psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində psixotrop maddələri satmaq niyyəti ilə əldə etdiyini etiraf edib.

Baş İdarə əməkdaşlarının Suraxanı rayonunda keçirdikləri növbəti əməliyyat zamanı isə əvvəllər dəfələrlə məhkum olunmuş Füzuli rayon sakini Xəqani Həsənov saxlanılıb. Onun üzərindən 2,161 qram, yaşadığı Hövsan qəsəbəsində yerləşən evindən isə 100,901 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Narkotacirlərin ifşa edilməsi istiqamətində Baş İdarə əməkdaşlarının keçirdikləri daha bir əməliyyat isə paytaxtın Xətai rayonunda baş tutub. Belə ki, idarəyə Əhmədli qəsəbəsi Zığ yolu küçəsində Xalidə adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə məlumat daxil olub. Həmin şəxsin saxlanılması istiqamətində keçirilən əməliyyat zamanı Xətai rayon sakini Xalidə Ağayeva tutularaq istintaqa təqdim edilib. Saxlanılan zaman X.Ağayevanın üzərindən 78,173 qram, yaşadığı evdən isə 3 kiloqaram 20 qram narkotik vasitə heroin, 194,645 qram tiryək, 500 qram psixotrop maddə olan metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib. X.Ağayeva ifadəsində bir müddətdir ki, narkotiklərin satışı ilə məşğul olduğunu, həmçinin tanınmasın deyə hər kəsə özünü "Bibixanım" deyə təqdim etdiyini bildirib.

Faktlarla bağlı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bakıda narkobaronlara qarşı ƏMƏLİYYAT - "Bibixanım" tutuldu - FOTOBakıda narkobaronlara qarşı ƏMƏLİYYAT - "Bibixanım" tutuldu - FOTOBakıda narkobaronlara qarşı ƏMƏLİYYAT - "Bibixanım" tutuldu - FOTOBakıda narkobaronlara qarşı ƏMƏLİYYAT - "Bibixanım" tutuldu - FOTOBakıda narkobaronlara qarşı ƏMƏLİYYAT - "Bibixanım" tutuldu - FOTOBakıda narkobaronlara qarşı ƏMƏLİYYAT - "Bibixanım" tutuldu - FOTOBakıda narkobaronlara qarşı ƏMƏLİYYAT - "Bibixanım" tutuldu - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2541   Tarix: 24 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Kasıbınkı yaydır" deyib atalarımız: Amma bu il mövsümi meyvə-tərəvəz baha ola bilər - Açıqlama

Mil-Muğan bölgəsində qarpız əkini yekunlaşmaq üzrədir. Fermerlər bu il məhsuldarlığın zəif olacağından narahatdırlar. Çünki torpaq qoyduqları ştilləri həşəratlar məhv edib və hazırda problemin qarşısını almağa çalışan təsərrüfat sahələrinin digər problemi yerli toxumların olmaması və xaricdən gətirilənlari

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

25 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel