Azərbaycanda yayılan xəyanət hallarının 10 səbəbi - Daha çox qisas məqsədilə edilir

Azərbaycanda yayılan xəyanət hallarının 10 səbəbi - Daha çox qisas məqsədilə edilirSon zamanlar Azərbaycanda boşanmaların artması və səbəblərilə bağlı müzakirələrə çox rast gəlmək olur.

Sosial məsələlər üzrə təhlilçilər artan boşanmaların səbəbləri arasında yer alan əsas amillərdən birinin xəyanət olduğunu bildirirlər. Bəs, ölkədə kişilər və qadınlar niyə xəyanət edirlər?

Milli.Az bildirir ki, BBC News Azərbaycancaya danışan kişilər və qadınlar etdikləri xəyanətləri qisas almaq, mentalitet, iradə zəifliyi, özünü sübut etmək, maraq və digər amillərlə izah ediblər.

Evlilikdən cəmi bir il sonra edilən xəyanət

29 yaşlı Samirə deyir ki, xəyanət etməsi oğlunun doğulmasından sonrakı vaxta - evləndikdən cəmi bir il sonraya təsadüf edib.

Xəyanətin səbəbi kimi o, hamiləlik vaxtı və doğuşdan sonra həyat yoldaşının ona qarşı olan soyuq rəftarını göstərir.

"Evləndik, bir-iki ay normal keçdi. Elə ki, hamiləlik və həkimin "ilk və son üç ay risklidir" xəbərdarlığı oldu, ondan sonra problemlər başladı. Orqanizmimdəki dəyişiklər, ətrafa verdiyim fərqli təpkilər, onu yemirəm, bunu yemirəm nazları, "yemək bişirmirəm, qoxusu gəlir" söhbətləri və bunların fonunda qarşı tərəfin anlayışsızlığı evliliyimizə mənfi təsir etdi. Daha sonra uşaq doğuldu, "vücudum dəyişdi", uşağın səsi onu narahat etməyə başladı və beləliklə bu kimi bir çox narazılıqların fonunda münasibətlərimiz soyudu.

Nişanlılıq, yeni tanışlıq dönəmindəki səni qorumağa çalışan o adam bu dəfə "yenə oran-buran ağrıyır" deyib, səni azarlayan yad adama çevrildi. Gecələr həyat yoldaşımın telefonuna gələn zəngləri gördükdə özümə nifrət edirdim ki, buna görəmi bu qədər əziyyətdən keçdim? Həmin zənglərin kimdən gəldiyini soruşanda da deyirdi ki, "sənə nə?". Bunları görəndə istər-istəməz mən də soyuyurdum. Sonra hiss etdim ki, mən bu adamın yanında xoşbəxt deyiləm.

Anlatmağa çalışdım, baxdım ki, olmur, buraxdım başını. Geyinib-bəzənməyə, özümə baxmağa, özümlə maraqlanmağa başladım. Axtardığım diqqəti başqalarında tapdım. Bəlkə də diqqət göstərən adam evdə öz həyat yoldaşına diqqət göstərmirdi, amma nə olsun, sən bəzəklisən deyə sənə baxır, səninlə maraqlanır. Bir yerinin ağrıdığını deyirsən, deyir dərman alım gətirim. Diqqətini çəkir və istər-istəməz xəyanət qaçılmaz olur. Qadın xəyanət edərkən buna ad qoyurlar, kişi xəyanət etdikdə isə bu, normal qarşılanır. Ancaq "ailənin başçısı kişidir" demirlərmi? Kişi ailəsini qorumalıdır, axı.

Xəyanət etməmişdən bir müddət əvvəl qaramsallığa(bədbinliyə-red.) düşdüm, içim-içimi yedi ki, yox, mümkün deyil, mənə xəyanət etməz. Ancaq getdikcə əmin oldum ki, xəyanət edir. Artıq onun üçün heç bir dəyərimin qalmadığını anlayanda mən də xəyanət etməyə başladım.

Məqsədim onu qısqandırmaq idi.

