Cennifer Lopez qala gecəsinə elə paltarda gəldi ki... - FOTO

Cennifer Lopez qala gecəsinə elə paltarda gəldi ki... - FOTOCennifer Lopez Toronto Film Festivalında sarı libası ilə göz qamaşdırıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, yüksək səviyyədə təşkil olunmuş festivalda Cennifer Lopez, Kristen Stüart, Rene Zellveger, Nikol Kidman, Dakota Conson və başqaları iştirak edib. Artıq festivalda bir neçə filmin təqdimatı baş tutub.

Baş rolda Kristen Stüartın oynadığı "Düşmənlərin acığına" filmi birinci nümayiş edilib. Qala gecəsində onu tərəf müqabili Zazi Bitç də müşayiət edib. Qırmızı xalı çıxışı üçün Kristen "Chanel"dən tvid kostyum, Zazi isə "Miu Miu"dan ipək paltar seçib.

Daha sonra Cennifer Lopezin striptizçi qadının həyatından bəhs edən "The Hustlers at Scores" filminin təmtəraqlı nümayişi baş tutub. Mərasimdə dünya şöhrətli ulduzu basketbolçu sevgilisi Aleks Rodrigez müşayiət edib. İctimaiyyət qarşısına Lopez "Maison Yeya"dan parlaq bir paltarda çıxıb. Ulduzun bu filmin qalasına geyindiyi libasın dəyəri təxminən 34900 manatdır, "Judith Leiberny" markasından olan dollar klatçının qiyməti isə təxminən 9683 manatdır. O, obrazını "Femma la" brendindən seçdiyi 2000 manatlıq ayaqqabıları ilə tamamlayıb.

Növbəti gün Dakota Consonun baş rolda oynadığı, Qabriela Kaupertuaeytin rejissorluğu ilə çəkilən "Dost" filminin premyerası keçirilib. Aktrisa qırmızı xalçada zərif və şıq əlbisəsi ilə hər kəsi valeh edib. Premyera üçün Dakota "Dior"dan şəffaf korseti və tüllü yubkası olan paltar seçib.

Film təqdimatlarından sonra "The Hollywood Reporte" jurnalının təşkil etdiyi tədbir baş tutub. Bu tədbirə isə Ceylo və Dakota fərqli geyimlərdə təşrif buyurub. Cennifer günəş sarısını gecə qırmızısına dəyişib.

"Valentino"dan zeytun yaşılı, çiyni açıq paltar seçən Dakota növbəti dəfə də zəriflik nümunəsi olmağa müvəffəq olub. Yeri gəlmişkən, bu ziyafətdə Dakotanın "Bozun 50 çaları" filmindəki tərəf müqabili Ceymi Dornan da görünüb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 3277   Tarix: 09 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ana 7 aylıq körpəsini yolun ortasına atdı

Türkiyədə ana 7 aylıq körpəsini yolun ortasına qoyub. yerli mediaya istinadla bildirir ki, hadisə Karabük şəhərinin Bayır məhəlləsində qeydə alınıb. E.H.-nın küçədə qoyduğu 7 aylıq körpəsini satıcılardan biri götürüb. Lakin sonradan qadın gələrək uşağı alıb. Məsələ ilə bağlı polis araşdırmaya başlayıb

25 aprel
.

Polis yubileyində özünü öldürdü

Rusiyanın Klin şəhər rayonunda 40 illik yubiley tədbiri zamanı polis əməkdaşı intihar edib. yerli mediaya istinadla bildirir ki, hadisə qonaqlar gedəndən sonra baş verib. Polis serjantı yubileyini yaxınları ilə bağçada qeyd edib. Ailə üzvləri ilə yanaşı, qonşular, iş yoldaşları da məclisə toplaşıb. Bi

23 aprel
.

Tiktok bu türk ölkəsində də əngəllənə bilər

Tiktok sosial şəbəkəsi Qazaxıstanda da əngəllənə bilər. xəbər verir ki, bunu Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva parlamentdə çıxışı zamanı deyib. O bildirib ki, sosial şəbəkələrdə dələduzluq və yalan məlumatların yayılması halları artıb:. "Bura narkotik maddələrin, pornoqrafi

24 aprel
.

"Şeytanın kometası" Yerə sürətlə yaxınlaşır - Tezliklə hamı onu görə biləcək

Daha çox "şeytanın kometası" kimi tanınan 12P/Pons-Brooks çox tezliklə Günəşə ən yaxın məsafədə olacaq və biz onu adi gözlə görə biləcəyik. xəbər verir ki, bu dövrdə xüsusilə parlaq və gecə səmasında görünəcək. Kometa vulkanı kimi tanınan bu astronomik obyektin diametri təqribən 17 km-dir v

23 aprel
.

Azyaşlı binadan yıxılıb sağ qaldı

Rusiya Penza vilayətində 5 yaşlı uşaq binadan yıxılıb. yerli mediaya istinadla bildirir ki, hadisə Litvinova küçəsində yerləşən çoxmərtəbəli binada baş verib. İstintaq Komitəsinin qeyd etdiyi kimi, beş yaşlı uşaq pəncərəyə çıxıb, ağcaqanad toruna söykənib və onunla birlikdə dördüncü mərtəbənin hündürlüyündə

23 aprel
.

Avtobus sürücüsünün burnunu sındırdı - VİDEO

Avtobus sürücüsü hücuma məruz qaldı. Sinxəbər.az xarici mediaya istinadən xəbər verir k, hadisə Türkiyənin Kocaeli şəhərində baş verib. Kocaelinin Gebze rayonunda avtobus sürücüsü yolda rastlaşdığı düşmənin hücumuna məruz qalıb. Hadisə zamanı hücuma məruz qalan sürücünün burnu sınıb. Burnu sınmış avtobu

25 aprel
.

Bir il əvvəl yoxa çıxan modelin nəşi morqda tapılıb

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb. xarici mətbuata istinadən xəbər verir ki, Kaikan modellik karyerasından sonra ailəsini dolandırmaq üçün Taylanda köçüb və restoran biznesində işləməyə başlayıb. 2023-cü ilin aprelində sosial media paylaşımların

25 aprel
.

Toydan əvvəl mübahisə etdi, şadlıq sarayında ÖLDÜRDÜ

Toyda baş verən mübahisə qanla sonlandı. xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Rizə şəhərində keçirilən toyda iki nəfər arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı 1 nəfər güllələnərək dünyasını dəyişib. Açıqlamada axşam saatlarında yenə eyni şəxslər arasında mübahisəni

24 aprel
.

Şoyqunun müavini saxlanıldı

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun müavini Timur İvanov saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkd

23 aprel