Bakıda unikal musiqi alətləri sərgisi keçiriləcək

Bakıda unikal musiqi alətləri sərgisi keçiriləcəkHeydər Əliyev Mərkəzində hər bir kəsin marağına səbəb olacaq yeni sərgi açılır.

Bu barədə Mərkəzdən məlumat verilib.

Tarixi eksponatlar, ölkələrin musiqi mədəniyyətini canlı izləmək imkanı, korifey sənətkarların vaxtı ilə ifa etdiyi musiqi alətlərini yaxından görmək və bir daha dinləmək fürsəti… Heydər Əliyev Fondunun bir necə ildir üzərində işlədiyi və müxtəlif mənbələrdən toplanan unikal kolleksiya sentyabrın 17-dən "Musiqi alətləri: birlik və müxtəliflik" sərgisində təqdim ediləcək.
Heydər Əliyev Mərkəzində açılacaq sərgidə XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunacaq.

Bunlar 31 ölkəyə - Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstan aid musiqi alətləridir.

Ekspozisiyanın unikal eksponatları sırasında N.Gəncəvinin "Xəmsə"sindən səhnələr həkk olunmuş, qızıl, brilyant və sədəflərlə işlənmiş kamança, Şəkinin XVIII əsrə aid olan cürə nağarası da yer alıb.

Ekspoziyada, həmçinin tanınmış incəsənət xadimlərinə aid musiqi alətləri var. Azərbaycanın Xalq artistləri Xan Şuşinski, Rübabə Muradova, Əbülfət Əliyev, Ağaxan Abdullayevə məxsus qavallar, Həbib Bayramov, Möhlət Müslümov, Ramiz Quliyev və Ceyran Haşımovaya aid tarlar, Aftandil İsrafilovun qarmonu, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun sazı,
tanınmış balaban ifaçısı Nizan Fətəliyevə aid balaban, Əməkdar artist Ədalət Vəzirovun kamançası sərgidə yer alıb.

Xalq artisti Natiq Şirinovun e.ə. V minillikdə Azərbaycanda mövcud olmuş küpə zərb aləti əsasında 2006-cı ildə hazırladığı alət, e.ə. IV minilliyin sonlarına aid nağara əsasında 2010-cu ildə düzəltdiyi nağara, 2015-ci ildə Azərbaycanda ixtira olunmuş ilk stereofonik simli musiqi aləti "Stereo But" da ekspozisiyada təqdim edilir.

Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq mümkün olacaq. Bu məqsədlə ekspozisiyada video və audio yazıların fərdi qaydada dinlənilməsi üçün ekran və avadanlıqlar quraşdırılıb.

Sərginin NASA bölümündə 1977-ci ildə "Voyacer 1" kosmik gəmisində dünya xalqlarına məxsus 27 melodiya ilə birgə kosmosa göndərilmiş Azərbaycan musiqisini də dinləmək mümkündür.

Muğam otağında Azərbaycanın tanınmış xanəndələrinin ifalarından ibarət videoçarxlar, ekspozisiyadakı monitorlarda isə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamı, aşıq sənəti, tar və kamança ifaçılığına aid musiqilər təqdim edilir.

Müxtəlif ölkələrin musiqi alətləri arasında fərqliliklə yanaşı, oxşarlıqları, musiqinin gücunu təsəccüm etdirən sərgi Azərbaycan musiqi tarixinin yaşadılması, ayrı-ayrı ölkələr və xalqların mədəniyyətinin tanıdılmsı baxımından geniş imkan yaradır.

Mədəniyyət   Baxılıb: 1074   Tarix: 12 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

9 sentyabr - Beynəlxalq Gözəllik Günüdür

9 sentyabr tarixi Beynəlxalq Gözəllik Günü kimi qeyd olunur.. . Sonxeber.az "Qafqazinfo"-ya istinadən məlumat verir ki, Beynəlxalq Estetika və Kosmetologiya Komitəsi (SİDESKO) hər il 9 sentyabrın Beynəlxalq Gözəllik Gününün elan olunması təşəbbüsü ilə çıxış edib. 1995-ci ildən başlayaraq, hə

