Zakir Həsənov ilk dəfə MiQ-29 qəzasından danışdı – ŞOK DETALLAR

Zakir Həsənov ilk dəfə MiQ-29 qəzasından danışdı – ŞOK DETALLARTam məsuliyyətimlə deyirəm ki, bütün tədbirlər tam qanun çərçivəsində, yüksək peşəkarlıqla icra olunubdur.

Axar.az xəbər verir ki, bu sözləri Müdafiə naziri Zakir Həsənov Real TV-də yayımlanan "Mir Şahin vaxtı" verilişində MiQ-29-un qəzaya uğraması və pilot Rəşad Atakişiyevin həlak olması ilə bağlı Mir Şahinin suallarını cavablandırarkən deyib.

General bildirib ki, pilot Rəşad Atakişiyev yüksək hazırlıqlı peşəkar olub:

"Biz komissiya yaratdıq, komissiyaya mənim əmrimlə peşəkar pilotlar, mühəndislər, Hərbi Prokurorluğun nümayəndələri, xarici və müstəqil mütəxəsislər daxil olmuşdu. Onlar əsas bu suala cavab verdilər ki, təyyarənin son ana kimi bütün avadanlıqları işləyib, qırıcı son ana kimi, suya daxil olana qədər tam işlək vəziyyətdə olub.

İkinci məqam: əgər təyyarə ilə toqquşma olsaydı, bu, qara qutuda öz əksini tapacaqdı. Bütün Azərbaycanda olan digər qurumların radarları ilə bizim radarların məlumatları üst-üstə düşdü.

Pilotun son anda zəif də olsa, təyyarəni idarə etməyə çalışması onu deməyə əsas verir ki, pilot göydə zərbə alıb.

Hətta biz mütəxəssislərə müraciət etdik ki, gecə vaxtı quşla toqquşma ola bilərmi? Onlar təsdiqlədilər.

Həkimlər rəy verdilər ki, hansı vəziyyətdə insan belə bir hərəkət edə bilər. Bunun hamısını danışmayacam – bu, böyük bir sənəddir. Komissiyanın rəyində bütün bu suallara cavab verilib.

Bəziləri deyir ki, pilotun səsi niyə oxunmayıb? Ancaq onlar bilmirlər ki, qara qutuda pilotun səsi yazılmır".

General komissiya üzvlərinə tam şəkildə inandığını bildirib.

Z.Həsənov həmçinin deyib ki, bu hadisədən sonra ABŞ-da müasir F-18 qırıcısı, onun ardınca Hindistanın Rusiyadan aldığı ən müasir Su-30, bunun ardınca isə Pakistanda və Rusiyada qırıcı qəzaları oldu.

"Əgər qırıcıda xəta olsaydı, biz bunu açıq şəkildə ictimaiyyətə deyərdik. Çünki ən müasir təyyarədə nöqsan olursa, texniki problem olursa, bizdə niyə olmasın? Hətta pilotun səhvi olsaydı, onu da deyərdik. Çünki pilotlar səhv edirsə, bizdə də ola bilərdi. Təəssüf ki, ən müasir təyyarələrdə də bunlar baş verə bilər. Bu, döyüş hazırlığı ilə bağlı deyil, təəssüf ki, belə qəzalar olur".

General bildirib ki, bu hadisədən sonra biz bütün təyyarələrimizi bir daha yoxladıq:

"Kimlərsə deyir ki, bu təyyarələrimiz köhnəlib. NATO dövlətlərində 70, 80-ci illərin F-16-ları uçur. Vaxtlı-vaxtında o təyyarələr təmir edilir, yeni texnikalarla təchiz edilir. Əgər müqayisə etsək, həm NATO, həm də keçmiş Sovet ölkələrində uçan təyyarələrin 80 faizi 70-80-ci illərin təyyarələridir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4083   Tarix: 16 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

"Ölən öləcək, qalan qalacaq, həyat davam edir" - Rəşid Mahmudov pandemiyadan danışdı

Mütəxəssislər havaların soyuması ilə əlaqədar olaraq yoluxma sayının artacağını proqnozlaşdırırlar. Bununla bağlı artıq həyəcan təbili çalınır. Maraqlıdır insanların qapalı məkanlarda toplaşması, məktəblərin açılması həqiqətənmi yoluxmanı artıracaq?. Tibb Universitetinin dosenti, Əməkdar müəllim Rəşi

17 sentyabr 2021
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17 sentyabr 2021
.

Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA

Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

"Yaralanmışam, pensiya ala bilmirəm" - Müharibədə iştirak edən futbolçu

Vətən müharibəsi qazisi, "Kəpəz" klubunun sabiq futbolçusu, 1998-ci il təvəllüdlü Talib Rzayev müharibədə yaralanmağına baxmayaraq, ona hələ də əlillik dərəcəsinin təyin edilməməsindən narazıdır. Bu barədə "Qafqazinfo"ya müraciət edən T. Rzayev bildirib ki, 2019-cu ildə əsgərliy

17 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021