Ölü yerində də tort? - Yas mərasimində YENİLİK - Din xadimi QINADI
Bir neçə gündür ki, sosial şəbəkədə üstünə "Allah rəhmət eləsin" yazılmış tort şəkli paylaşılır. İddia olunur ki, bu, yas mərasimlərindən birində çəkilmiş fotoşəkildir.
Bu paylaşım insanların böyük qınağına səbəb olub. Hətta bəziləri bu şəkilə "şamı da mərhum üfürəcək", "ölən adamın şirinliyidir?" tipli ironiyalı rəy bildiriblər.
Bir qayda olaraq, yas mərasimindəki ehsan süfrələrində halva, qoğal, xurma, turşməzə konfet kimi şirniyyat növləri qoyulur. Baxmayaraq ki, bunu da düzgün hesab etməyənlər az deyil. Bəs belə olan halda yas məclisində tort bişirilməsi, üzərinə "Allah rəhmət eləsin" yazılması nə dərəcədə düzgündür?
Geniş müzakirəyə səbəb olan və etirazla qarşılanan bu hal dində günahdırmı? Ölüyə tort bişirmək olarmı?
Sonxeber.az bildirir ki, məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, "Məşədi Dadaş" məscidinin imam camaatı Hacı Şahin Həsənli Modern.az-a danışıb.
Din xadimi deyib ki, İslamda bu kimi məsələ ilə bağlı hər hansı bir hökm və ya göstəriş yoxdur:
"Dində bu barədə qadağa olmasa da, yas mərasimlərinin özünəməxsus, yüz illərlə formalaşmış qayda-qanunları var. Əgər insanlar tort bişirməyə gülüş obyekti kimi səthi yanaşırlarsa, bunu edən adamlar həmin əməldən çəkinsələr, daha yaxşı olar. Çünki tort bişirilməsi yas mərasiminə qarşı ikrah hissi yaradır və həmin məclis öz məğzindən çıxaraq, gülüş obyektinə çevrilir. Mən şəxsən bu cür halları məqsədəuyğun hesab etmirəm.
Ümumiyyətlə, bu kimi məslələrdə din qəti göstərişlər vermir, məsələni insanların öz öhdəliyinə buraxır. İnsanlar da ağılları ilə düşünüb doğru-düzgün qərar versinlər. Dinimiz ümumi olaraq deyir ki, insanlar çalışsınlar barmaqla göstəriləcək bir hərəkət etməsinlər ki, kimlərəsə özlərini güldürməsinlər. Bu cür qaydalardan çıxış edərək, insanlar müəyyənləşdirməlidirlər ki, hansı addımı atmaq olar, hansını yox".
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 5433 Tarix: 10 sentyabr 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşVilayət Eyvazovdan növbəti TƏYİNAT
Daxili İşlər orqanlarında növbəti təyinat olub. bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə, polis-mayoru Anar Xəlilov Masallı RPŞ əməliyyat işi üzrə rəis müavini təyin edilib. Buna qədər, A.Xəlilov Masallı RPŞ istinta
10 sentyabr 2019ŞAD XƏBƏR – Bu şəxslərin maaşı artır
Baş nazir Novruz Məmmədov Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə qərar imzalayıb. xəbər verir ki, bu barəd
10 sentyabr 20195401 nəfər qan verib: RƏSMİ - YENİLƏNİB
Saat 15:00-a olan məlumata əsasən 5401 nəfər könüllü olaraq qan verib. Bu barədə -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu şəxslərdən 2430.5 litr qan tədarük olunub. *. 12:19. Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə "Aşura günü"
10 sentyabr 2019Yol polisi 30 avtobus sürücüsünü saxladı
Baş Dövlət Yol Polisi İdarəsi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları ilə birlikdə Göyçay və Ağdaş rayonlarının avtovağzallarında sərnişin daşıyan mikroavtobus sürücülərinə qarşı reyd keçirib. -a istinadən xəbər verir ki, reydlər əsasən sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən, təhlükəsizli
10 sentyabr 2019Sulutəpədə qaz kəsildi, nə vaxt bərpa olunacaq? - AÇIQLAMA
Bakının Binəqədi rayonu Sulutəpə qəsəbəsində avtomobilin zədələdiyi qaz xəttinin təmirinə başlanılıb. xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov deyib. Onun sözlərinə görə, hazırda ərazidə təmir-bərp
10 sentyabr 2019Bakıda qonşu qadınla sevgili olan oğlanla bağlı YENİ FAKTLAR
Bakıda qonşuluqda yaşayan qadını başını kəsərək qətlə yetirən şəxs barəsində bəzi məqamlar üzə çıxıb. -ın əldə etdiyi məlumata görə, Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində gecə saatlarında 35 yaşlı Günel Bağırovanın yaşadığı evə daxil olaraq onun başını kəsən 1988-ci il təvəllüdlü Xaləddin Hüseyno
10 sentyabr 2019Dəllallar alıcıları belə aldadır - Maşın bazarında son qiymətlər – VİDEO
"Sentyabr-oktyabr aylarından etibarən "maşın bazarı"nda avtomobillərin qiyməti 500-200 manat civarında artacaq". Bakının avtomobil bazarında qiymətlərin cüzi bahalaşması müşahidə olunur. Lakin hər zaman olduğu kimi, avtomobil həvəskarları qiymətin bahalığından, satıcılar isə onları
10 sentyabr 2019Bu yollar rənglənəcək
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə sentyabrın 10-11-də Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 75-208 kilometrliyində (Bakı şəhəri istiqamətində), həmçinin Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işlər
10 sentyabr 2019