Azərbaycanda görünməmiş hadisə - 3 yaşlı qıza təcavüz edilib?

Azərbaycanda görünməmiş hadisə - 3 yaşlı qıza təcavüz edilib?İmişli rayonunda bilə-bilə hüquq-mühafizə orqanlarına yalan məlumat verməkdə ittiham olunan Sabirabad rayon sakini, 1967-ci il təvəllüdlü Sadiq Məmmədovun (ad və soyadlar şərtidir – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, Sadiq Məmmədov rəsmi nikahda olduğu Səmayə Məmmədovanı maddi və sair cəhətdən özündən asılı vəziyyətə salıb. O, həyat yoldaşına 2016-cı ilin oktyabrında müəyyən vədlər verib, sonra da sözündən çıxacağı halda ona zərər yetirəcəyi ilə hədə-qorxu gəlib.

Arvadını cinayətə təhrik etdi

Bundan başqa, Sadiq Məmmədov əvvəlcədən yalan olduğunu bildiyi halda 3 yaşlı qızı Samirənin 1948-ci il təvəllüdlü bacanağı Sahib Babayev tərəfindən yeddi ay əvvəl zorlanması barədə xüsusilə ağır cinayət törətməkdə ittiham edib.

O, arvadından tələb edib ki, bacanağının bu cinayəti törətdiyi barədə hüquq-mühafizə orqanlarına müraciət etsin.

Hədə-qorxularla üzləşən Səmayə Məmmədova ərinin dediklərini icra etməyə məcbur olub. Onlar birlikdə 29 oktyabr 2016-cı il tarixdə ərizə ilə İmişli rayon polis şöbəsinə müraciət ediblər, əvvəlcədən yalan olduğunu bildikləri halda 3 yaşlı qızlarının Sahib Babayev tərəfindən təxminən 7 ay əvvəl zorlandığını qeyd ediblər.

"Bacımın əri qızımla..."

Ərinin təhrikləri ilə Səmayə Məmmədova izahatında qeyd edib ki, bacısının əri Sahib Babayev 2016-cı ilin martında 3 yaşlı qızı ilə cinsi əlaqədə olub. Ana iddia edib ki, bacısının əri bu hadisəni özünə məxsus Salyan rayonunda olan evində törədib, həmin vaxt onlar Sahib Babayevin evində qonaq olublar.

Sadiq Məmmədov Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində zorlama) maddəsində nəzərdə tutulan xüsusilə ağır cinayət törətməkdə ittiham etməklə törədilməmiş cinayətin edilməsi barədə bilə-bilə yalan xəbərçilik edib.

Təcavüz cinayəti doğru çıxmadı

İstintaq araşdırması zamanı Sadiq Məmmədov və arvadı Səmayə Məmmədovanın İmişli rayon polis şöbəsinə etdikləri bu şikayət özünü doğrultmayıb.

Müəyyən olunub ki, Səmayə Məmmədova ərinin hədə-qorxuları ilə üzləşib və belə bir cinayətin yayılmasında iştirak edib.

İstintaq Sadiq Məmmədovun hüquq-mühafizə orqanlarına bilə-bilə yalan xəbərçilik etdiyi nəticəsinə gəlib. Polis tərəfindən həbs edilən Sadiq Məmmədovun barəsində 19 noyabr 2018-ci il tarixdə həbs-qətimkan tədbiri seçilib.

Sadiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 32.4-cü (ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi məqsədi ilə sabit mütəşəkkil cinayətkar qrupun yaradılması və ya eyni məqsədlərlə iki və ya daha çox mütəşəkkil cinayətkar qrupun sabit birliyi cinayətkar birlik (cinayətkar təşkilat) hesab olunur) və 296.2-ci (bilə-bilə yalan xəbərçilik etmə, eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) maddələri ilə ittiham elan edilib.

"Çox çətinliklə dolanmışıq"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sadiq Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Onun arvadı Səmayə Məmmədova isə cinayət işi üzrə şahid qismində tanınıb və dindirilib.

Səmayə Məmmədova bildirib ki, 2011-ci ilin martın 4-də Sadiq ilə faktiki nikahla evlənib, onların 28 aprel 2013-cü ildə qızları – Samirə və 14 mart 2016-cı ildə isə Ləman dünyaya gəlib: "28 sentyabr 2016-cı ildə biz İmişli rayonuna gəldik, həmin ilin dekabrın 22-dək Xəlfəli kəndində yerləşən Rasət adlı şəxsə məxsus fermada çobanlıq etdik. Maddi cəhətdən çox çətinliklə dolanmışıq".

Səmayə Məmmədovanın sözlərinə görə, 2016-cı ilin oktyabrın əvvəllərində Sadiq Məmmədov ona böyük bacısı Sona Babayevanın əri Sahib Babayevə məxsus olan Salyan rayonunda yerləşən evi ələ keçirmək üçün ona şər atıb, tutdurmağı təklif edib: "Ərimin bu təklifinə etiraz etdim. Bu etirazımına əsəbləşən Sadiq "Samirəni özüm zorlayıb Sahibin üstünə şər atacağam, elə rola girəcəyəm ki, polislər məni tutmayacaq" - deyərək mənə hədə-qorxu gəldi. Həmin vaxt Sadiq məni döydü".

