"Sınıq körpü"nün bərpa işləri nə vaxt başa çatacaq? - RƏSMİ AÇIQLAMA - FOTO
Ötən ilin əvvəllərindən bərpasına başlanılan "Sınıq körpü"də (Qırmızı körpü) müəyyən işlər artıq yekunlaşmaq üzrədir.
Sonxeber.az xəbər verir ki, bunu Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib. Onun sözlərinə görə, bərpa işləri tam sürətlə həyata keçirilir:
"Hazırda körpünün uçmuş tağında bərpa işləri başa çatmaq üzrədir. Bundan başqa, körpünün üstü, yanları, karvansaray artıq torpaq qatından təmizlənib, körpünün fasadında, parapetində və üst örtüyündə bərpa işlərinə başlanılıb".
F.Hüseynov əlavə edib ki, körpüdə nəzərdə tutulan bərpa işlərinin ilin sonuna kimi başa çatdırılması planlaşdırılır.
Qeyd edək ki, abidənin bərpa və konservasiya layihəsi "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb. Hazırda körpüdə olan karvansaraların, tağların bərpası həyata keçirilir, körpünün istinad divarları möhkəmləndirilir. Bərpa işlərində abidənin tarixi görkəminin qorunmasına xüsusi diqqət yetirilir. Körpünün üstü beton qatından təmizlənib. Abidənin üzəri tarixi görkəminə qaytarılıb.
Bərpa işləri başa çatdıqdan sonra körpüdən piyadaların keçidi üçün istifadə olunacaq.
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 1284 Tarix: 09 sentyabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşZəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO
"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila
24 aprelMasallıda 64 yaşlı qadın yıxılaraq ölüb
Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb. APA xəbər verir ki, hadisə rayonun Xil kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Nabat Babayeva evinin həyətində yıxılaraq xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın orada ölüb. Faktla bağlı araşdırm
24 aprelMarketlər müştərini ALDADIR: Yalançı, yoxsa real endirimlər? - AÇIQLAMA
Bütün mağazalarda endirim kampaniyaları olur. Bayram günləri, həftə sonları müəyyən kampaniyalar mövcud olur. Amma bəzən müştəri cəlb etmək məqsədi ilə mağazalarda süni endirimlər edilir. "40, 50, 70 faiz endirim edilir " deyə? elanlar yapışdırırlır, amma mağazada ya o qədər endirim olmur
24 aprelBərdədə qaçırılan 23 yaşlı qız tapılıb
Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağl
24 aprelFinal" çayın dəstəyi ilə tanınmış aparıcı Çində
"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy
24 aprel4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı
Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziy
23 aprel