DƏHŞƏT! Diş çəkdirməyə gedən şəxs canından oldu – VİDEO

DƏHŞƏT! Diş çəkdirməyə gedən şəxs canından oldu – VİDEO"Diş çəkdirməzdən öncə müayinə aparılmayıb"

ARB TV xəbər verir ki, paytaxtda, eləcə də bölgələrdə özəl stomatoloq kabinetləri, diş klinikaları günü gündən artmaqdadır. Belə demək mümkünsə "müştəri" cəhətdən də korluq çəkdiklərini qətiyyən demək olmaz. Bəlkə də elə pasientlərin çoxluğundandır ki, bəzi stomatoloqlar qaş düzəltmək istədikləri yerdə vurub gözü də çıxardırlar.

Sakin: "Bir dəfə bir klinikada olanda ürək döyüntülərim çox artıb. Diş çəkdirməzdən öncə müayinə aparılmayıb, heç "prob" da qoyulmamışdı".

Sakin: "Sadəcə olaraq iynə vurulub və dişimi çəkiblər, əlavə heçnə olmayıb".

Sakin: "Keyləşdirici vurmuşdular, özümü pis hiss etdim, əhvalım pisləşdi. Həkimlər müdaxilə etdi, dərman verdilər özümə gəldim".

Mütəxəssislər deyirlər ki, pasientlərdə də az yoxdu. Əksəriyyət diş çəkilməsini, müalicəsini sadə prosedur hesab edir. Bu isə bəzən xoşagəlməz hallara səbəb olur.

Cavidan Zeynalov – Həkim-Stomatoloq: "Düzgün yanaşmırlar. Xalqımız fikirləşir ki, əşşi dişdir də, getdim həkimə iynə vurdu, çəkdi qutardı. Amma dişin çəkilməsi çox böyük bir əməliyyatdır. Gepertanik, ürək-damar xəstəliyi olan pasiyentlərə yanaşma daha diqqətli olmalıdır. Həkim mütləq bilməlidir ki, bu xəstədə filan göstəricilər var, bu göstəricilərə görə biz bu manipulasiyanı edə bilərik, yoxsa yox".

Həkim deyir ki, bütün lazımı tədbirlər görülsə belə, bəzi hallarda keyidici iynələr orqanizmdə şok yarada bilir. Ona görə də hər bir stomatoloji kabinetdə lazımi şərait olmalıdır. Yəni, halı pisləşən pasienti özünə gətirmək, ölüm hadisəsinin qarşısını almaq üçün avadanlıqlardan tutmuş tibbi personala kimi hər kəs hazır olmalıdır.

Vaqif Nəbiyev – Anestezioloq: "Birinci elə klinikalara müraciət etməlisiniz ki, orda anestezioloq, reanimatoloq otursun. Bundan başqa, hər bir klinikada defebrlyator, oksigen olmalıdır. Biz min nəfərdən mininə də bu qayğını göstərsək ölümdə olmaz".

Bu gün yaşanan hadisəyə gəlincə, 41 yaşlı Arif Məlikovun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində müayinə olunub. Onu şok vəziyyətinə salan səbəbin nə olduğu açıqlanmasa da məlum olan bir şey var: bir diş bir insanı apardı. Deməli səhhətimizlə bağlı olan heç bir şeydə etinasız davranmamalıyıq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 3476   Tarix: 14 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Sürücü iki gözətçini vurdu - ANBAAN VİDEO

Gəncə şəhərində dəhşətli hadisə baş verib. -ın məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil idarəetməni itirərək ərazidə xidmət aparan gözətçini vurub. Qəza təhlükəsizlik kamerasında anbaan qeydə alınıb. Hadisə bir neçə gün əvvəl baş versə də, videogörüntülər bu gün yayılıb. Daxili İşlər Nazirliyini

18 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Rektorun anası koronavirusdan vəfat etdi

Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyliyə ağır itki üz verib. Unikal.org-un məlumatına görə, rektorun anası Sveta xanım koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!

13 sentyabr 2021
.

Azərbaycan Müdafiə Nazirliyi Rusiya MN-ə məktub ünvanladı

Digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanmışdır

12 sentyabr 2021
.

Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

Sabirabadda baş vermiş ağır yol qəzasında Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Elşən Ağayev həyatını itirib. "Report"a istinadən xəbər verir ki, hadisə Yastıqoba kəndind

13 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021