Dünyanın diqqəti Həbib-Puarye döyüşündə - PREVYU

Dünyanın diqqəti Həbib-Puarye döyüşündə - PREVYUBu gün bütün MMA-sevərlərin diqqəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə olacaq.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, rusiyalı (dağıstanlı) Həbib Nurməhəmmədov UFC-nin yüngül çəkisində çempionluq kəmərini qorumaq üçün müvəqqəti çempion amerikalı Dastin Puarye ilə qarşılaşacaq.

30 yaşlı Həbib bugünədək MMA-da 27 döyüş keçirib və hamısında qalib gəlib. Onun həmyaşıdı Puarye isə 25 döyüşdən yalnız beşində uduzub. Həbib çempionluq kəmərini ötən ilin aprelində əldə edib. Həmin vaxt amerikalı Al Ayakvinta ilə döyüşdən sonra hakimlərin yekdil qərarı ilə qələbə Həbibə verilib. Daha sonra oktyabrda Həbib titulunu irlandiyalı Konor Makqreqorla döyüşdə qoruya bilib.
Bu, Həbibin Makqreqorla döyüşdən sonra doqquz aylıq diskvalifikasiya olunmasından sonra ilk döyüşü olacaq. Bu döyüşə Makqreqorun da gəlib baxacağı gözlənilir. Hər halda irlandiyalının özü belə deyib. Lakin təşkilatın rəhbəri Deyna Uayt cümə axşamı bildirib ki, onunla bir gün əvvəl danışıb və Makqreqor BƏƏ-yə gəlməyəcək.

Yeri gəlmişkən, Nurməhəmmədov bu döyüşdən Makqreqorla görüşdən daha çox pul qazanacaq. O vaxt Həbib yayım və reklam gəlirləri çıxılmaqla, iki milyon dollar qazanmışdı. İndi isə bu rəqəmin ən azı altı milyon dollar olacağı deyilir.

Puarye isə Həbiblə görüşdə tarix yazmaq niyyətində olduğunu açıqlayıb:

"Məni, sadəcə, sındırmaq mümkün deyil. Mən tarix yazmaq üçün buradayam. Döyüş günü axşam da bunu onun üzünə deyəcəyəm. Heç vaxt heç kimin edə bilmədiyi işi etmək üçün buradayam. Döyüş axşamı mənim böyük olmaq imkanım olacaq".
Hazırda amerikalı ardıcıl beş döyüşdür ki, qələbə qazanır. Onun sonuncu yenilgisi 2016-cı ildə Maykl Consona uduzarkən qeydə alınıb. Ondan sonra Puarye Maks Holouey, Edi Alvares, Castin Qeyci, Entoni Petis və Cim Mileri məğlub edib.

Həbib də bu rəqibinə hörmətlə yanaşır:

"Puarye təcrübəli döyüşçüdür. O, güclü uşaqları məğlub edərək, titul döyüşündə çıxış etməyi haqq edib. Mənim növbəti rəqibim olmağa isə yalnız Toni Ferqyuson layiqdir".

Ferqyuson isə ehtiyat döyüşçü olmadığını bildirib. O qeyd edib ki, heç vaxt ehtiyat döyüşçü olmayıb. Ferqyuson bu döyüş barədə fikirlərini də açıqlayıb:

"Mən düşünürəm ki, Həbib bu döyüşdə qalib gələcək. Baxmayaraq ki, Puaryedə də boks bacarığı pis deyil. Həbib güləşdə güclüdür və məncə, o, döyüşü parterdə aparacaq. Əgər Puarye döyüşü tez bir zamanda başa çatdıra bilməsə, yerdə olacaq. Həbib yerdə onu döyməyə başladığı vaxt oyun bitmiş deməkdir".
Bu dəfə Həbibin atası və məşqçisi Əbdülmanaf Nurməhəmmədov da iş başında ola biləcək. Ata Nurməhəmmədov "Qartal" ləqəbli oğlunun Makqreqorla ABŞ-dakı görüşünə viza səbəbindən gedə bilməmişdi.

