Çinli iş adamı ölən pişiyini 350 min dollara klounlaşdırdı

Çinli iş adamı ölən pişiyini 350 min dollara klounlaşdırdıÇində yaşayan 22 yaşlı bir iş adamı ölən pişiyini 35 min dollar qarşılığında klounlaşdırıb.

Sonxeber.az metbuat.az-a istinadla bildirir ki, Huang Yu adlı adam pişiyi öldükdən sonra onu evinin yaxınlığındakı bir parkda basdırıb. Daha sonra bir itin klounlaşdırılması ilə bağlı bir xəbər oxuduğunu xatırlayaraq pişiyini məzardan çıxarıb və onu bükərək soyuducuya qoyub. Klounlama xidməti göstərən "Sinogene" adlı şirkət 1 ay soyuducuda qalan pişiyin dəri toxumasından istifadə edərək 40 embrion istehsal edib. Bu embrionlar 4 daşıyıcı anaya köçürülüb. Bu analardan ikisində hamiləlik uğursuz olub. 21 iyul tarixində ölən pişiyin kopyası dünyaya gəlib. Doğulan balanın tüklərinin və göz rənginin klonlaşdırılan pişikdən bir az fərqli olduğu bildirilib.
Amma gen araşdırmaları aparan bir şirkət bala pişiyin DNT-sinin ölən pişiklə eyni olduğunu təstiqləyib.

2015-ci ildən bəri evcil heyvan klounlaşdıran şirkət "Sinogene"nin CEO-su Jidong min nəfərlə etdikləri anket nəticəsində xalqın klounlaşdırmaya maraq göstərdiyini görüb və bu günə qədər 40 it klounlaşdırıb.

Dünyada   Baxılıb: 882   Tarix: 11 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR