"Müğənnilərdən heç kim Fədayə Laçınla görüşə getmir"

"Müğənnilərdən heç kim Fədayə Laçınla görüşə getmir"Bakı Apellyasiya Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasına köməklik etməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yenə təxirə salınıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Azvision.az -a F.Laçının vəkili Nurəngiz Qarayeva məlumat verib. Onun sözlərinə görə, bu gün təqsirləndirilən şəxslər məhkəməyə gətirilməyib. Proses sentyabrın 16-dək təxirə salınıb:

"Növbəti məhkəmə iclası sentyabrın 16-na təyin olunub. Məhkəmənin baş tutmaması Fədayə xanımla bağlı deyil. Pentensiar Xidmətin daxili prosesləri ilə əlaqədardır".

Vəkil qeyd edib ki, həbsdə olan müğənninin səhhətində heç bir problem yoxdur:
"Fədayə xanımın xüsusi bir istəyi yoxdur".

N.Qarayevanın dediyinə görə, sənət yoldaşlarından heç kim F.Laçınla maraqlanmır:

"Bu günə kimi müğənnilərdən heç kim onunla görüşə gəlməyib. Yalnız ailə üzvüləri ilə əlaqə saxlayır".

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə bir neçə gün sonra keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən Hacıyev Məhəmməd Famil oğlu, Günay Atakişiyeva, müğənni Fədayə Laçın və Pentensiar Xidmətin bir neçə əməkdaşı həbs olunub. Məhkəmənin qərarı ilə Fədayə Laçına 5 il həbs cəzası verilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 1741   Tarix: 10 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Rusiyada erməniəsilli serial ulduzu axtarışa verildi

Rusiyada yayımlanan "Əsgərlər" serialının ulduzu İqor Qasparyan məhkəmə icraçıları tərəfindən axtarışa verilib. Aktyor 70 min rubla yaxın borc alıb və bir neçə ildir ki, ödəmir. Hazırda onun barəsində 53 icra işi açılıb ki, onların da əksəriyyəti yol hərəkəti qaydalarının pozulması ilə bağlıdır.

7 aprel
.

Röya Ayxan ailə quracaq - Toya hazırlaşır - VİDEO

Xalq artisti Röya Ayxan açıqlaması ilə hər kəsi təəccübləndirib. xəbər verir ki, "PrimeTime Elvin Elxanla" yutub layihəsinə danışan ifaçı ailə quracağını bildirib. Röyanın toyu yay aylarında baş tutacaq:. "Ərə gedirəm. Bu yay aylarına təsədüf edəcək. Özüm də demişəm ki, edəcəksən təklifi

18 aprel
.

Çingiz Əhmədov: "Şit parodiyalar çoxalıb"

"Bu gün yazarlarımız yox dərəcəsindədir. O vaxt Seyfəddin Dağlı, Salam Qədirzadə, İsi Məlikzadə, Rüfət Əhmədzadə, Cahangir Aslanoğlu kimi yazarlar ssenarilər qələmə alırdılar. Bu gün Əhməd Orucoğlu, Rafiq Səməndər kimi peşəkarlar az qalıb. Mən bu sadaladığım insanların ssenarilərini oynamışam. B

13 aprel
.

Rusiya Dövlət Duması Alla Puqaçovaya üzr istəməyi tövsiyə edib

Dövlət Dumasının deputatı Sergey Solovyov bildirib ki, müğənni Alla Puqaçovanın bundan sonrakı əməlləri sənətçinin yenidən Rusiyada çıxış edə biləcəyini müəyyən edəcək. "Məncə, o öz səhvlərini etiraf etməli və anti-Rusiya mövqeyinə, Hərbi Dairəni və Rusiya Federasiyasının Silahlı Qüvvələrini tənqi

14 aprel
.

Azərbaycanda tanınmış müğənninin toy görüntüləri üzə çıxdı - VİDEO

Müğənni Tacir Şahmalıoğlunun toy görüntüləri üzə çıxıb. "axşam.az"a istinadən xəbər verir ki, sözügedən kadrlar "7 Tamam" proqramında nümayiş olunub. Arxiv kadrlar 1995-ci il dekabrın 17-də sənətçinin ikinci həyat yoldaşı Kəmalə xanımla özəl günündə lentə alınıb. Qeyd edək ki, Taci

17 aprel
.

Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq

Xalq artisti Natiq Şirinovun evində toy olacaq. Sənətçinin qızı Sevil ailə qurur. Nağara ifaçısının övladı Semih adlı şəxslə nikah masasına oturacaq. Axşam.az xəbər verir ki, bu barədə aparıcı Nanə Ağamalıyeva bildirib. Ötən ilin noyabrında nişanlanan cütlüyün toy məclisi aprelin 12-də şəhər restoranlarında

9 aprel
.

Natiq Şirinovun qızı toyunda oxudu - Video

Xəbər verdiyimiz kimi, bu gün paytaxt restoranlarının birində Xalq artisti Natiq Şirinovun qızı Sevilin toyudur. Axşam.az xəbər verir ki, sənətçinin övladı Semih adlı bəylə ailə qurur. Maraqlı məqamlardan biri də Sevil toyda baş tutan xınayaxdı mərasimində "Yüksək yüksek tepeler" mahnısın

12 aprel
.

Nazpəri Dostəliyeva TANINMAZ HALDA - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva yeni görünüşü ilə diqqət çəkib. xəbər verir ki, yeni klipinin çəkilişində 64 yaşlı müğənninin üzündəki dəyişiklik gözdən yayınmayıb. Həmin görüntülər sosial şəbəkə istifadəçilərinin də marağına səbəb olub

14 aprel
.

Türkiyəli fenomen duet oxuduğu azərbaycanəsilli reperlə məhkəməlik oldu

Son vaxtlar mahnıları ilə gündəmə gələn türkiyəli sosial media fenomeni Berkcan Güven Azərbaycan əsilli rusiyalı reper Əlizadəni məhkəməyə verib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, B. Güven bu barədə qatıldığı "Ebo Show" adlı proqramda açıqlama verib. Belə ki, verilişin aparıcısı İbrahi

17 aprel