Quda olacağı qadının başına oyun açdı - Özünü "Hacı" kimi tanıdan şəxsin ŞOK ƏMƏLLƏRİ

Quda olacağı qadının başına oyun açdı - Özünü "Hacı" kimi tanıdan şəxsin ŞOK ƏMƏLLƏRİDələduzluq əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum edilmiş 1974-cü il təvəllüdlü Nağıyev Mirəli Mirənnağı oğlunun işinə Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, apelyasiya şikayəti əsasında Cinayət Məcəlləsinin 178.3.2 – külli miqdarda zərər vurmaqla dələduzluq əməli törətmiş M.Nağıyev yenidən hakim qarşısına çıxarılacaq. İşə Bakı Apelyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Mirəli Nağıyev əvvəlcədən tanıdığı Pərinisə Cəfərova və Cəlal Ələkbərova qarşı dələduzluq edib. Onların etibarından sui-istifadə edərək pullarını ələ keçirib.

Nağıyev Rusiyada şirkət açmaq, biznes qurmaq adı ilə Pərinisə Cəfərovadan ümumilikdə 142 min manat, Cəlal Ələkbərovdan isə 22 min manat pul alıb. Nağıyev həqiqətən də Rusiyada ticarətlə məşğul olub. Amma zərərçəkmiş şəxslərə yalan vəd verərək onların pulunu ələ keçirib.

Zərərçəkmiş qadın Bakı Ağır Cinayətlər Məhkəməsindəki proses zamanı deyib ki, Mirəlini dindar, hacı biri kimi tanıyıb: "Mirəlini atasına, qardaşına, anasına görə tanımışam. Onun ailəsi ilə yaxın münasibətimiz olub, qonşu olmuşuq. Tez-tez ehsan, iftar süfrələrində, məclislərdə görüşmüşük. Onlara ailəm kimi münasibət göstərmişəm. Mirəlini də öz övladım kimi qəbul eləmişəm. Aramızda da səmimi, ailə üzvü kimi münasibət olub. Mirəli Moskvada işləyirdi. Ailəsinə, qohumlarına yaxşı baxırdı. Mən onların ailəsində Mirəlini ən sonda tanımışam, o da Moskvadan gələndən sonra. Oğlum universitetə qəbul olanda bizə hədiyyə olaraq kondisioner alıb göndərmişdi. Hətta oğlum üçün qurban da kəsdirdi. Həmin qurban payından bizim evə bir tikə də gəlmədi. Ehsan kimi ehtiyacı olanlara payladı. Həmişə bizə özünü yaxşı adam kimi göstərib. Onun atası, anası məni öz övladı kimi tanıyıb. Biz onlarla quda da olacaqdıq. Onlar öz övladlarını mənə əmanət edirdilər. Mirəlini həbsdə görmək indi də mənim ürəyimi parçalayır. Amma mənə o qədər zərər vurublar ki, əsəblərim pozulub xəstəlik tapmışam, saçlarım tökülüb, illərlə müalicə almışam. Ondan mənəvi təzminat da tələb edirəm. Məni o həddə çatdırdılar ki, şikayət elədim. Sübut etmək istədim ki, bu pulu verən qadın onu geri də ala bilər".

Zərərçəkmişin ifadəsindən məlum olub ki, Mirəli Nağıyevə pul verdikdən sonra bəzi söz-söhbətlər də ortaya çıxıb: "Mənim namusumla bağlı da söz çıxardılar. Guya mən ona pul xərcləmişəm. Bəzi ağılsızlar da buna inandı. Bir insana yaxşılıq eləmək, borc vermək, sonra da iş qurmaq istəmək nə vaxtdan qəbahət olub? Təkrar edirəm ki, biz onlarla bir ailə kimi olmuşuq. Mirəlinin qızını tək övladıma, oğluma alcaqdım. Onlar qız övladlarının namusunu belə mənə əmanət ediblər. İndi necə olur ki, belə söz-söhbətlər çıxarırlar? Mən evimi də satmışdım. Əlimdə pul var idi. Bunu Mirəli də bilirdi. Bir neçə dəfə məndən borca pul istədi. Dəfələrlə alıb və vaxtında da qaytarıb. Hətta 30 min verdiyim vaxt da olub ki, dediyi gün çatdırıb. Mənə iş görməklə bağlı təklif edəndə oğlumla məsləhətləşdik. Mirəliyə hamımız inandığımız üçün iş görməyi razılaşdırdıq. Bir gün Mirəli mənə zəng edib dedi ki, həcc ziyarətindədir. Söylədi ki, Moskvada iş qurmağına kömək edəcək şəxslər də onunladır. 60 min pul lazım olduğunu dedi. Bildirdi ki, həmin şəxslərin yanında etibarını itirməmək üçün pul çatdırmalıdır. Mənə onu da dedi ki, guya həcdə mənim adımdan da qurban kəsdirib. Mən də dedim ki, həmin qurbanın pulunu mütləq sənə verməliyəm. Nəsə, bu məni yenə inandırdı və pulu Bakıda onun dediyi şəxsə verdim. Bu adla bir neçə dəfə məndən pul aldı. Guya quracağı şirkətə direktor kimi də mənim oğlumu qoyacaqdı. Biz də oğlumla razılaşmışdıq ki, iş qurulanda Moskvaya köçək. Bu işlər 2014-cü ildən başlayıb. Neçə dəfə pulumu geri istədim. Dedi ki, Moskvadakı işində pulları var və çıxaran kimi verəcək. Sonra guya Xırdalanda yüz min dəyəri olan evi mənim adıma keçirirdi. Məlum oldu ki, həmin evin sənədləri də doğru deyil".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1887   Tarix: 05 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

DİN ötən gün törədilən cinayətlərlə bağlı MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı

Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə

1 sentyabr 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021
.

Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO

Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind

2 sentyabr 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

Gəlninin göz almalarını kəsib, qarın nahiyəsinin isə... - Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI + FOTO

32 yaşlı gəlinini qətlə yetirən, daha sonra meyiti parçalara bölərək zibil qutusuna atan 75 yaşlı İdris Məhərrəmov hakim qarşısına çıxarılır. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Nəbiyevin sədrliyi ilə baş tutur. İdris Məhərrəmovun törətdiyi dəhşətl

11 sentyabr 2021
.

Azərbaycanda qayınata 19 yaşlı gəlinini boğaraq öldürdü

Naxçıvan Muxtar Respublikasında (MR) qətl hadisəsi baş verib. -ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, MR-in Babək rayonunda 67 yaşlı Əli Məmmədov gəlini 19 yaşlı Jalə Məmmədovanı boğaraq qətlə yetirib. Ə.Məmmədov tutulub. Faktla bağlı Babək Rayon Prokurorluğunda araşdırma aparılı

13 sentyabr 2021