İki-üç ay eyni evdə, amma ayrı otaqlarda qaldıq. Yemək bişirmirdim. Bişirdiyim yeməyi yemirdi, evə gec gəlirdi, mənə zəng vururub soruşurdu ki, "hardasan?", deyirdim ki, "sənə nə var, mən səndən soruşanda hesabat vermirsənsə, sən də məndən soruşma". Beləliklə də, hörmətsizliklər son həddə çatdığında mən artıq onu evin içində görmək istəmirdim. Adamı evdə görəndə iyrənirdim. Xəyanətdən iki ay sonrayadək belə davam etdi və biz boşandıq. Ancaq hələ də düşünürəm ki, boşanmağa əsas səbəb onun soyuqluğu oldu.

Biz evlənəndə on doqquz yaşım var idi, tanışlıqdan 4-5 ay sonra evlənmişdik. Biz avropalı olsaydıq, evlilikdən öncə bir evdə yaşayıb, bir həyatı paylaşsaydıq bir-birimizi daha yaxşı tanıya bilərdik. Ümumiyyətlə belə bir şansımız olsaydı, bəlkə də ölkəmizdə bu qədər boşanma olmazdı. Tanımadığımız şəxslərlə evlənirik, axırı da belə olur. Bircə şeyə heyfslənirəm ki, övladım atasız böyüyür, el-aləm mənə "boşanmış", "tək" damğası vurub. Bu səbəblərdən dolayı deyirəm kaş ki, fərqli olaydı. Hərdən hətta düşünürəm və peşmanlıq çəkirəm ki, kaş boşanmazdım. O zaman da düşünürəm ki, o həyata nə qədər dözə bilərdim?"

Səlimin 33 yaşı və iki övladı var. Səlim deyir ki, qardaşı özbaşına evlənib valideynlərini məyus etdiyi üçün o, valideynlərinin seçimi ilə evlənməyə "özünü məcbur edib".

"Evlisən, amma həyat yoldaşın adlanan şəxslə aranda qəribə bir ciddiyyət var. Gözəgörünməz divar var. Sanki bir məcburiyyətiniz və bir-birinizin qarşısında öhdəlikləriniz var. Onları yerinə yetirirsiniz və bitdi. Axı, ürəyin də istəkləri var. İnsan sadəcə intim tələbat yox, mənəvi istəyin qarşılanmasını da istəyir. Birlikdə gəzmək, deyib-gülmək, zarafatlaşmaq istəyirsən. Ancaq valideynlərinin aldığı qadın buna razı deyil. Nəsə istəyirsən, zarafat edirsən, "məni nə hesab edirsən, ya da məni aşağıladın" deyir. Halbuki həyat yoldaşındır, ən yaxınındakı, ən etibar etdiyin - ya da etməli olduğun qadındır. Ancaq heyf ki, bu qadınla səni birləşdirən heç nə yoxdur. Nə ortaq marağınız var, nə təhsiliniz uyğundur. Dünyagörüşündən heç danışmayaq. Aranızdakı yeganə bağ uşaqlardır. Belə olan halda adam xoşbəxtliyi başqa qadında axtarıb tapır.

Bəzən sadəcə evdən uzaqlaşmaq, dincəlmək üçün başqa qadınla görüşürəm. Ancaq o da yetmir. Sevmədiyin adamla evli olanda xoşbəxt olmursan. Boşanmaq çıxış yolu kimi görünə bilər, ancaq deyil, çünki uşaqlar var. Ondan da başqa valideynlər var. Boşanmaq istəsən, birinci onlar etiraz edəcəklər.

28 yaşlı Gülnarın xəyanəti isə "maraq" səbəbilə baş verib.

"26 yaşımda həyat yoldaşımı özüm seçib evləndim, amma elə ilk gecədən sonra ona olan marağım itdi. Toyumuzdan bir ay keçmişdi. Keçmiş iş yoldaşım hələ toydan bir neçə ay əvvəl mənə birlikdə olmağı təklif etmişdi. O zaman razılaşmamışdım. Həyat yoldaşıma marağım itdiyi üçün qərara gəldim ki, iş yoldaşımın təklifini qəbul edim. Getdim, bir dəfə birlikdə olduq. Bu bir az da əmin olmaq istəyi idi. Xəyanət etməklə onunla başqasının, daha yaxşı olduğunu düşündüyüm adamın arasındakı fərqi bilmək istəyirdim. Bizim qızlar ailə qurana qədər başqası ilə bərabər ola bilməzlər. Məncə, bu doğru deyil, çünki sənin ehtiyacların fərqli ola bilər, qarşındakı şəxs səni qane etməyə bilər. Ancaq ən pisi budur ki, biz bütün bunları evləndikdən sonra anlayır, başa düşürük. Onda isə gec olur.

