İran qadınlarının həyatı: fahişədən general arvadınadək

İran qadınlarının həyatı: fahişədən general arvadınadəkSonxeber.az Kulis.az-a istinadən "Əsl kino" layihəsində Şirin Neşatın "Kişilərsiz qadınlar"və Folker Şlöndorfun "Meşə hökmdarı" filmlərini təqdim edir.

Şirin Neşatın "Kişilərsiz qadınlar" 2009-cu il Venesiya kinofestivalında rejissor işinə görə Gümüş Ayı mükafatını alıb. Film Avstriya, Almaniya, Fransa və İranın birgə istehsalıdır.

Süjet: Hadisələr 1953-cü ilin İranında baş verir. Ölkədə hərbi çevriliş fonunda dörd qadının taleyi nəql olunur. Onlardan biri Munisin (Şəbnəm Tolo) 30 yaşı var, qardaşı Əmirxan onu zor gücünə ərə vermək istəyir. Munisi isə ailə qurmaq maraqlandırmır. Onu ölkədəki siyasi vəziyyət narahat edir. İkinci qadın Munisin rəfiqəsi Fayezədir (Pegah Ferydoni). O Munisi yoluxmağa gəlir, onlar ölkədəki etirazları müzakirə edirlər. Fayezəni siyasi vəziyyətdən çox Munisin qardaşı Əmirxan maraqlandırır. O, Əmirxanın başqa bir qadınla evlənəcəyindən məyusdur. Digər qəhrəman fahişə Zərrindir (Orşoyya Tot). Zərrin növbəti müştərini yola salan kimi bordelin rəhbəri olan qadın onun digərinə qulluq etməsini tələb edir. Bu zaman müştəri kişi Zərrinin gözünə üzü təhrif olunmuş şəkildə görünür. Zərrin oradan qaçaraq hamama gedir, bədənini dərisi soyulanadək kisələyir. Sonuncu qəhrəman 50 yaşlı zəngin qadın Fəhridir (Arita Şəhrzad). Onun əri generaldır. Fəhri təsadüfən keçmis sevgilisi ilə qarşılaşır. Bu əri ilə arasında mübahisəyə səbəb olur. Sonrakı epizodlar bu qadınların ətrafında baş verir. Munis özünü evlərinin damından atır, qardaşı onu dəfn edir. Sonra Fayezə onun səsini eşidib qəbirdən çıxarır. Munis ikinci həyatına başlayır, siyasi fəaliyyətə qoşulur. Fayezə iki kişi tərəfindən zorlanır. Fəhri şəhərdən kənarda sakit, nəsə mistik gücü olan mülk alır. O, bu bağda Zərrin və Fayezəni himayəsinə alır...

Əslən iranlı olan, Amerikada yaşayan Şirin Neşat fotoları, video instalyasiyaları, filmləri ilə məşhurdur. Rejissor "Kişilərsiz qadınlar" filmindəki əhvalata fon olaraq-1953-cü ildə Amerika və Böyük Britaniya tərəfindən hazırlanan, məqsədi İranda Məhəmməd Müsəddiqi devirib hakimiyyətə, sonuncu İran şahı Məhəmməd Rza şah Pəhləvini gətirmək olan çevriliş əməliyyatını seçib. Bununla da rejissor hekayəsinə dərin vurğular salmağa, süjeti çoxqatlı etməyə çalışıb. Hekayənin mərkəzində təkcə qadın yox, ümumən insan, şəxsiyyət azadlığı, siyasi azadlıqlar dayanır. Ona görə də əhvalat boyu Amerika və Böyük Britaniyanın ölkəyə müdaxiləsinə etirazlar, kommunistlərin fəaliyyətini əks etdirən epizodlar daxil olunur. Hər təbəqədən bir qadını qəhrəman seçməklə, müəllif o dövrki cəmiyyətin bütöv təsvirinə nail olur. O, hekayəsini çox poetikləşdirir, video installyasiya estetikasının, magik realizm, fentezi janrının elementlərindən yararlanır, şərtiliyə yer verir, metaforlara istinad edir. Beləcə, əhvalatını qeyri-müəyyən, sirli atmosferə bürüyür. Qeyri-müəyyənlik yəqin ki, rejissorun vətəninin taleyi ilə bağlı nigarançılığını da əks etdirir.

Alman rejissoru Folker Şlöndorf "Meşə hökmdarı" filmini, fransız yazıçısı Mişel Turnyenin əsərinə əsasən 1996-cı ildə ekranlaşdırıb.

Süjet: Abel (Con Malkoviç) katolik kilsəsinin nəzdindəki uşaq evində sərt şərtlərdə böyüyüb. O, mexanik işləyir, eyni zamanda foto ilə məşğul olur. Uşaqlarla ünsiyyəti çox sevən Abel balacaların şəkillərini çəkir. Abelin qəzadan xilas etdiyi qızcığaz Martina ona şər ataraq zorakılıq etdiyini deyir. Abel günahsızlığını sübut edə bilmir. Qızın Abelə böhtan atmasının səbəbi isə, öz fotoapatının ona verməməsidi. Məhkəmə Abelə cəza kəsərək, onu orduya göndərir. Abel burda almanlara əsir düşür və yüksək rütbəli alman zabitinin evində, daha sonra nüfuzlu zadəgan Kaltenbornun malikanəsində işləyir. O, kəndlərə gedərək, oğlan uşaqlarını məcburi Kaltenbornun malikanəsindəki hərbi məktəbə gətirir. Məktəbə onlardan nasizmə xidmət edən əsgər yetişdirir. Abelin adını kəndlilər adamyeyən qoyur...

