Röyanın trend olan mahnısı plagiat çıxdı - VİDEO

Röyanın trend olan mahnısı plagiat çıxdı - VİDEOƏməkdar artist Röya Ayxanın "Səni sevmək mənə çox yaraşır" adlı son layihəsinin plagiat olduğu iddia edilib.

Sənətçinin ötən ayın sonunda təqdim etdiyi mahnı fars musiqiçilərindən bəhrələnərək ərsəyə gəlib.

Trenddə 19-cu yerdə olan sözügedən musiqi İranda məşhur olan "Evan Band (E 1)" qrupunun "Alijenab" albomunda yer alan bəstələrdən biridir. Hossein Sharifi və Foad Ghafaridən ibarət qrupun ifa etdiyi əsər "Zibaye Man" adlanır və bu ilin may ayında "Persian Media Group"un "Youtube" hesabında paylaşılıb.

"Zibaye Man" bu günədək iki milyondan çox baxış toplayıb, müəllifləri Foad Ghafari və Hadis Dehghandır. Lakin, Əməkdar artistin layihəsinin müəllifinin Fərid Ağa olduğu vurğulanıb.

"Qafqazinfo" bildirir ki, hər iki mahnı arasında oxşarlıq çoxdur, demək olar ki, eynilik təşkil edir. Bəstənin başlanğıcı, sonu eynidir, "Zibaye Man"a Azərbaycan dilində sözlər bənd edildiyi üçün musiqidə avtomatik olaraq bir-iki notda dəyişiklik olub. Fərid Ağa musiqinin əsas melodiyası üzərində "Səni sevmək mənə çox yaraşır"ı yaradıb.

Həmçinin R. Ayxan "re minor"da, iranlı gənclər isə "re diyez minor"da ifa ediblər. Əməkdar artist mahnını fərqli oxusa da, harmoniya eynidir.

"Qafqazinfo" mövzu ilə barədə Fərid Ağa ilə əlaqə saxlayıb. "Səni sevmək mənə çox yaraşır"ın müəllifi bəstənin plagiat olmadığını qeyd edib:

"Plagiat deyil, musiqi, bənd və nəqarət başqa şeylərdir. Ola bilsin ki, gitara ifa edilən yerləri hansısa mahnıya bənzədilsin. Sizə mövqeyimi belə izah edim. Rusiyanın məşhur bəstəkarı İgor Krutoy 6 il əvvəl ilin ən yaxşı mahnılarının müəllifi olduğu üçün festivalda birinci yeri saxladı. Sual verdilər ki, necə olur ki, siz belə qalib olursuz? O da cavab verir ki, əsrlər boyu mahnılar yazılıb, biz isə onları aranjiman edirik. Mənim mövqeyim budur".




Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 4273   Tarix: 09 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bu gün Mələkxanım Eyubovanın qızının toyudur

Bu gün Xalq artisti Mələkxanım Eyubovanın evində toydur. Axşam.az-ın məlumatına görə, xanəndənin qızı Nəzrin müğənni Mərdan Kazımovla ailə qurur. Toy şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Qeyd edək ki, Nəzrin və Mərdanın nişanı ötən ilin oktyabrında olub. Onlar bi

22 aprel
.

Zülfiyyə Bayramova xəstəxanadan görüntüsünü paylaşdı

Aparıcı İlqar Mikayıloğlunun vəkil həyat yoldaşı Zülfiyyə Bayramova paylaşımı ilə gündəmə gəlib. Axşam.az xəbər verir ki, o, xəstəxanadan video yayımlayıb. Z.Bayramovanın əməliyyat olunduğu əks edilib. O, paylaşıma "Allah bütün xəstələrə şəfa versin" şərhini yazıb. Qeyd edək ki, Z.Bayramov

20 aprel
.

Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB

Əməkdar artist Cavanşir Məmmədovin nəşi Qurd qapısı qəbiristanlığına aparılıb. bildirir ki, mərhum sənətçi anasının yanında dəfn olunub. 16:06. Əməkdar artist Cavanşir Məmmədovla evində keçirilən vida mərasimi başa çatıb. bildirir ki, onun nəşi dəfn olunması üçün Qurd qapısı qəbiristanlığına aparılır

20 aprel
.

Türk mediası Cavanşir Məmmədovun ölümündən yazdı

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün vəfat edib. Axşam.az-ın məlumatına görə, bu barədə türk mediasında da xəbərlər dərc olunub. Məlumatda Azərbaycanın tanınmış sənətçilərindən biri Cavanşir Məmmədovun 70 yaşında evində ürəktutmasından dünyasını dəyişdiyi əks olunub. Həmçini

21 aprel
.

"Xəstəxanada olarkən halallaşmışdıq" - Elgiz ağladı

"Biz Cavanşir Məmmədovla eynik vaxtda koronavirusa yoluxmuşduq. Pandemiyanın ən kritik vaxtında xəstələnmişdik, ikimiz də xəstəxanaya düşdük. Həmin ərəfədə xəstəxanalarda yer də yox idi. Cavanşir müəllim Fatmayı tərəfdə xətəxanada idi, çox uzağa düşmüşdü. Mən isə Musa Nağıyeva adına xəstəxanad

21 aprel
.

Cavanşir Məmmədovun dəfn YERİNDƏN VİDEO

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub. report-a istinadən xəbər verir ki, mərhum sənətçi bu gün "Qurd Qapısı" qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində onun ailə üzvləri, həmkarları və mədəniyyət nümayəndələri iştirak ediblər

20 aprel
.

"Heç biri onunla vidalaşmağa gəlmədi"

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradın

21 aprel
.

Sərxan Kərəmoğlu məşhur aparıcını "yıxdı, sürüdü"

Aparıcı Kamran Həsənlinin dünən teleaparıcılar haqqında söylədiyi "Efiri bazara çeviriblər. Necə ki, bazarda pomidoru pulla alırsan, efirdə də hər verilişin özünün müəyyən məbləği, verilişlərin aparıcılarının saxlayanı var" fikrinə cavab şoumen aparıcı Sərxan Kərəmoğludan gəlib. xəbər veri

19 aprel
.

İbrahim Tatlısesin oğlundan ŞOK ETİRAF: "Uşaq yaşlarımda məni özünüzün ..."

Müğənni İbrahim Tatlıses evində illərdir icazəsiz yaşayan nəvəsi Merti məhkəmə yolu ilə oradan çıxarıb. Türkiyə KİV-ə istinadən xəbər verir ki, o "Atalıq necə olur, baxsın, öyrənsin!" deyərək Mertin atası Ahmet Tatlısesə ismarış göndərib. Buna cavab olaraq Ahmet sosial mediada hesabında açıqlam

16 aprel