Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİF

Həftəsonu işləyənlərə əlavə ödənişlər verilsin - TƏKLİFSon vaxtlar dünyanın bir çox ölkələrində iş saatlarının azaldılması mövzusu müzakirə edilir. Hətta ölkələrin bir neçəsində bu rejim artıq tətbiq olunur. Yeni Zelandiya, Böyük Britaniya və Yaponiyada da bir çox şirkət işçilərə həftədə üç gün istirahət verməyə başlayıb. Tətbiq olunan bu təcrübə faydalı iş əmsalının yüksəlməsinə gətirib çıxarıb.

Bu yaxınlarda Rusiyada belə dördgünlük iş həftəsinə keçmək məsələsi müzakirə olunub. Rusiyanın ombudsmanı Tatyana Moskalkova da irəli sürülən təklifi dəstəkləyib.

Azərbaycanda dördgünlük iş həftəsinə keçmək mümkündürmü?

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, məsələ barədə danışan iqtisadçı Vüqar Bayramov bildirib ki, hazırda ölkəmiz üçün nə iqtisadi, nə də sosial baxımdan dördgünlük iş rejiminə keçmək aktual deyil:

"Aparılan monitorinqlər göstərir ki, əksər hallarda bir çox şirkətlərdə işçilər şənbə günü belə işləyirlər. Bu baxımdan, Azərbaycan üçün aktual məsələ beşgünlük iş rejiminə ciddi şəkildə əməl edilməsidir.

Bu sistemə nəzarət əsas şərtdir. Çünki həm özəl, həm də dövlət qurumlarında şənbə günü işləyənlərin sayı kifayət qədər çoxdur. Azərbaycanda ilk növbədə beşgünlük əmək rejiminin formalaşması və nəzarət edilməsi çox vacibdir.

İşçilərin iki günlük istirahət hüququ tanınmalıdır. Bununla bağlı monitorinqlər aparılmalıdır. İşçilər şənbə və bazar günü işlədiyi zaman əlavə ödəniş almalıdır. Amma çox vaxt bu ödənişlər yazılmır.

Hesab edirəm ki, dörd günlük iş rejimi Azərbaycan üçün hələlik tezdir. Hətta bununla bağlı qərar qəbul olunsa belə, onun icra olunması real deyil. Azərbaycan üçün digər ölkələrin, xüsusən bizim üçün yaxın olan Avropa dövlətlərində olan iş rejimi önəmlidir. Çünki Avropada beşgünlük iş rejimi olduğu halda, Azərbaycanda dördgünlük iş rejiminin tətbiqi bizim şirkətlərin fəaliyyətinə mənfi təsir göstərə bilər. Xüsusən Avropa şirkətləri ilə əməkdaşlıq edən qurumlar bundan əziyyət çəkə bilər".

Vüqar Bayramov qeyd edib ki, probleminin həll olunması üçün ölkəmizdə həmkarlar ittifaqı yaradılmalıdır:

"Ümumiyyətlə, Azərbaycanda həmkarlar ittifaqı çox zəifdir. Bu zəiflik prosesə və qanunun tətbiqinə təsir edə bilmir. Hesab edirəm ki, müstəqil həmkarlar ittifaqlarının yaradılmasına mütləq şəkildə ehtiyac var. Güclü ittifaqlar olduğu zaman sahibkarlar işçinin istirahət hüququnu tanımaq məcburiyyətində qalacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1960   Tarix: 14 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO

Bir neçə gün əvvəl Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanovun meyiti tapılıb. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, V.Süleymanovun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabı

19 aprel
.

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Türkiyədə bələdiyyə seçkilərinin üstündən müəyyən müddət ötsə də, türk siyasi palitrası hələ də seçkinin yaratdığı zəlzələ effektinin təsiri altındadır. Hakim partiyaya yaxın şəxslərin və medianın müzakirələri isə xeyli suallar yaradır. Seçkinin mümkün nəticələri haqda ilk yazımızda ( ) qeyd etdiyimi

18 aprel
.

"Oğlan subay olub, qız isə uşaq evində böyüyüb" - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO

Ötən gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində hamam otağından qızla oğlanın meyiti tapılıb. xəbər verir ki, ATV-nin çəkiliş qrupu sözügedən mənzildə olub. Məlumata görə, dünyasını dəyişən 37 yaşlı Ələmdar Babayev subay olub və ailəsi ilə birgə yaşayıb. Onunla birgə dəm qazından boğulan qız is

19 aprel
.

Keçid balları qaldırılır? - VİDEO

Artıq bütün buraxılış imtahanlarının nəticələri açıqlanıb. İlk dəfə olaraq ölkə üzrə ümumilikdə 53 nəfər maksimum nəticə göstərib. Bu qədər şagirdin yüksək bal toplaması bir çox valideyni narahat edir. Onlar düşünür ki, bu göstəricini əsas gətirib, qəbul ballarını artıra bilərlər. Bəs ekspertlər bu barəd

18 aprel
.

Rusiya sülhməramlıları regionu TƏRK EDİR: ABŞ və qərb hərbi qüvvələri Qarabağda fəaliyyət GÖSTƏRƏCƏK? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Bununla bağlı, yayılan görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların qatarlarla Rusiya yolunda olduğunu görmək mümkündür. Əgər belə davam edərsə, sülhməramlıların vaxtından əvvə

19 aprel
.

Balakəndə 11 əsrə şahidlik edən, inanc yeri olan ağac - VİDEO

Balakənin Katex kəndində yol kənarında bitən, yaşı min ildən artıq olan dağdağan ağacı bu gün də diqqət mərkəzindədir. Belə ki, inanc yeri olan ağacdan müalicə üsulu kimi istifadə edirlər. Həmçinin bu ağac yerli sakinlərlə yanaşı, ərazidən keçən əcnəbi turistlərin də diqqətini çəkir. Daha ətraflı Bak

18 aprel
.

"Kömək elə" sözünü eşitdik, getdk, gördük keçiniblər" - Qətlə yetirilən ər və arvadın qonşusu - VİDEO

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə, kömək elə" səsi eşitdik. Gördük ki, keçiniblər". Bu sözləri Baku TV-ə qətlə yetirilən ər və arvadın qonşuları deyib. Qonşuların verdiy

19 aprel
.

Nazir: Şagirdlər arasında bulinq, qısnama və intihar halları olur

Şagirdlər arasında bulinq, qısnama və az sayda olsa da, intihar halları olur. "Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, məktəblərdə daha cidd

18 aprel
.

İki ölkə arasında qarşılıqlı raket hücumları: Müharibə BAŞLAYIR? - AÇIQLAMA

Bildiyimiz kimi, İran-İsrail arasında gərginlin artmaqda davam edir. İki ölkə arasında davam edən qarşılıqlı raket hücumları bir sıra suallar yaradır. Tərəflər bir-birini hücum olacağı təqdirdə cavabın ağır olacağını, nüvə obyektlərinə zərbə vurmaqla hədələyir. Bir sıra mənəbələrdə qeyd olunur ki, artı

19 aprel