Bu döyüşdə əksəriyyət Həbibin qələbəsini proqnozlaşdırır. Məşhur idmançılar fikirlərində bildirir ki, hələ də Həbib güclüdür və onu MMA-da məğlub etmək mümkün deyil. Puarye isə 25 dəqiqəyə güclü rəqibini məğlub edəcəyinə inanır.

Qeyd edək ki, UFC-242 turniri Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Həbib Nurməhəmmədovla Dastin Puaryenin görüşünün təxminən saat 23:30-a təsadüf edəcəyi gözlənilir. Yarış Azərbaycanda "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
Dünyanın diqqəti Həbib-Puarye döyüşündə - PREVYUDünyanın diqqəti Həbib-Puarye döyüşündə - PREVYUDünyanın diqqəti Həbib-Puarye döyüşündə - PREVYUDünyanın diqqəti Həbib-Puarye döyüşündə - PREVYU


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 4013   Tarix: 07 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sotomayor karyerasını bitirdi

Millimizin boksçusu Lorenzo Sotomayor karyerasını bitirib. xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti Süleyman Mikayılov "Tokio-2020" Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan iclasda deyib. Vitse-prezident boksd

11 sentyabr 2021
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13 sentyabr 2021
.

DÇ-2022-nin seçmə mərhələsi: İtaliya və Almaniyadan darmadağın, İngiltərə qələbəni əldən verdi

Futbol üzrə 2022-ci il Dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində növbəti turun oyunları baş tutub. Bugün daha 5 qrupda 12 qarşılaşma keçirilib. İtaliya millisi Litva üzərində 5:0 hesablı qələbə qazanaraq ardıcıl məğlubiyyətsiz oyunların sayı üzrə dünya rekordunu yeniləyib. İrlandiyan

9 sentyabr 2021
.

İrlandiya - Azərbaycan matçı - Millimiz qələbəni əldən verdi - YENİLƏNİR

İrlandiya - Azərbaycan matçı 1-1 hesablı bərabərliklə yekunlaşdı. Hər iki komanda bununla qrupda ilk xalını qazandı. *. İrlandiya matçın 87-ci dəqiqəsində hesabı bərabərləşdirdi: 1-1. *. Matçın ilk hissəsinin son dəqiqəsində Emin Mahmudov möhtəşəm qolla millimizi hesabda önə çıxardı: 0-1. *. 20:05

4 sentyabr 2021
.

Tokio-2020: Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. xəbər verir ki, bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasim

5 sentyabr 2021
.

Arvadını dişləyən Boatenqə ağır cəza verildi

Futbol üzrə Almaniya millisinin və "Lion" klubunun üzvü Jerom Boatenq məişət zorakılığıyla bağlı rekord məbləğlə cəzalandırılıb. Dünya çempionu üç il öncə qızlarının anasını döydüyü və dişlədiyinə görə 1.8 milyon avro cərimə ödəməlidir. Qeyd edək ki, Boatenqin 33 yaşı var. O, karyerası ərzind

10 sentyabr 2021
.

Azərbaycanın Milli Qəhrəmanının oğlu erməniyə belə qalib gəldi - FOTO/VİDEO

Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov erməni rəqibini məğlub edib. xəbər verir ki, Azər Məhərrəmov peşəkar "Arm Wrestling" liqasında Ukraynanı təmsil edən erməni rəqibi Qreqor Muradyana qalib gəlib. Milli Qəhrəmanımızın oğlu ilə erməni rəqibi arasındak

6 sentyabr 2021
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18 sentyabr 2021
.

Ronaldu debüt oyununda iki qol vurdu – VİDEO

"Mançester Yunayted"ə qayıdan portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldu debüt oyununda iki qol vurub. İngiltərə Premyer Liqasının dördüncü turunda evdə "Nyukasl"ı qəbul edən "qırmızı şeytanlar" 4:1 hesablı qələbə qazanıblar. Ronaldu birinci qolunu ilk hissəyə əlav

11 sentyabr 2021