"Azərbaycanın qadın futbolunda pedofiliya..." — Şok iddialar

"Azərbaycanın qadın futbolunda pedofiliya..." — Şok iddialarAzərbaycanda haqqında ən çox qalmaqallar yayılan idman növü qadın futboludur. Milliləşdirilmiş "lipa" legionerlər, "lez" futbolçuları ilə bir çox skandallarla gündəm olan qadın futbolunda bu dəfə daha biabırçı problemlə bağlı inanılmaz iddialar səslənib.

Azərbaycanda haqqında ən çox qalmaqallar yayılan idman növü qadın futboludur. Milliləşdirilmiş "lipa" legionerlər, "lez" futbolçuları ilə bir çox skandallarla gündəm olan qadın futbolunda bu dəfə daha biabırçı problemlə bağlı inanılmaz iddialar səslənib.
Sonxeber.az xəbər verir ki, bir müddət öncə Sport7.az saytında yayımlanan müsahibələrdən birində futbolla məşğul olmuş xanımın qadın futbolunda pedofil məşqçilərin olduğu ilə bağlı səsləndirdiyi fikirlər məsələnin qabarmasına səbəb olub.
Futbolla məşğul olan bir başqa xanım saytımıza adının gizli tutulacağı şərti ilə pedofil məşqçilərlə bağlı danışmaq istədiyini bildirdi. O, kiminsə ona düşmən olacaqlarından, hər hansısa bir şəkildə problem yaradacaqlarından ehtiyat edərək adının qeyd olunmamasını, lakin belə problemlərdən artıq hər kəsin xəbər tutmasının vacibliyini vurğuladı.

"Azərbaycanın qadın futbolunda pedofil məşqçilər var. Qızın futbola olan həvəsindən və arxasında kiminsə olmamasından istifadə edərək ona iki cür əl-qol atırlar: ya döymək məqsədiylə, ya da başqa mənada. Bəzi şirin qızlar da var ki, məşqçi onu qucaqlayır, isti münasibət göstərir və bir müddət sonra o qızı yanına çəkib köməkçisi edir", - deyə şikayətçimiz sözə başladı.

- Yəni qız özü şərait yaradır?
- Əslində, bəzi insanlar var ki, sırf irəli çəkilmək məqsədləri var. Ona görə məşqçinin ona isti münasibət göstərməsinə şərait yaradır. Ki, sabah önu qabağa çəksin, milliyə göndərsin, köməkçisi etsin...

- Anladım səni. Hər halda bu hal yaşı daha az olanlara aid deyil. Çünki biri var nələrisə dərk edən bir qızın özünün şərait yaratması, biri də var kişi məşqçilərin yaşı az olan qızçığazlara qarşı seksual xarakterli hərəkətləri...
- O, başqa məsələdir. Biabırçılıqdır. Valideynlər azyaşlı qızını idmana, yəni futbola yazdıranda, hardan bilsinlər ki, məşqçi onun uşağına qarşı elə hərəkətlər edəcək. Hər qız uşağı da ayıq olmur axı, məşqçinin bu qucaqlamasının və digər əl-qol hərəkətlərinin səbəbini anlasın. Ümumiyyətlə, qadın futbolunda qadın məşqçi çalışmalıdır. Qızlarla işləyən yaşlı kişilərdə artıq onlara qarşı meyil yaranır. Belə insanlar haqqında deməyə insan söz tapmır.

- Özün belə hallarla qarşılaşmısan və ya şahidi olmusan?
- Bəli, özüm də vaxtikən görmüşəm. Elə buna görə də, sizin saytınızda gedən müsahibəni gördükdən sonra istədim danışam və bu mövzudan hər kəs xəbər tutsun. Çünki böyük problemdir. Valideynlər bilməlidir ki, övladları necə təhlükələrlə üzləşə bilər. Ən əsası çox xahiş edirəm bu sözlərimi yazın. Belə hallarla qarşılaşan qızlar mütləq və mütləq ana-atalarına qorxmadan, utanmadan xəbər etsinlər. AFFA da futbolumuza rəhbərlik edən qurum olaraq bu məsələlərə qarşı daha diqqətli olub, işindən belə sui-istifadə edən kəsləri dərhal cəzalandırmalı, futboldan birdəfəlik uzaqlaşdırmalıdır. İllərdir mən və mənim kimi belə şeyləri görüb, içində saxlayan bir çox qız var. Bizim vaxtımızda bir tədbir görülmədi, qorxduq, utandıq, aça bilmədik. Heç olmasa indən belə qızlar təhlükədə olmasınlar. Bu əməllərlə məşğul olanlar isə həm Allah, həm də vicdanları önündə cavab versinlər. Təşəkkür edirəm!
Onu da qeyd edək ki, etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, bir müddət öncə AFFA-da keçirilən məşqçilərin iclasında da qadın futbolunda pedofiliya problemi müzakirə olunub. Xarici ölkələrdəki problemlərdən misallar çəkilib və Azərbaycanın qadın futbolunda bu tip hallara yol verilməməsi ilə bağlı müzakirələr gedib. Ancaq görünür, bu tip müzakirələr işə yaramır. AFFA-nın qadın futbolu üzrə çalışanları bu məsələyə daha həssaslıqla yanaşmalıdır. Çünki təhlükədə olan bizim övladlarımızdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 4218   Tarix: 14 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda 4 piyadanı maşın vurub öldürdü

Sentyabrın 14 və 15-də piyada ölümü ilə nəticələnən 4 yol qəzası olub. Daxili İşlər Nazirliyindən -a verilən məlumata görə, sentyabrın 14-də saat 1 radələrində Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Samux rayon sakini Tural Mustafayev vurulub. Nəticədə piyada aldığ

15 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

19 yaşlı ana doğuş zamanı öldü

Cəlilabadda qadın doğuş zamanı ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Cəlilabad Müalicə Diaqnostika Mərkəzində qeydə alınıb. İlkin məlumata görə, rayonun Muğan kənd sakini, 2002-ci il təvəllüdlü Həziyeva Fatimə Zaur qızı qeysəriyyə əməliyyatından sonra vəfat edib. Övladı sağdır

13 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Övladlarını çayın kənarına tərk etdilər - FOTO

ABŞ-da çayın kənarında tərk edilmiş iki azyaşlı tapılıb. unikal.org-a istinadən xəbər verir ki, Rio-Grande çayında ətrafı yoxlayan mühafizəçilər kolların arasına tərk edilmiş 3 aylıq oğlan və 2 yaşlı qız uşağını tapıblar. Onların kim və ya kimlər tərəfindən əraziyə gətirildiyi məlum deyil. Maraqlıs

16 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

20 yaşlı oğlanın FACİƏVİ sonu: Özünü... - FOTO

Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb. -a istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb. Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdə

14 sentyabr 2021
.

Ötən gün 10-dan çox koronavirus xəstəsi ictimai yerlərdə saxlanıldı

Sentyabrın 10-da daxili işlər orqanlarının əməkdaşları respublika ərazisində 11 nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkl

11 sentyabr 2021
.

Sosial yardım adı ilə pul tələb edən səhifələrlə bağlı RƏSMİ AÇIQLAMA

"Instagram"da "unvanli_sosial_yardim", "sosial_yardim_qeydiyyat", "unvanli_sos_yardim" kimi profillər yaradılmaqla, ünvanlı sosial yardım alınması üçün müraciət edilməsində ödəniş müqabilində köməklik ediləcəyinə dair elanlar verilir. Bu elanlar kiminsə (və y

11 sentyabr 2021