Bakıda bir neçə evdən oğurluq edən şəxs saxlanılıb

Bakıda bir neçə evdən oğurluq edən şəxs saxlanılıbBakıda bir neçə evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə Binə qəsəbəsindəki bir neçə evdən oğurluq edilməsi barədə müraciətlər daxil olub.

Bildirilib ki, müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb, avqust ayı əzrində ayrı-ayrı vaxtlarda qəsəbə ərazisindəki 4 evdən pul, qızıl-zinət əşyaları, kompüter, mobil telefon və təmir-tikinti alətlərinin oğurlandığı müəyyən edilib.

3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olmuş Azər Mirzəyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

O, törətdiyi əməlləri etiraf edib.

Kriminal   Baxılıb: 308   Tarix: 06 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR