427 min dolları mərc oyununda uduzan məcburi köçkünlə bağlı - QƏRAR

427 min dolları mərc oyununda uduzan məcburi köçkünlə bağlı - QƏRARBakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Səbuhi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S.Əliyev barəsində iki il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. O, məhkəmə iclas zalından azadlığa buraxılıb.

Məlumata görə, S.Əliyev tanışı İbrahim Vəliyevin etibarından sui-istifadə edərək bir gün sonra əlavə 300 manat qazanc verəcəyini vəd edərək 27 dekabr 2017-ci ildə onun 210 min dollar pulunu ələ keçirib. Eyni üsulla digər tanışı Heydər Əhmədovu da aldadaraq onun 217 min dollar pulunu ələ keçirməklə dələduzluq edib.

S.Əliyev istintaqdan gizləndiyinə görə barəsində axtarış elan edilib və ötən ilin mayında Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, Nərimanov rayon məhkəməsi tərəfindən barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.

Təqsirləndirilən Səbuhi Əliyev ifadəsində qumar oyunlarına aludə olduğuna görə ailəsinin dağıldığını, şəxsi evinin olmadığını, müxtəlif ünvanlarda kirayə yaşadığını, 2017-ci ildən etibarən qanunsuz pul mübadiləsi ilə məşğul olmağa başladığını göstərib.

Daimi müştəriləri - əslən Şəmkir rayonundan olan Heydər Əhmədov və İbrahim Vəliyevlə aralarında dostluq münasibəti yaranıb. Hər ikisinin külli miqdarda pulları olduğunu görən S.Əliyev təklif edib ki, onlar ona borc pul verəcəkləri təqdirdə hər 10 min dollara gündəlik 15 manat verə bilər:

"Razılaşdılar. O vaxtdan sonra bir-iki günlük onlardan pul almağa başladım. Çox vaxtı pul lazım olmadığına görə pulları məndə qalırdı, amma gündəlik faizini ödəyirdim".

S.Əliyevin ifadəsinə görə, 2017-ci ilin yayında təsadüfən Taleh adlı tanışı ilə rastlaşıb. Taleh ona onlayn idman mərc oyunları təşkil etdiyini deyib və özünü sınamağı təklif edib:

"Taleh mənə hesab kodu verdi. Həmin kodla "bet 365" internet saytına daxil olub istənilən oyunlara pul qoya bilirdim. On gün ərzində Talehə 130 min manat verib oyuna qoyduğum pulları uduzdum.

Pulları İbrahim, Heydər və digər şəxslərdən faizlə götürmüşdüm, qaytara bilmirdim, borcların həcmi getdikcə artırdı. Borc götürdüyüm adamlara yenə də borc vermələri üçün işlərimin əla getdiyini deyirdim. Ümumi borcum 287 min dollara çatmışdı. Heydərlə İbrahimdən 227 min dollar borc aldım. Oyunlara qoyduğum pulların hamısını uduzdum. Heydərlə İbrahimə 427 min dollar borcum yarandı ki, artıq bunu ödəmək mümkün olmadı".

Zərərçəkmiş qismində dindirilən Heydər Əhmədov ifadəsində Rusiyada yaşayan qohumlarının Bakıda və ya Şəmkirdəki tapşırıqlarını yerinə yetirdiyini, tapşırıqlara şəxsi pullarını xərclədiyini, sonradan öz xeyrini götürdüyünü deyib:

"Təxminən 200-250 min dollar vəsaitim olurdu. Bəzi alış-verişlər xarici valyuta ilə olduğundan tez-tez pul mübadiləsi edirdim. Səbuhi ilə 2016-cı ildən valyuta mübadiləsi etməyə başladım. İstənilən pul vahidi lazım olduqda zəng vururdum, özü gətirib çatdırırdı. Bu cür əməliyyatlar mənim üçün də rahat idi. Uşaqlıq dostum İbrahimi Səbuhi ilə tanış etmişdim. İbrahim də onunla işləməyə başlamışdı".

Zərərçəkmişin ifadəsinə görə, Səbuhi onun etimadını qazanıb. İş o yerə çatıb ki, hətta Səbuhiyə pul verib götürəndə məbləği də saymayıb:

"Səbuhi məni iş adamı kimi tanıyırdı. Üstümdə həmişə pul olduğunu bilirdi. 27 dekabr 2017-ci ildə Səbuhi zəng vurub pul mübadiləsi üçün təcili 300 min dollar lazım olduğunu, həmin mübadilədən mənə də xeyir qalacağını dedi. Üstümdə cəmi 217 min dollar vardı, onu verdim. Səbuhi pulu bir günə qaytaracağını, öz xeyrindən 300 manat əlavə verəcəyini dedi".

H.Əhmədov S.Əliyevlə görüşə gedərkən uşaqlıq dostu İbrahim Vəliyevin də orada olduğunu görüb. Nə üçün gəldiyini soruşduqda İbrahim ona Səbuhiyə 200 min dollar verdiyini deyib.

İçərisində 217 min dollar olan torbanı Səbuhiyə verib. Səbuhi pulları saymayıb və maşına oturub oradan uzaqlaşıb. Ertəsi gün isə Səbuhi ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb:

"Zəng vurdum, operatorun türk dilində telefonun bağlı olmasını deməsini eşidəndə Səbuhinin Türkiyəyə qaçmasını başa düşdüm. Bir neçə dəfə Səbuhi özü türk nömrəsindən zəng vurub şəxsi işləri ilə bağlı İstanbulda olduğunu, pulları götürüb Bakıya gətirəcəyini və borcunu qaytaracağını dedi. Lakin sonradan ona zəng çatmadı. İbrahimlə gedib şikayət ərizəsi yazdıq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2298   Tarix: 13 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Ustanı yarımstansiyada "tok" vurub öldürdü

Sentyabrın 16-ı saat 10 radələrində Gəncə şəhər sakini, 1966-cı il təvəllüdlü İlyas İsmayılovun Gəncə şəhər 35/6 kv-lıq süzgəc yarımstansiyasında elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub. Gəncə şəhər Prokurorluğundan -a verilən məlumata görə, aparılmı

17 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021