Bütün bunların da səbəbi mentalitetdir. Mentalitet basqısı ilə böyüyən, müəyyən mənada iqtisadi azadlığı olmayan qorxaq qadınlar qadağalar zəncirini qıra bilmədikləri üçün ömrü boyu gözləri nəyisə, kimisə axtarır.

Düzü, mənim heç vaxt iqtisadi asılılığım da olmadı, amma mən də o zənciri qıra bilmədim və deyəsən mən də sanki kimisə, nəyisə gözləyirəm.

"Hərdən düşünürəm ki, görəsən, evləndiyim bu şəxslə öncədən birlikdə yaşamaq imkanım olsaydı, necə olardı? Onunla evlənərdimmi?"

Xəyanət kişilərin təbiətidir?

Həsənin 46 yaşı var. O deyir ki, əvvəllər xəyanət etməsinə səbəb "gəncliyin bir növ özünü sübut etmək istəyi, cəhdi" olub.

Həsən kişilərin xəyanətinin onların təbiətindən irəli gəldiyini deyir.

"Biz kişilər təbiətcə poliqamıq, yəni, yalnız bir partnyorla kifayətlənmirik. Bəlkə də buna görədir ki, həyatı boyunca tək bir qadın tanımış kişi tapmaq müşkül məsələdir. Başqa sözlə desək, biz kişilər ovçu təbiətliyik və bu, genetik yaddaşdır. İbtidai icma quruluşundan bəri güclü cinsin nümayəndələrinin bir növ missiyasıdır.

Xəyanətə gəlincə, məncə, bu anlayışı da təsnif etmək lazımdır, yəni, söhbət mənəvi, yoxsa fiziki xəyanətdən gedir? Əksər qadınlardan fərqli olaraq, biz kişilər heç bir hiss, bağlılıq olmadan fiziki yaxınlığa yol verə bilirik. Gənc yaşlarda bu özünütəsdiqin bir formasıdır. Daha çox sayda qızı "başdan çıxara bilmiş" gənc, yaşıdlarının arasında seçilir və daha bacarıqlı hesab olunur. Bunun mənəvi tərəflərini araşdırsaq, tamam fərqli mənzərə yaransa da, həmin yaşda mənəvi məqamlar kölgədə qalır. İrəli yaşlarda, yetkin insanlarda xəyanət, yaxud macəra axtarışının səbəbləri başqadır və bunun həm mənəvi, həm də fiziki əsasları var.

Kişi ailəsindən narazıdırsa, həyat yoldaşından yataqda istədiyini ala bilmirsə, həmin "istədiklərini" kənarda axtarmağa başlayır.

Əlbəttə, bu məsələdə kişinin özünü də günahlandırmaq olar, çünki uzun illər birlikdə yaşadığın qadınla uyğunlaşmaq, qarşılıqlı istəkləri gerçəkləşdirməyə çalışmaq mümkün olmalı idi. Lakin bəzən bu, heç cür mümkün olmur və bizdə "sola" meyllik yaranır. Əvvəl qeyd etdiyim fiziki və mənəvi xəyanətə gəlincə, bir çoxları sevgi olmadan fiziki yaxınlığı xəyanət hesab etmir, amma bu, daha çox bəhanəyə oxşayır. Yəni, hər bir hala konkret şərtlər daxilində baxsaq, daha yaxşı olar. Bu məsələdə ümumiləşdirmə səhv nəticələrə gətirib çıxarar".

Hazırda partnyoru ilə yaşayan Həsən düşünür ki, iki şəxs arasında sevgi olanda xəyanət olmur.

