Əlbəyaxa oldular, məhkəməyə düşdülər, küsülü öldülər... — Düşmən olan aktyorlarımız

Əlbəyaxa oldular, məhkəməyə düşdülər, küsülü öldülər... — Düşmən olan aktyorlarımızDünyanın bütün sənət cameələrində şəxsi münaqişələr, davalar və küsüşmələr olur. Bizim istəyimizdən asılı olmayaraq bu, bir gerçəklikdir. İnkişaf etmiş ölkələrdə bu cür münaqişələri mətbuatdan və oxucudan gizləmirlər. Çünki gerçəklikdən qorxmağa dəyməz. Əksinə sənət dünyası bu çtışan-çatışmayan cəhətlərinə görə də maraqlıdır. Azərbaycanın sənət cameəsində, o cümlədən teatr aləmində də çoxlu münaqişələr olub.
Sonxeber.az kulis.az-a istinadla onların bir qismi ilə sizi tanış edirik.

Mehdi Məmmədov – Adil İsgəndərov

Hər ikisi böyük rejissor olduğuna görə aralarındakı qısqanclıq bir az ifrata varmışdı. Uzun sürən münaqişənin nəticəsində Adil İskəndərov teatrdan uzaqlaşıb kino sahəsinə getdi.

Adil İsgəndərov – Yusif Vəliyev

Bir-birini dindirməyiblər. Lakin Adil İsgəndərov "Axırıncı aşırım" filmində özünün oynadığı Kərbəlayi İsmayıl rolunun səsləndirilməsin üçün Yusif Vəliyevin çağırılmasını tapşırıb. Eyni zamanda, "Nəsimi" filminin çəkilişləri öncəsi Teymurləng rolu üçün özü foto-sınaqda iştirak etsə də, bu rola Yusif Vəliyevi seçmişdi. Hər iki hadisə baş verəndə Adil İsgəndərov C.Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru idi.

Nəcibə Məlikova - Hökümə Qurbanova

Şəxsi zəmində araları dəymişdi. Həm də təbii ki, rol qısqanclığı da vardı. Lakin Hökümə Qurbanova Nəcibə Məlikova ilə küsülü olsa da "Ögey ana" filmində onun oynadığı obrazı səsləndirməyə razı olur.

Leyla Bədirbəyli – Əliağa Ağayev

Onlar arasındakı söz-söhbət teatrın rəsmi iclasına da yansıyır. Deyilənə görə, onlar burda bir-birilərini təhqir də etmişdilər. Çoxu isə bu hadisəni lətifə kimi danışır.

Cənnət Səlimova – Amaliya Pənahova

Amaliya Pənahovanın rəhbərlik etdiyi Bakı Bələdiyyə Teatrı və Cənnət Səlimovanın rəhbərlik etdiyi Kamera Teatrı eyni binada – Şəhriyar klubunda yerləşirdi. Hər iki sənətkar öz teatrına yer almağa çalışdığı üçün mənafelər toqquşurdu. Münaqişə də burdan başlamışdı.

Fuad Poladov – Bəsti Cəfərova

Fuad Poladov Bəsti Cəfərovaya görə Mehriban Ələkbərzadənin "Afət" tamaşasında baş rolu oynamaqdan imtina edir. O, tərəf-müqabil kimi onunla oynamaq istəmir. Bu hərəkətinə görə, Bəsti Cəfərova onu heç vaxt bağışlamır və yasına getmir.

Bəsti Cəfərova – Hicran Nəsirova

Şəxsi zəmində dərin münaqişə yaşayıblar. Lakin bu münaqişənin içərisində iki gözəl aktrisanın bir-birinə sənət qısqanclığı da vardı.

Səyavuş Aslan - Vaqif Mustafayev

"Bəyin oğurlanması" filmində rejissor Vaqif Mustafayev kadrın təbii alınması üçün Muxtar Maniyevin gizlincə Səyavuş Aslanı vurmasını istəyir. M.Maniyev onu vuru və kadr çəkilir. Lakin bundan sonra Səyavuş Aslan Vaqifdən inciyir və ömür boyu onu danışdırmayıb. Beləliklə, Vaqif Mustafayevin filmlərində çəkilmək imkanını itirir.

