Şou-biznes əhli Aşura günü nə edəcək? - SORĞU

Şou-biznes əhli Aşura günü nə edəcək? - SORĞUSabah Azərbaycanda Məhərrəm ayının 10-cu günü - Aşura qeyd olunacaq. Bununla bağlı müxtəlif ayinlər icra olunur.

Sonxeber.az bildirir ki, Lent.az şou-biznesin bir çox tanınmış simalarına "Aşurada nə edəcəksiniz" sualını ünvanlayıb.

Əməkdar artist Zaur Əmiraslanov: "Həmin günü böyük ehtiramla qarşılayıram. Aşura günü qan verməyi düzgün sayıram. Ümumiyyətlə, islamımızı quran insanlara hər zaman ehtiram göstərək".

Müğənni Elçin Hüseynov: "Artıq 30 ildən yuxarıdır ki, hər il Aşura günü Cəlilabad rayonuna gedirik, orada ehsan veririk. Bundan başqa, bir neçə ziyarətgahlara da baş çəkirik. Allah hər kəsin xoş dualarını qəbul etsin".

Bəstəkar-müğənni Murad Arif: "Din hər kəsin şəxsi, olduqca özəl məsələsi olduğu üçün və insanların inanclarına hörmət etdiyim üçün, bu sualı cavabsız buraxıram."

Müğənni "Elit-star" Cəmilə İsgəndərova: "Bu gecədən başlayıb dualar edəcəm. Aşurada ocaqlar gəzirəm, nəzirlər verirəm. Biz bir müsəlman kimi bunu mütləq etməliyik. Allaha qurban olum, Allaha xoş olacaq əməllər etməliyik. Allah deyir ki, sən məni tanı, mən də səni tanıyım. Hər yeməyə oturanda və duranda dua edirəm. Gündə 3 dəfə də Ayətəl-kürsüsünü deyirəm".

Tarzən-müğənni Humay Qədimova: "Çox istərdim aşura günü Kərbəlada İmam Hüseynin (ə) məzarı üzərindəki məscidə getmək qismət olsun mənə. Amma həmin gün evimdə dua etmək , aşura şəhidlərinin müsibətini yada salmaq xüsusi ilə də Kərbəlada susuz qalmış Əhli-beyt körpələrinin qadınlarının vəziyyətini xatırlamaq, öz günahlarımın bağışlanması üçün Allaha yalvaracam".

Müğənni Tuncay Bərdəli: "Əslində belə şeyləri açıqlamağı sevmirəm. Çünki bəzən yaxşılıq üçün atdığın addımları çoxları reklam kimi dəyərləndirir. Komandamla birgə qurbanlıqda bir qrup imkansız ailələrə ət payladıq. Hətta video çəkib paylaşdım ki, ehtiyacı olan varsa, gəlib götürsün. Bunu reklam kimi qələmə verənlər çox oldu. Amma qəlbləri bilən Allahdır. Yaxşılıq etmək üçün xüsusi bir günü gözləyən insan deyiləm. Bacardığım qədər kömək edirəm. Sabah da bunu edəcəyəm".

Müğənni Dilarə Kazımova: "Hər kəsin dini inancları fərqlidir. Və düşünürəm ki, bu şəxsə özəl olmalıdır. Bu mövzuda hər hansısa açıqlamanı verməyi doğru hesab etmirəm".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3792   Tarix: 10 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Rusiya Dövlət Duması Alla Puqaçovaya üzr istəməyi tövsiyə edib

Dövlət Dumasının deputatı Sergey Solovyov bildirib ki, müğənni Alla Puqaçovanın bundan sonrakı əməlləri sənətçinin yenidən Rusiyada çıxış edə biləcəyini müəyyən edəcək. "Məncə, o öz səhvlərini etiraf etməli və anti-Rusiya mövqeyinə, Hərbi Dairəni və Rusiya Federasiyasının Silahlı Qüvvələrini tənqi

14 aprel
.

Firəngiz Mütəllimova vəfat edən qardaşından yazdı - "Sənsiz bir il"

Xalq artisti Firəngiz Mütəllimova dünyasını dəyişən qardaşı İlhamla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa qardaşının ölümündən bir il ötdüyünü yazıb. "Sənsiz bir il. Bunu qardaşını qəfil itirən bacılar bilər. Ürəyimin parçası, canım qardaşım, məkanın cənnət olsun. Allah sənə rəhmə

14 aprel
.

Əməkdar artist Moskvanın mərkəzində ölü tapıldı

Rusiyanın tanınmış opera və estrada ifaçısı Yevgeni Kunqurov Rusiyanın paytaxtında həyatına qəsd edib. "Qafqazinfo" "112" teleqram kanalına istinadən xəbər verir ki, Əməkdar artist həyat yoldaşına yazdığı mesajda damarlarını kəsəcəyini bildirib və telefonu söndürüb. 40 yaşlı Y. Kunqurovu

9 aprel
.

"İndi oxumaqdan çox danışmaq lazımdır"

Xalq artisti Niyaməddin Musayev "7 Tamam" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi proqramda aparıcı Nanə Ağamalıyevanın "Övladlarınızın səsi var" sualına belə cavab verib: . "Səsləri, avazları var, amma onları qoymaram ki, incəsənət dalınca getsinlər, oxusunlar

12 aprel
.

Sərxan Kərəmoğlu məşhur aparıcını "yıxdı, sürüdü"

Aparıcı Kamran Həsənlinin dünən teleaparıcılar haqqında söylədiyi "Efiri bazara çeviriblər. Necə ki, bazarda pomidoru pulla alırsan, efirdə də hər verilişin özünün müəyyən məbləği, verilişlərin aparıcılarının saxlayanı var" fikrinə cavab şoumen aparıcı Sərxan Kərəmoğludan gəlib. xəbər veri

19 aprel
.

"Zooparkda heyvanlarla dərdləşdim"

Müğənni Mətanət Əsədova növbəti açıqlamalarıyla diqqət çəkib. OLAY yazır ki, ifaçı heyvanlarla dərdləşdiyi söyləyib. Bu barədə o, "Mirinin dibçəyi" yutub layihəsində danışıb. "Mən anamdan başqa heç kimə etibar etmirəm. Bir sözüm də olanda, sevincimi, dərdimi gedirəm onun qəbrini ziyarə

12 aprel
.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17 aprel
.

Bu gün Mələkxanım Eyubovanın qızının nikahıdır - FOTOlar

Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrin ailə qurur. -a istinadən xəbər verir ki, bu gün Nəzrinin müğənni Mərdan Kazımovla nikahıdır. Məclis şəhərdə, açıq məkanda təşkil olunub. Qeyd edək ki, toy aprelin 22-də şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Nəzrin və Mərdanı

14 aprel
.

Van Dammın azərbaycanlı gəlini Malibuda istirahət edir - FOTOLAR

Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran Suada Hacızadə həyat yoldaşı ilə yeni fotolarını paylaşıb. Axşam.az xəbər verir ki, şəkillər Kaliforniyanın Malibu şəhərində lentə alınıb. Fotolarda Van Dammın qızı Bianka da yer alıb

16 aprel