Bakıda lazer epilyasiyasında qızın gözünü zədələdilər – Kor olacaqdı – FOTO

Bakıda lazer epilyasiyasında qızın gözünü zədələdilər – Kor olacaqdı – FOTOBakıda Fidan Məmmədova adlı gənc qızın başına ağlagəlməz bir hadisə gəlib. Belə ki, lazer epilyasiyası proseduru zamanı qızın gözü zədələnərək yanıq almış və nəticədə görməsi zəifləyərək təcili əməliyyata alınıb.

Sonxeber.az medicina.az-a istinadən pasiyentin şikayətini təqdim edir.

"Avqustun əvvəli Kerpo Laser Bar adlı məşhur mərkəzdə epilyasiya zamanı əməkdaş qadının ehtiyatsızlığı üzündən gözümə lazer sıçradı. Bundan sonra mən eynək istədim. Qadın "oy, gərək eynəyi əvvəldən verərdim" dedi. Lazer şüasının zərbəsindən gözümdə ağ, parlayan ləkə yarandı. Qadın dedi ki, narahat olma, keçəcək. Lakin hiss etdim ki, qorxudan üz mimikası dəyişdi.

Ondan sonra 2 gün keçsə də o ləkə azalmırdı və görməmə mane olurdu. Məcbur olub oftalmoloqa getdim və mənə şüa yanığı və ödem diaqnozu qoyuldu. Həkim dedi, bəxtin gətirib, şüa gözün düz mərkəzinə düşməyib.

Göz damcısı yazıldı, lakin 3 gün sonra gözümün içində şəffaf, bulanıq dairə əmələ gəldi. 10 gün gözlədim, getdikcə görməm zəiflədi.
Bir səhər oyananda isə gördüm gözümün önündə hər şey sanki axır. Ətrafdakı əşyaları olduğu kimi görmürdüm, hər şey sanki sıxılmış idi.
Mən qorxumdan tez Dünyagöz klinikasına qəbula getdim. Klinikada göz tomoqrafiyası çəkildi, analizlər verildi və həkimlər bildirdilər ki, vəziyyət pisdir, təcili əməliyyat olunmalısan. Çünki görməm 14% ə enmişdi".

Əməliyyat olunan Fidana həkimlər dəqiq zəmanət də verməmişdilər. Hər şey tədricən məlum olacaqdı.

F. Məmmədova statusunda ailəsi ilə birgə keçirdiyi dəhşətli hissləri paylaşaraq, xanımları ehtiyatlı olmağa çağırır.

Gözünün zədələnməsini bilən kimi ilk həkim müayinəsindən sonra H. Aslanovda yerləşən Kerpo filialına gedərək, məsul şəxslərinə hər şeyi danışıb. Onlar isə 100 manat verib, yazılmış dərmanların xərcini ödəməklə işlərini bitmiş hesab ediblər.

"Amma mən hardan biləydim ki, gözüm bu dərəcədə pisləşəcək və əməliyyat olunacam. Əməliyyat da ucuz deyildi. Mən xəstəxanada olanda ailə üzvlərim yenə Kerpo laserə gedərək, əməliyyat kağızı, sənədlərin hamısını təqdim edib, müəyyən qədər kompensasiya ödənilməsini xahiş etdilər. Bu onların səhvi ucbatından baş vermişdi və bizim səs küy qaldırıb, məhkəməyə vermək fikrimiz də yox idi.

Bu dəfə isə onlar nəinki kömək etmək, heç bizi dinləmək istəmədilər, əksinə guya məni günahkar çıxararaq, əvvəlcə eynəkdən imtina etdiyimi bildirdilər. Beləcə, bu mərkəz kor olmaq təhlükəsi ilə üz-üzə qoyduğu müştərisinin statusunun altında yalan rəylər yazaraq, məsələni ayrı istiqamətə çəkdilər".

Kerpo Laser Fidan Məmmədovanın şikayətinin əsassız olduğunu, ona müalicə üçün pul verdiyini, indi də onlardan yenə şantaj yolu ilə pul istədiyini rəylərdə bildirib.

Lakin KİV-in Kerpo Laser klinikasının rəhbərliyindən bu məsələ barədə rəsmi açıqlama almaq cəhdi hələ ki, alınmayıb. Onlar rəhbərliyin ölkədə olmadığını, hadisənin belə baş vermədiyini, faktların əsassız olduğunu bildirməklə kifayətləniblər.

Fidan Məmmədova isə hələ də bir lazer prosedurdan sonra zərbə alıb əməliyyat olunan gözünün müalicəsi ilə məşğuldur və bu müddətdə o, bir çox işlərindən uzaqlaşıb.
Bakıda lazer epilyasiyasında qızın gözünü zədələdilər – Kor olacaqdı – FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8062   Tarix: 11 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

23 aprel
.

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş təsdiqlənib. Report-a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın arada

23 aprel
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziy

23 aprel
.

Astarada intihar edən yeniyetmə ilə bağlı bəzi təfərrüat MƏLUM OLUB - YENİLƏNİB + FOTO

Astarada intihar edən yeniyetmə ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən yeniyetmənin ailəsinin maddi vəziyyəti yaxşı olmayıb və o, bu səbəbdən dərsdən sonra neft məhsullarının satışı ilə məşğul olub, qazancını isə ailəsi ilə bölüşüb. Mərhumun atasının Bakıda işlədiyi

23 aprel
.

Ömürlük azadlıqdan məhrum edilən şəxslər əfvdən yararlana bilərmi? - AÇIQLAMA

Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər əfvdən yararlana bilər? . Məsələ ilə bağlı vəkil Elvin Əliyev -a açıqlama verib. Vəkil məsələyə aydınlıq gətirib:. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndi əsasında əfvetmə Azərbaycan Respublikas

23 aprel
.

"McDonald’s Azərbaycan" və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

"McDonald’s Azərbaycan" şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gününə həsr olunmuş seminar təşkil olunub. Bakı şəhəri və ətraf ərazilərdə yaşayan 30-a yaxın qazi övladının iştirak etdiyi seminarda xüsusi qonaq qismind

23 aprel
.

Şəmkirdə mağaza yanıb - VİDEO

Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyya

23 aprel
.

Azərbaycanda universitet məzunları bu səbəbdən İŞSİZ QALIR! - AÇIQLAMA

Bu gün gənclərin bir çox sahədə problemləri var. Bunlardan biri də onların universiteti bitirdikdən sonra özlərinə iş tapa bilməməsi ilə bağlıdır. Çox vaxt gənclərin universiteti işsiz olmasının səbəblərini oxuduqları ərəfədə təcrübə proqramlarında iştirak etməməsi, aktiv fəaliyyət göstərməməkləri il

23 aprel
.

Abituriyent intiharlarının qarşını necə almaq olar? - AÇIQLAMA

Bir neçə aydan sonra ali məktəblərə qəbul imtahanları keçirləcək. Hər il qəbul imtahanları zamanı xeyli abituriyent psixoloji sarsıntılar yaşayır və hətta aralarında intihar edənlər də olur. Bir çoxları gənclərin intiharında ailələri günahkar bilirlər. Abituriyentlərin intiharların qarşını almaq üçü

23 aprel