Səyavuş Aslan – Hacıbaba Bağırov

Biri-biri yaxın dost olan hər iki komik aktyorun Musiqili Komediya Teatrında münaqişəsi başlayır və bunun nəticəsi olaraq Səyavuş Aslan teatrdan uzaqlaşır, öz profilinə uyğun olmayan Akademik Dövlət Dram Teatrına gedir. Hacıbaba Bağırov isə Musiqili Komediya teatrının direktoru olur.

Leyla Şıxlinskaya - Amaliya Pənahova

"Gün keçdi" filmində Leyla Şıxlinskayanın oynadığı Əsmər rolunu Amaliya Pənahova səsləndirib. Leyla xanım onun ifasını bəyənməyib və "Ordakı ehtiraslı səslər obrazımı korlayıb" deyərək etirazını bildirib. Hər iki aktrisanın konflikti də elə burdan başlayıb.

Amaliya Pənahova – Məlahət Abbasova

Aktrisa Məlahət Abbasova Amaliya Pənahovanın plastik əməliyyatını bəyənmədiyini bildirmiş və Amaliya xanım da cavab atəşi ilə həmkarını susdurmuşdu: "Onun özünün də plastik əməliyyata ehtiyacı var".

Fuad Poladov – Məlik Dadaşov

Bu konfliktinin səbəbi dəqiq məlum deyil. Görünür, elə də açıb-ağardılası məsələ deyilmiş. Deyilənə görə, "Güllələnmə təxirə salınır" filmində bir yerdə oynayan hər iki aktyor aralarındakı küsülülüyü büruzə verməyiblər.

Ramiz Məlik – Məleykə Əsədova

Ramiz Məlik mətbuatda Xalq artisti Məleykə Əsədovanın şərəf və ləyaqətinə toxunan sözlər demiş, iş məhkəməyə qədər gedib çıxmışdı.

Ramiz Məlik – Ramiz Novruz

Həmişə münaqişələrlə zəngin olan "Azdrama"nın bu iki adaş aktyoru arasında baş verənləri teatr tariximizin ən yaddaqalan münaqişələrindən hesab etmək olar. Bu münaqişə "Azdrama"nın aktyorlarını iki cəbhəyə bölmüşdü. Əvvəlcə əlbəyaxa davaya, ordan isə məhkəməyə qədər uzanan münaqişə rəhbərliyin ciddi müdaxiləsi nəticəsində öz yoluna düşdü.

Hikmət Rəhimov – Azər Paşa Nemət

Kulis.aza verdiyi müsahibədəki tənqidi fikirlərə görə "Azdrama"dan kənarlaşdırıldı və beləliklə teatrın rəhbəri ilə münaqişəsi başladı.

Fuad Poladov – Azər Paşa Nemət

Teatr cameəsinin hələlik son və bəlkə ən ağrılı söz-söhbəti oldu. Fuad Poladov heç bir səbəb açıqlamadan teatrı tərk etdi və öz gənclik dostundan küsülü öldü. Hətta onların müalicə üçün köməyindən də imtina etdi.


Sonxeber.az Telegramda izləyin
Mədəniyyət   Baxılıb: 5832   Tarix: 07 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Səyavuş Aslanın ölümü ilə bağlı sok etiraf: "Onu iki oğlu öldürüb"

"Bəyin oğurlanması" filmində xalq artisti Yaşar Nuri deyil, Səyavuş Aslan çəkilməli idi. . Bu gün xalq artisti, mərhum sənətkar Səyavuş Aslanın ad günüdür.. . Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Əli Nur AzNews.az-a müsahibəsində Səyavuş Aslanı oğlanları öldürdüyünü etira

