Bal seçimi başlayır: saxta olduğu necə müəyyən ediləcək?

Bal seçimi başlayır: saxta olduğu necə müəyyən ediləcək?Bakıda növbəti bal yarmarkası təşkil olunacaq. Xüsusi nəzarət edilməsinə baxmayaraq, hər kəs yarmarkadan da bal alarkən onun keyfiyyəti ilə maraqlanır. Balın təmiz olub-olmamağını bəzi insanlar bir çox üsullarla yoxlasalar da, texnologiyanın inkişaf etdiyi dövrdə bəzən ustalıqla hazırlanan keyfiyyətsiz balı keyfiyyətli məhsuldan ayırmaq çətin olur.
Bəs saxta, tərkibində qatqı olmayan balı necə müəyyən etmək olar? Ən əsası, bu məsələ yarmarka şəraitində necə həyata keçiriləcək?
Sonxeber.az xəbər verir ki, "Dövlət Aqrar Ticarət Şirkəti" Məhdud Məsuliyyəli Cəmiyyətin informasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Mayis Musayev Lent.az -a bildirib ki, yarmarkaya gətirilən ballar yoxlanıldıqdan sonra satışa buraxılır: "Bal yarmarkasını Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Aqrar Tədarük və Təchizat" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Arıçılar Assosiasiyası ilə birlikdə təşkil edir. Təşkilatı məsələləri biz həyata keçirsək də, balın yoxlanılmasına Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Agentliyin əməkdaşları yarmarkaya gətirilən bütün ballardan nümunə götürəcək və yoxlamadan keçirəcəklər. Yoxlamanın nəticəsindən asılı olaraq, standartlara uyğun gələn ballar yarmarkalarda satışa buraxılacaq".
M. Musayevin sözlərinə görə, hazırda qeydiyyat aparılır: "Ayın 11-nə kimi qeydiyyat məsələləri həll olunacaq. Qeydiyyatdan keçmiş arıçılar arasında seçim müəyyənləşəcək. Yerlər məhduddur, yarmarkada 300 arıçının iştirakı planlaşdırılır. Sonra seçilmiş arıçılara telefon vasitəsi ilə bildiriş göndəriləcək ki, sizin qeydiyyatınız təsdiqlənib. Ayın 13-dən 24-nə qədər seçilmiş arıçılar ballarını gətirib "Meyvəli"də yerləşən anbara təqdim edəcəklər. Məhsullar gəldikdən sonra Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri orada baldan nümunələr götürəcəklər və yoxlayıb nəticələrini bizə bildirəcəklər. Agentliyin müsbət cavab verdiyi bal nümunələrinin sahibləri yarmarkada iştiraka dəvət olunacaqlar".
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla da danışdıq. O qeyd etdi ki, balın təbii olmasını adi insanın müəyyən etməsi çətindir: "Çünki ən bahalı kürünü, eləcə də balı saxta yolla istehsal edirlər. Qeyri-peşəkar insanın təbii balı saxtadan ayırması çətin məsələdir. Ancaq həmin iş üzrə mütəxəssis saxta balı qatqısız baldan ayıra bilər".
Qeyd edək ki, bu il də Kənd Təsərrüfatı Nazirliyi sentyabrın 28-dən oktyabrın 18-dək Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1905   Tarix: 10 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

Səmada müşahidə olunan anomal buludlar hər kəsi heyran qoydu - FOTO

İslandiyalı fotoqraf və səyyah Hördur Kristlayfsen səmada şahidi olduğu qeyri-adi fenomenin görüntüləri ilə sosial şəbəkə istifadəçilərini təəccübləndirib. -a istinadən xəbər verir ki, qeyd olunur ki, belə bir təbii fenomen çox nadir hallarda və yalnız Arktika bölgəsində qışda və gün batanda müşahid

16 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Ronaldodan CZN Buraka ortaqlıq təklifi - FOTO

Türkiyəli məşhur aşpaz Burak Özdemir (CZN Burak), Kriştiano Ronaldodan ortaqlıq təklifi alıb. Unikal.org-a istinadən xəbər verir ki, restoran şəbəkələrinə sahib olan Burak bu barədə yayılan xəbərləri təsdiqləyib. Hətta o, jurnalistlərə açıqlamasında "Ronaldonun böyük qardaşı ilə danışıqlar aparırıq

14 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021
.

Sinqapurda ilk robokop xidmətə başlayıb

Sinqapurda "Xavyer" adlı polis robotu xidmətə başlayıb. O, xüsusi kameralar və gecə görmə cihazı ilə təchiz olunub. Robotun ictimai asayışin qorunması üzrə sınaqları 3 həftə davam edəcək. "Xavyer" təkcə parklarda deyil, həm də hərəkətin sıx olduğu yollarda xidmət aparacaq. O, ictima

6 sentyabr 2021