Leyla Əliyeva Bakı bulvarında sərgidə

Leyla Əliyeva Bakı bulvarında sərgidə"Nargis" komandası – ətraf mühitə laqeyd olmayan insanlardır

Sentyabrın 9-da Dənizkənarı Milli Parkda "Nargis" komandasının "Make the Earth Smile" resaykling sərgisinin rəsmi açılışı olub.

"Nargis" Nəşriyyat Evi ətraf mühitin qorunması probleminə həsr edilmiş sərgi təşkil edib.

Layihə çərçivəsində səkkiz heykəltəraş müxtəlif istehsalat tullantılarından qurulmuş 13 instalyasiya təqdim olunub. Sərgi "Nargis" jurnalının "Ekologiya" mövzusuna həsr olunmuş 63-cü nömrəsi ilə eyni vaxta təsadüf edib. Jurnal, üz qabığında – IDEA-nın təsisçisi Leyla Əliyevanın fotosu ilə nəşr edilib.

"Nargis" komandası – ətraf mühitə laqeyd olmayan insanlardır. "Nargis" ekoloji brendləri dəstəkləyir, təbii sərvətlərə qənaət edir, eyni zamanda, geniş oxucu kütləsi qazanmış bir nəşr olaraq, hər birimizin Ana-Yer kürəsinin qorunmasını təşviq və təbliğ etməkdə öz məsuliyyətini hiss edir.

"Make the Earth Smile" adlı ekoloji layihə – insanın həyat fəaliyyətinin 13 ən vacib, Yer kürəsinə xüsusilə zərər verən böhranlı sahəsini özündə əks etdirən 13 instalyasiyadan ibarətdir. Layihənin məqsədi – gənc nəsli müsbət nəticələrlə yekunlanan yeni həyat tərzinə alışdırmaqdır. Sərgidə ətraf mühitə kömək etmək üçün hər birimizə tövsiyə olunan 13 faydalı vərdiş təsvir edilmiş "Nargis" kitabçaları paylanıb. 13 rəqəmi təsadüfən seçilməyib – 13 dekabrda "Nargis" jurnalı öz ad gününü qeyd edir.

Rəşad Ələkbərov, Orxan Hüseynov, Kənan Əliyev, Sabit Zamanov, Teymur Qəribov, Fərid Rəsulov, Nurəli Şahbazov, Nazim Şükürov öz instalyasiyalarını onlara tərəfdaşlıq edən Aquavita, Ay Qonşu, "AzərEnerji", "Azersun", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Baku Steel Company", "Caspian Drilling Company Ltd", "Coca-Cola", Dr. Cahid Şahbazov, "Gilan Holding", "Nargis" Publishing House və "Veysəloğlu" Şirkətlər Qrupu ilə birgə yaradıblar.

Açılışa Leyla Əliyeva, "Nargis"in tərəfdaşları və dostları, xarici ölkələrin Azərbaycandakı səfirliklərindən nümayəndələr, nazirliklərdən nümayəndələr, sənətkarlar və qalereya sahibləri də daxil olmaqla 150-yə yaxın insan qatılıb.

Sərgini ziyarət edən Təhsil naziri Ceyhun Bayramov təhsil sistemi çərçivəsində "Nargis" Nəşriyyat evi ilə gələcək əməkdaşlıq üçün ekoloji layihə təklif edib. Daha sonra başda Ülviyyə Mahmudova olmaqla "Nargis" nəşriyyat evinin komandası bulvarda zeytun ağacı əkib.

Bu, "Nargis" komandasının təşkil etdiyi ilk sərgi deyil: bu ilin aprel ayında İstanbulda, "Nargis" Nəşriyyat Evi, jurnalın mövcud olduğu altı il ərzində çəkdiyi eksklüziv fotoşəkillərdən ibarət sərgi təqdim etmişdi, iyul ayında isə Bakıdakı Müasir İncəsənət Muzeyində "Women, Children and Well-Being" adlı xeyriyyə sərgisi keçirmiş və foto satışından əldə olunan pulun bir hissəsini "Nargis" xeyriyyə fonduna yönəltmişdir.

"Make the Earth Smile" sərgisi oktyabrın 5-dək davam edəcək. Giriş sərbəstdir.
Leyla Əliyeva Bakı bulvarında sərgidə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2515   Tarix: 11 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021