Azərbaycanda yeni doğulmuş körpələrin əsas ölüm səbəbi açıqlandı

Azərbaycanda yeni doğulmuş körpələrin əsas ölüm səbəbi açıqlandıErkən doğulan körpələrdə infeksiya riski, tənəffüs yolları, böyrək xəstəlikləri və zəif inkişaf etmiş orqan sistemləri ilə bağlı problemlərə rast gəlinir.

Sonxeber.az xəbər verir ki, bu barədə Oxu.Az-a Azərbaycan Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov məlumat verib.

O bildirib ki, bu gün doğumların 8-10 faizi erkən doğumların payına düşür:

"Ən çox problemlər məhz vaxtından əvvəl doğulan körpələrdə müşahidə edilir. Onlarda ilkin olaraq tənəffüs yolları və bətndaxili infeksiyalar üstünlük təşkil edir. Bundan başqa, yeni doğulmuşlarda doğuş zədələri, hava çatışmazlığı (asfiksiya və hipoksiya), irsi xəstəliklər, anadangəlmə qüsurlar və s. problemlər müşahidə edilir.

Bütün dünyada olduğu kimi, Azərbaycanda da yeni doğulmuş uşaqlarda ölümün ən birinci səbəbi yetkinsizliklə əlaqədardır. Bunun səbəbi isə anaların hamiləlik müddətində həkimə müraciət etməməsi, zəruri olan yoxlamalardan keçməməsidir. Zamanında müraciət edilmədiyi üçün bu kimi problemlər və onların yaratdığı fəsadların qarşısını almaq mümkün olmur".

R.Hüseynov deyib ki, son illərdə yeni doğulmuş körpələrdə müşahidə edilən xəstəliklərdə artım olmasa da, vəziyyət ötən illərdəki kimi stabildir:

"Tibbin inkişafı nəticəsində müəyyən xəstəliklərin artıq müalicəsi də mümkündür. Eyni zamanda, həkimlərimiz də xarici ölkələrdə təkmilləşmə kursları keçirlər. Həkimlərimizin öz ixtisasları üzrə peşəkarlaşmasına baxmayaraq, bu kimi problemlərdə analar özləri diqqətli olmalıdırlar. Çalışırıq ki, ümumiyyətlə, doğumlarda vaxtından əvvəl doğulanların sayı azalsın. Bu gün doğumların 8-10 faizi erkən doğumların payına düşür".

Onun sözlərinə görə, Azərbaycanda doğuş zədəsi ilə doğulan uşaqların sayı ötən illlərə nisbətən azalıb:

"Ötən illərlə müqayisədə, doğuş zədələri, anadangəlmə qüsurlu körpələrin sayı azalsa da, asfiksiya, erkən doğum və ana bətnində infeksiyalara yoluxmadan sonra yaranan septiki proseslər, qüsurların yaranması ilə bağlı problemlər stabil olaraq qalıb".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 1731   Tarix: 13 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Gəncədə üç yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb

Gəncə şəhərində üç yaşlı qız ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb. "Report" xəbər verir ki, uşaq yaşadığı evdə oynayan zaman valideynlərinin nəzarətindən yayınaraq sobanın üzərində olan və içərisi qaynar suyla dolu çaydanı üzərinə aşırıb. Yanıq xəsarətləri alan azyaşlı yaxınları tərəfində

17 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

"Azərişıq"ın anbarında yanğın - VİDEO

Gəncədə "Azərişıq" ASC-yə məxsus idarələrin birinin anbarında yanğın baş verib. xəbər verir ki, bu barədə hadisə şahidləri -in "qaynar xətti"nə məlumat verilib. Bildirilir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Məsələ ilə əlaqədar "Azərişıq"

15 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021