Diqqətsizlik, laqeydlik

Azadə adlı xanım artıq 4-cü ildir ki, ailəlidir və evliliklərinin 2-ci ilindən həyat yoldaşına xəyanət etməyə başlayıb.

"Xəyanət etdim, çünki mənə qarşı diqqətsiz və laqeyd idi. Qadın diqqət tələb edən, sevgi istəyən məxluqdur. Ona görə də sevgilisindən, nişanlısından, həyat yoldaşından bunları görməyəndə başqasına qaçır, ona sığınır. Mən də mənə hörmət edən birini gördükdə ona sığındım. Sevgi gördüm, qayğı gördüm, mənimlə söhbət etdi, mənə qadın olduğumu xatırlatdı.

Evliliyim monoton şəkildə irəliləyirdi. Kobud, anlayışsız, heç bir şəkildə mənə hörmət qoymayan ər, körpə uşaq, bir sözlə, bezmişdim. Bir gün sosial şəbəkədə bir oğlan yazdı mənə, əvvəlcə cavab vermədim. Evli qadın idim axı. Ərim hörmət qoymasa da, məni qadın gözündə görməsə də mən qadın idim və ərimin namusunu qorumalı idim.

Sonra necə oldusa həmin oğlan iş yerimi tapdı. Hər gün arxamca düz qapıya kimi gəlirdi. Axırda məcbur olub ona cavab yazdım. Bu ərəfələrdə evdə vəziyyət pisləşmişdi. Hər gün dava-dalaş, söz-söhbət. Sanki mənə yazan oğlanda rahatlıq tapırdım. 3-4 ay sonra məni çay içməyə dəvət etdi. Beləcə, gizli həyatım başladı. Hər gün ona yazmasam və ya o mənə yazmasa elə bil həmin gün yemək yeməmiş kimi olurdum. Bağlılıq yaranmışdı məndə. Yoldaşım isə həmişəki kimi laqeyd, vurdum-duymaz idi. Bir-iki dəfə də qızla tutdum, təmiz soyudum. Və xəyanət etməyə başladım. İndi mən də öz həyatımı yaşayıram. Həyat yoldaşım olaraq görmürəm heç ərimi. Mən onun xəyanətlərinin bilsəm də, o məni bilmir".

Azadə deyir ki, əri xəyanətini bilsə, öyrənsə, onun vecinə olmaz, çünki onu xəyanətə həyat yoldaşı adlandırdığı, övladının atası olan şəxs vadar edib.

"Bilsə nəyə yarayacaq ki?! Öz günahıdır. Mən xəyanət etməyi nə vaxtsa ağlımın ucundan belə keçirməmişdim. Özü məni buna məcbur etdi".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3711   Tarix: 11 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi il

19 aprel
.

Gələn ay şuşalılar yurdlarına qayıdırlar - Video

"May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçiriləcək". "Qafqazinfo" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəye

20 aprel
.

Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO

Türkiyənin Kırklareli şəhərində ikimərtəbəli tarixi binada yanğın başlayıb. Osmanlı dövrünə aid olan bu bina kafe kimi istifadə edilirmiş. Hadisə yerinə xilasetmə, təcili yardım və polis qrupları cəlb ediliblər. Tarixi binanın yanında yerləşən dördmərtəbəli yaşayış binasının üzlüyü də yanıb və bu səbəbdə

20 aprel
.

42 yaşlı prokuror qəfil vəfat etdi

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, prokurorluğun Təşkilat və İcraya Nəzarət İdarəsinin böyük prokuroru, 42 yaşlı Rəhman Əhmədov ötən gün qəfil vəfat edib. Onun yaşadığı evdə ürəktutmadan dünyasını dəyişməsi bildirilib

20 aprel
.

"McDonald's"ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO

"McDonald's Azərbaycan" şirkətinin qida sənayesinin ən müasir tələblərinə cavab verən 24-cü restoranı aprelin 19-da Bakı şəhərində açılıb. Restoran Azadlıq prospekti 100 ("Olympus Nəsimi" yaşayış kompleksinin yanı) ünvanında yerləşir. Azərbaycanda ilk dəfə tətbiq olunan və müasirliyi

19 aprel
.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel
.

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA

Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl

19 aprel