"Prezidentə dedim ki, Baş nazir olmağı bacarmaram..." - Novruz Məmmədov
"Azərbaycanın Baş naziri olmaq təklifi mənim üçün də gözlənilməz oldu".
Unikal.org xəbər verir ki, bu sözləri Baş nazir Novruz Məmmədov "Space" telekanalına yayımlanan "Sadə həqiqətlər" verlişində açıqlamasında bildirib.
N.Məmmədov vurğulayıb ki, Azərbaycanda son prezident seçkilərindən sonra ona Baş nazir postu təklif edilib:
"Hamımız çox razılıq, mənunluq içərisində idik. Seçkilər çox gözəl keçdi. Cənab prezident çağırıb dedi ki, səni Baş nazir olmağıvı təklif edirəm. Elə vəziyətdə qaldım ki... Fikirləşdim, bu mümkün olan şey deyil!
Cənab prezidentə dedim ki, Baş nazir olmağı mən bacarmaram... Hə, bunu dedim cənab prezident İlham Əliyevə. Dedim ki, sizin etimadınızı doğrulda bilmərəm. Mənim üçün bu çətin olar. Dedi ki, yox. Mənim bir neçə namizədim var. Onlardan biri sənsən. Düzü bu söz mənə biraz rahat oldu ki, məndən başqa da namizədlər var.
Ondan sonra bir dəfə də belə söhbətimiz (red: prezident İlham Əliyevlə) oldu. Onda da eyni təklifi etdi. Dedi ki, get fikirləş!? Sonra fikirləşirdim ki, bu vəzifənin öhdəsindən necə gələcəyəm?
Bunu fikirləşə-fikirləşə bir neçə gün keçdi. Zəng etdi (red: prezident İlham Əliyev) dedi ki, Novruz Məmmədov sabah gedirsən Milli Məclisə...
Daha heç bir şey fikirləşməyə (red: prezident İlham Əliyev) qoymadı.(Gülür) Başa düşürəm bu vəzifə böyük etimaddır. Amma, mənim yükümü daha da çoxaldıb".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1710 Tarix: 09 sentyabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşÇörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB
"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın
17 sentyabr 2021Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18 sentyabr 2021Bazar gününə olan hava proqnozu AÇIQLANDI
Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
18 sentyabr 2021