5 sentyabr 2019

Sabah Musa Yaquba "Xalq şairi" fəxri adı təqdim olunacaq

Tanınmış şair Musa Yaqub və Vahid Əzizə "Xalq şairi" fəxri adları sabah - sentyabrın 5-də təqdim olunacaq.. . Sonxeber.az-ın məlumatına görə "Report"a açıqlamasında M.Yaqub özü deyib. . . O bildirib ki, fəxri adın təqdim olunması üçün sentyabrın 5-də Mədəniyyət Nazirliyinə dəvət edilib

4 sentyabr 2019

Arif Babayevə nə olub? - Bu FOTOSU təəccübə SƏBƏB OLDU

Bu ilin əvvəlində onurğa sütununda əməliyyat edilən Xalq artisti Arif Babayev müalicə və bərpa müddətində xeyli çəki itirib.. . Sonxeber.az ölkə.az-a istinadən bildirir ki, məclislərdən birində kamança ifaçısı Mərkəz Şuşalının A.Babayevlə çəkdirdiyi fotoda xalq artistinin xeyli arıqlaması diqqət cəl

4 sentyabr 2019

Opera və Balet Teatrı niyə pəncərəsiz qaldı? - Fotolar

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının hazırki vəziyyəti diqqət çəkib.. Axşam.az xəbər verir ki, son günlər teatrın şəhərin mərkəzində yerləşən binasının pəncərələrində şüşələr sökülüb. Əməkdaşımız tərəfindən mədəniyyət ocağının fotoları lentə alınıb. Şəkillərdən də açıq görünür ki, binad

4 sentyabr 2019

Dərbəndin qədim yeraltı hamamları bərpa olunacaq

Qədim Dərbəndin XII-XVI əsrlərə aid olan yeraltı hamamları bərpa olunaraq turistlərin ziyarətinə açılacaq. Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə Dərbənd şəhərindəki Muzey-Qoruğun direktoru Əli İbrahimov məlumat verib. Onun sözlərinə görə analoqları Azərbaycanda, İrand

3 sentyabr 2019

Dünyaca məşhur aktyor Bakıya gəlib - Foto

Dünya şöhrətli fransız aktyor Siril Rafaelli ilk dəfə Bakıya səfərə gəlib.. . Sonxeber.az xəbər verir ki, aktyor paytaxtımızda türk-hind filminin döyüş səhnəsinin çəkilişlərində iştirak edəcək.. . Bu barədə Sputnik.az məlumat yayıb.. . Filmin çəkilişləri Pirallahı qəsəbəsində aparılır.. . Qeyd edək ki

3 sentyabr 2019

Bakıda müasir incəsənət festivalı keçiriləcək

Bakıda və ölkənin başqa şəhərlərində sentyabrın 18-25-də "Maiden Tower. To Be A Woman" ("Qız Qalası. Qadın olmaq") beynəlxalq müasir incəsənət festivalı keçiriləcək.. . Sonxeber.az Axşam.az-a istinadən xəbər verir ki, Avropa İttifaqının Bakıdakı nümayəndəliyi tərəfindən Azərbaycand

3 sentyabr 2019

Troya muzeyi dünyanın diqqətində

"Dünyada görülməsi vacib olan 100 yer" siyahısı hazırlayan "Time" dərgisi orada Troya muzeyinə də yer verib.. . Sonxeber.az Axşam.az-a istinadən xəbər verir ki, dünyanın ən çox oxunan jurnallarından biri olan "Time" muzeyi mədh edib.. . "24 hissədən ibarət Troya qızılını

2 sentyabr 2019

Məşhur azərbaycanlı musiqiçinin oğlu vəfat etdi - FOTO

Əfsanəvi qarmon ifaçısı Teyyub Dəmirovun oğlu Teyyub Teyyuboğlu dünyasını dəyişib.. . Sonxeber.az Milli.Az-a istinadən xəbər verir ki, mərhum sənətkarın adını və sənətini davam etdirən oğlu Bakı şəhərində xəstəlik səbəbindən dünyasını dəyişib.. . Allah rəhmət eləsin!. . Qeyd edək ki, Teyyub Teyyuboğl

2 sentyabr 2019