"Ərim xain plan qurdu"

Şahid qeyd edib ki, Sadiq Məmmədovun davamlı təzyiq və hədələrinə dözməyib: "Məcbur olaraq Sadiqlə birlikdə 29 oktyabr 2016-cı ildə İmişli rayon polis şöbəsinə gəldik. Qızım Samirəni bacımın əri Sahibin zorlaması haqqında yalan olduğunu bilə-bilə ərizə yazdım. Bundan sonra Salyan rayon polis şöbəsində araşdırma aparılarkən ərizəni ərimdən qorxduğum üçün onun təhriki ilə verdiyimi bildirdim.

Sahibin Salyan rayonunda öz evində 3 yaşlı qızımı zorlaması ilə bağlı yazdığım ərizə və izahatımda göstərdiklərimin yalan olduğunu bildirdim. Sahib aldığı pensiya və İmişli mal bazarında işlətdiyi kiçik kafedən əldə etdiyi gəlirdən bizə bir müddət maddi cəhətdən köməklik edib. Lakin xəstələndikdən sonra kömək edə bilmədiyindən ərim belə bir xain plan qurdu".

"Əxlaqsız və zorakı hərəkətlər etməyib"

İş üzrə şahid qismində ifadə verən Sona Babayeva bildirib ki, 2005-ci ildə Salyan rayon sakini Sahib Babayevlə ailə qurub: "Lakin birgə nikahımızdan uşaqlarımız olmayıb. Bacım Səmayə 2016-cı ilin martında hamiləliklə əlaqədar Salyan rayon Mərkəzi xəstəxanasına müraciət etdi. Bu səbəbdən azyaşlı qızı Samirə ilə birlikdə martın 7-dən aprelin 18-dək bizim evimizdə qonaq oldu.

Martın 14-də bacımın daha bir qızı dünyaya gəldi, adını da Ləman qoydular. Bacımgil bizdə qaldığı müddətdə qayğı ilə əhatə olunublar. Ərim Sahib bacıma və onun övladlarına qarşı mehriban, diqqətli olub. Ərim bacımın azyaşlı qızına qarşı heç bir əxlaqsız və zorakı hərəkətlər etməyib.

Əri bacımı mütəmadi olaraq döyüb, belə bir hadisənin baş verməsi barədə İmişli rayon polis şöbəsinə müraciət etməyə məcbur edib. Bacımda məcbur qalaraq ərizədə ərinin dediklərini göstərib".

3 il cəza

Bu cinayət işinə İmişli rayon Məhkəməsində baxılıb. Hakim Ülvi Qənbərovun sədrliyi ilə baş tutan prosesdə araşdırma aparılıb və Sadiq Məmmədovun törətdiyi əməl sübuta yetirilib. O, 3 il müddətinə azadlıqdan məhrum edilib, cəzasını ümumi rejimli cəza çəkmə müəssisində çəkməsi qərara alınıb.

Hökmdən narazı qalan Sadiq Məmmədov apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Sadiq Məmmədovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Kamil Bəşirovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Qərara görə, şikayət təmin olunmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2441   Tarix: 13 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda oğul atasını baltayla öldürdü

2021-ci il iyunun 9-da Quba rayonu Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılıb. Quba Rayon Prokurorluğunda aparılan istintaqla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminind

1 sentyabr 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021
.

Qubadakı dəhşətli qəzada ölənlərdən ikisinin kimliyi bilindi - YENİLƏNİB + FOTO/VİDEO

Səhər saatlarında Quba rayonunun Alekseyevka kəndində baş verən qəza nəticəsində ölənlərdən ikisinin şəxsiyyəti məlum olub. -ın əldə etdiyi məlumata görə, bunlar sürücü Nurlan Süleymanov və sərnişin Məmmədhəsən Əkbərovdur. Avtomobildə olan şəxslər N. Süleymanovun 24 avqustda təşkil etdiyi ad günü mərasimində

25 avqust 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021
.

Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı

Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu

23 avqust 2021
.

Sabirabadda qaynını bıçaqlayıb, qayınanasına xəsarət yetirən şəxs saxlanılıb - YENİLƏNİB

Sabirabadın Kürkəndi kəndində qaynını bıçaqlayan Ramil Tarverdiyev polis tərəfindən saxlanılıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu boğazından və döş qəfəsindən bıçaqlanıb. Yaralı çoxsaylı bıçaq xəsarətləri və qanitirmə diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərə

7 sentyabr 2021
.

Övladını və gəlinini baltalayan 70 yaşlı kişi: "Oğlanı zorlamışdı..."

Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 70 yaşlı Mehdi İsmayılovun oğlunu və gəlinini niyə baltalaması müəmma kimi qalıb. həmin cinayət işi üzrə materialları əldə edib. İttihama görə, hadisə ötən il dekabrın 5-də saa

30 avqust 2021
.

DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib

2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə

17 sentyabr 2021
.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021