Roman qədim german əfsanəsi "Meşə hökmdarı"na allyüziyadır. Əfsanədə meşə hökmdarı uşaqları ovlayır. Abel obrazı özündə şəri və xeyirxahlığı birləşdirir. Alman nasistlərinin buyruğunu qorxaqcasına yerinə yetirən Abel eyni zamanda səmimi qəlbdən inanır ki, kəndli uşaqlarını gətirməklə onlara yaxşılıq edir. O, nasistlərin alətinə çevrilməsinin fərqində deyil. Finalda yəhudi uşağını xilas etməklə, o, sanki günahlarını yuyur.

Filmin əvvəlində sərt qaydaları olan katolik kilsəsinin nəzdindəki məktəb yandığı kimi, son epizodda da nasist hərbi məktəbinin yerləşdiyi malikanə darmadağın olunur. Çünki hər iki məktəbin məqsədi insanları manipulyasiya etməkdir.

Filmdə dəhşətli səhnələr yer alır. Yüksək rütbəli alman zabitlərdən birinin meşədə saysız hesabsız maralları ovlaması qəddarlıq baxımından nasizmlə eyniləşir.

YUNİSEFİN mükafatına layiq görülən "Meşə hökmdarı" fransız rejissoru Lui Malın xatirəsinə həsr olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 6795   Tarix: 25 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dili qatlanan müştərisini xilas edib, işinə davam etdi - VİDEO

Saç ustası dili qatlanan müştərisini xilas edib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib . Bursada bərbər müştərisini təraş edərkən dili qatlanıb. Bərbər dərhal həmin şəxsi xilas edib. Təhlükəsizlik kamerasına əks olunan anları izah edən bərbər müştərisinin dilini çıxarara

24 aprel
.

İranda timsah hücumu ilə bağlı xəbərdarlıq edildi

Birləşmiş Ərəb Əmirlikləri və Omandan sonra İranda da fırtına baş verib. "Qafqazinfo" İran mediasına istinadən xəbər verir ki, təbii fəlakət ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan, eləcə də Hörmüzqan vilayətlərində fəsadlara səbəb olub. Bildirilir ki, Sistan və Bəlucistanda sel səbəbində

22 aprel
.

DƏHŞƏT: Bir ərazidən 5 meyit tapıldı

ABŞ-nin Oklahoma Siti şəhərində beş nəfərin meyiti tapılıb. xəbər verir ki, bu barədə ABC televiziyası şəhər polisinə istinadən məlumat yayıb. Bildirilib ki, hüquq-mühafizə orqanları onları kütləvi qətlin qurbanı hesab edir. Meyiti tapılanlardan ikisi uşaqdır. Hadisə ilə bağlı araşdırmalara başlanılı

23 aprel
.

Polis yubileyində özünü öldürdü

Rusiyanın Klin şəhər rayonunda 40 illik yubiley tədbiri zamanı polis əməkdaşı intihar edib. yerli mediaya istinadla bildirir ki, hadisə qonaqlar gedəndən sonra baş verib. Polis serjantı yubileyini yaxınları ilə bağçada qeyd edib. Ailə üzvləri ilə yanaşı, qonşular, iş yoldaşları da məclisə toplaşıb. Bi

23 aprel
.

Rusiyada naməlum şəxslər polisləri güllələdilər: Ölənlər var - FOTO

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında naməlum şəxslər üç polisi güllələyib, patronlu pulemyotları oğurlayıb, qaçıblar. Hadisə təhlükəsizlik qüvvələrinin patrul xidməti apardığı zaman baş verib. Polislərdən ikisi hadisə yerində, biri isə xəstəxanada ölüb. Ölənlər tağım komandirinin müavin

22 aprel
.

"Qız qülləsi" bağlanır - SƏBƏB

Bosfor boğazının cənub girişində yerləşən kiçik bir adadakı "Qız qülləsi" bir həftə müddətinə bağlı olacaq. Türkiyə mediasına istinadən xəbər verir ki, Mədəni İrs və Muzeylər Baş İdarəsim məlumat yayıb. "Qız qülləsi" Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən nəzarət işlərini

23 aprel
.

Arvadını döyüb öldürən qazaxıstanlı nazirin telefonu araşdırılacaq: Şifrəsi əldə edilib - FOTO

Qazaxıstanda vətəndaş nikahında olduğu Saltanat Nukenovanı qətlə yetirməkdə təqsirləndirilən keçmiş nazir Kuandıq Bişimbayevin məhkəmə prosesi davam edir. Keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayev məhkəmədə araşdırılması üçün telefonunun şifrəsini məhkəməyə verməyə razılaşıb. Bu barədə keçirilə

22 aprel
.

Hind bayramı niyə Ginnesin Rekordlar Kitabına salındı? - Sərvət ilahəsi...

2023-cü ilin 12 noyabr tarixində keçirilən Hindistanın əsas bayramı Divali Ginnesin Rekordlar Kitabına salınıb. -ın xəbərinə görə, həmin gün 2,2 milyondan çox yağ lampası yandırılıb. Bundan əlavə, çıraqlar şəhərin 50-dən çox yerində yandırılıb. Hinduların inancına görə, həmin yerlər tanrı Ramın doğulduğ

22 aprel
.

Vergi dairəsində işləyən məmur rüşvət alarkən yaxalandı - VİDEO

Türkiyədə məmur rüşvət alarkən yaxalanıb. xarici mediaya istinadən xəbər verir ki, İstanbul'da vergi dairəsində işləyən icra məmur, vergi borcu olan kişiyi təhdit edərək rüşvət tələb edib. Məmur rüşvət alarkən polis tərəfindən cinayət başında saxlanılıb. Hadisə ilə bağlı 2 nəfər məhkəmə qərarı il

24 aprel