9 sentyabr 2019

Əlbəyaxa oldular, məhkəməyə düşdülər, küsülü öldülər... — Düşmən olan aktyorlarımız

Dünyanın bütün sənət cameələrində şəxsi münaqişələr, davalar və küsüşmələr olur. Bizim istəyimizdən asılı olmayaraq bu, bir gerçəklikdir. İnkişaf etmiş ölkələrdə bu cür münaqişələri mətbuatdan və oxucudan gizləmirlər. Çünki gerçəklikdən qorxmağa dəyməz. Əksinə sənət dünyası bu çtışan-çatışmayan cəhətlərin

7 sentyabr 2019

Səyavuş Aslanın ölümü ilə bağlı sok etiraf: "Onu iki oğlu öldürüb"

"Bəyin oğurlanması" filmində xalq artisti Yaşar Nuri deyil, Səyavuş Aslan çəkilməli idi. . Bu gün xalq artisti, mərhum sənətkar Səyavuş Aslanın ad günüdür.. . Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Əli Nur AzNews.az-a müsahibəsində Səyavuş Aslanı oğlanları öldürdüyünü etira

5 sentyabr 2019

Sabah Musa Yaquba "Xalq şairi" fəxri adı təqdim olunacaq

Tanınmış şair Musa Yaqub və Vahid Əzizə "Xalq şairi" fəxri adları sabah - sentyabrın 5-də təqdim olunacaq.. . Sonxeber.az-ın məlumatına görə "Report"a açıqlamasında M.Yaqub özü deyib. . . O bildirib ki, fəxri adın təqdim olunması üçün sentyabrın 5-də Mədəniyyət Nazirliyinə dəvət edilib

4 sentyabr 2019

Arif Babayevə nə olub? - Bu FOTOSU təəccübə SƏBƏB OLDU

Bu ilin əvvəlində onurğa sütununda əməliyyat edilən Xalq artisti Arif Babayev müalicə və bərpa müddətində xeyli çəki itirib.. . Sonxeber.az ölkə.az-a istinadən bildirir ki, məclislərdən birində kamança ifaçısı Mərkəz Şuşalının A.Babayevlə çəkdirdiyi fotoda xalq artistinin xeyli arıqlaması diqqət cəl

4 sentyabr 2019

Opera və Balet Teatrı niyə pəncərəsiz qaldı? - Fotolar

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının hazırki vəziyyəti diqqət çəkib.. Axşam.az xəbər verir ki, son günlər teatrın şəhərin mərkəzində yerləşən binasının pəncərələrində şüşələr sökülüb. Əməkdaşımız tərəfindən mədəniyyət ocağının fotoları lentə alınıb. Şəkillərdən də açıq görünür ki, binad

4 sentyabr 2019

Dərbəndin qədim yeraltı hamamları bərpa olunacaq

Qədim Dərbəndin XII-XVI əsrlərə aid olan yeraltı hamamları bərpa olunaraq turistlərin ziyarətinə açılacaq. Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə Dərbənd şəhərindəki Muzey-Qoruğun direktoru Əli İbrahimov məlumat verib. Onun sözlərinə görə analoqları Azərbaycanda, İrand

3 sentyabr 2019

Dünyaca məşhur aktyor Bakıya gəlib - Foto

Dünya şöhrətli fransız aktyor Siril Rafaelli ilk dəfə Bakıya səfərə gəlib.. . Sonxeber.az xəbər verir ki, aktyor paytaxtımızda türk-hind filminin döyüş səhnəsinin çəkilişlərində iştirak edəcək.. . Bu barədə Sputnik.az məlumat yayıb.. . Filmin çəkilişləri Pirallahı qəsəbəsində aparılır.. . Qeyd edək ki

3 sentyabr 2019

Bakıda müasir incəsənət festivalı keçiriləcək

Bakıda və ölkənin başqa şəhərlərində sentyabrın 18-25-də "Maiden Tower. To Be A Woman" ("Qız Qalası. Qadın olmaq") beynəlxalq müasir incəsənət festivalı keçiriləcək.. . Sonxeber.az Axşam.az-a istinadən xəbər verir ki, Avropa İttifaqının Bakıdakı nümayəndəliyi tərəfindən Azərbaycand

3 sentyabr 2019