Uşaqların zərərli informasiyadan qorunması məsələsi gündəmdə - Nələr dəyişir?

Uşaqların zərərli informasiyadan qorunması məsələsi gündəmdə - Nələr dəyişir?"Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu 2017-ci ildə qəbul edilib. 2018-ci ildə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanun qəbul edildiyinə görə "Məktəbəqədər təhsil haqqında Qanun"a müvafiq məzmunda yeni maddənin əlavə edilməsi zərurəti yaranıb.

Sonxeber.az məlumat verir ki, bunu Lent.az -ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.

Məlumatda göstərilib ki, qeyd olunan məzmunda qanunun 2018-ci ildə qəbul olunmasına baxmayaraq bütün dövrlərdə Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində istifadə olunan təlim vəsaitlərinin məzmunu və tərtibatı uşaqların yaş səviyyəsi nəzərə alınmaqla hazırlanıb.

Qeyd edək ki, "Məktəbəqədər təhsil haqqında" qanuna dəyişiklik təklif edilir.

Qanuna yeni 17.3-cü bənd əlavə edilir. Yeni bəndə əsasən, məktəbəqədər təhsil müəssisələrində uşaqların təlimi üçün nəzərdə tutulan informasiya məhsullarının məzmunu və bədii tərtibatı 6 yaşadək uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının məzmunu və bədii tərtibatına uyğun olmalıdır.

"Məktəbəqədər təhsil haqqında" qanuna dəyişiklik Milli Məclisin Elm və təhsil komitəsinin sentyabrın 17-də keçiriləcək iclasında müzakirə ediləcək.

Sosial   Baxılıb: 539   Tarix: 10 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR