Həyat yoldaşı ilə intim əlaqəyə görə İTTİHAM EDİLİR - Elsevərin MƏHKƏMƏSİ - ŞOK TƏFƏRRÜAT

Həyat yoldaşı ilə intim əlaqəyə görə İTTİHAM EDİLİR - Elsevərin MƏHKƏMƏSİ - ŞOK TƏFƏRRÜATGəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin120.2.4-cü, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə təqsirli bilinərək məhkum edilən Qurbanzadə Elsevər Eldəniz oğlu Ali Məhkəmədən işə yenidən baxılmasını və ittiham edildiyi maddənin dəyişdirilməsini xahiş edib.

Sonxeber.az ölkə.az-a istinadən bildirir ki, iş hakim Hafiz Nəsibovun icraatına verilib.

Məhkəmə baxış iclası oktyabr ayının 9-na təyin olunub.

Qeyd edək ki, hadisə 2017-ci ilin dekabrında baş verib. Dekabrın 19-da Gəncənin Nizami rayonu ərazisində yerləşən supermarketlərin birində Elsevər Qurbanzadə arvadı, 18 yaşlı Sevinc Quliyevaya çoxsaylı bıçaq zərbələri vurub.

Sevinc Quliyeva işlədiyi həmin marketin işçiləri tərəfindən xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Elsevər Qurbanzadə ilə birlikdə yaşadıqları müddətdə cütlük arasında tez-tez münaqişələr baş verirmiş. Nəticədə Sevinc Quliyeva ərindən ayrılaraq ata evinə qayıdıb.

Elsevər Qurbanzadə isə bunu özünə qarşı təhqir hesab edərək arvadını cəzalandırmaq qərarına gəlib.

Bu məqsədlə dekabrın 19-da özü ilə bıçaq götürən Elsevər Qurbanzadə arvadının işlədiyi marketə gəlib, ona çoxsaylı bıçaq zərbələri vurmaqla, cinayət əməlini başa çatdırıb.
İstintaq araşdırması zamanı məlum olub ki, Elsevər Qurbanzadə Sevinc Quliyeva ilə yetkinlik yaşına çatmadığı zamanda intim əlaqədə olub.

Bu səbəbdən ona adam öldürməkdən əlavə, yetkinlik yaşına çatmayan Sevinc Quliyeva ilə intim əlaqədə olmaq ittihamı verilib.

İstintaq orqanı tərəfindən Elsevər Qurbanzadənin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Elsevər Qurbanzadə özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib. O, qeyd edib ki, Sevinc Quliyevanın xüsusi amansızlıqla öldürmək niyyəti olmayıb.

Valideynlərinin məsləhəti ilə Sevinc Quliyeva ilə ailə quran Elsevər Qurbanzadə qeyd edib ki, arvadının ondan xəbərsiz evdən getməsinə əsəbiləşib: "Bu səbəbdən onu cəzalandırmaq qərarına gəldim. Bu məqsədlə Sevincin işlədiyi marketə getdim. Onu evə qayıtmasına yola gətirmək istədim. Amma o, öz bildiyini dedi. Mən də onu bıçaqla vurdum".

Təqsirləndirilən şəxs ailə həyatı quran zaman yetkinlik yaşına çatmayan şəxslə intim əlaqədə olmağın cinayət olduğunu bilmədiyini deyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1468   Tarix: 30 avqust 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Daşkəsəndə 72 yaşlı kişi güllələnib

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb. "Report" xəbər verir ki, hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib. Özünün dediyinə görə

31 avqust 2021
.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Əri 30 yaşlı qadına 20-dək bıçaq zərbəsi vurdu

Masallı sakini əri tərəfindən bıçaqlanıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Xıl kənd sakini - 1991-ci il təvəllüdlü Ağayeva Elza Cəfər qızı həyat yoldaşı - 1985-ci il təvəllüdlü Ağayev Ariz Ceyhun oğlu tərəfindən bıçaqlanıb. Qadın yaralı halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasın

29 avqust 2021
.

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya

16 sentyabr 2021
.

İsmayıllıda ƏMƏLİYYAT - Heroin alverçisi saxlanıldı - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  -a verilən məlumata görə, keçirilən əməliyyat zamanı üzərində narkotik vasit

22 avqust 2021
.

DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib

2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə

17 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT - Arvad ərini öldürüb, kolluqda gizlətdi

Neftçala rayonunda 9 il əvvəl törədilərək bağlı qalmış cinayətin açılması təmin edilmişdir. Baş Prokurorluqdan -a verilən məlumata görə, 09.02.2013-cü il tarixdə Neftçala rayon sakini Mənəfov Mayis Nazim oğlunun Neftçala şəhəri, M.Ə.Sabir küçəsində yerləşən qəbirstanlığın yanındakı kolluq ərazidə çürümü

10 sentyabr 2021
.

Bu rayonda 15 gün ərzində 12 koronavirus xəstəsinə cinayət işi açıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, Cəlilabad rayon sakini T.Əliyarlıya COVID-19 infeksiyası testini

25 avqust 2021
.

"Anasına danışanda oğluna şər atdığımı dedi" - 10 il həbs verilən 26 yaşlı Nərmin

Ötən il Bərdədə həmcinsini güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən N.Mehrəliyeva şəxsi istəyi olmadan cinsi əlaqəyə məcbur edildiyini bildirib. O, məhz həmin şəxsin anası Sevda Hacıyevanı ov tüfəngi ilə qətlə yetirməkd

2 sentyabr 2021