Stalinin zirehli avtomobili: Ölümdən sonrakı həyat - FOTO

Stalinin zirehli avtomobili: Ölümdən sonrakı həyat - FOTOOndan qorxurdular və hər zaman yol verirdilər.

Söhbət Stalinin özündən yox, onun idarə etdiyi "ZİS-115" avtomobilindən gedir. Bu, SSRİ-də istehsal edilən ilk zirehli sedan avtomobili idi. Avtomobilin Stalindən sonrakı taleyi də maraqlıdır.
Stalinin ölümündən sonra bu unikal avtomobil Bauman adına universitetin arxa həyətinə aparıldı. Bir müddət sonra isə tamamilə yoxa çıxdı. 2002-ci ildə isə Moskvaətrafı bağ evlərinin birində üzə çıxdı.
Məsələ belə olub. Moskva Dövlət Texniki Universitetinin professoru Vadim Zadorojnı adlı kolleksionerə müraciət edərək, maraqlı bir eksponata baxmağı xahiş edib. O bildirib ki, bağ evində dəyərli avtomobil var. Kolleksioner bağ evinə gələndə yarıya gədər torpağa girən qara sedanı görüb. Zadorojnı Lixaçev adına zavodun arxivində araşdırma apardıqdan sonra avtomobili almaq qərarına gəlir.

Avtomobil müharibə illərində (İkinci Dünya Müharibəsi nəzərdə tutulur) istehsal edilən "ZİS-110" modelinə çox bənzəyirdi. Əslində isə 1949-cu ildə partiya elitası üçün nəzərdə tutulan "ZİS-115" modeli texniki xarakteristikasına görə, "ZİS-110" modelindən çox fərqlidir.

Avtomobilin kuzovu Avropa və ABŞ-da istehsal edilən xüsusi maşınlar kimi ayrı-ayrı zirehli panellərdən ibarət deyil. Bu, xüsusi konstruksiyadır və faktiki olaraq avtomobil zirehli kapsuldur.
Bundan əlavə, korpusda zirehin davamlılığını yoxlamaq üçün açılan atəş izləri də var.
Avtomobilin pəncərələri 35 mm eni olan xüsusi, gülləkeçirməz şüşələrdən hazırlanıb.

Avtomobilin salonu genişdir və 6-7 nəfər üçün nəzərdə tutulub. Salonda dəri, villur və təbii yundan istifadə edilib. Ön panel ağcaqayın ağacından hazırlanıb. Cihazlar qurğusunun rəngi sürətə görə dəyişir. Məsələn, 40 km/saat sürətdə yaşıl, 40-80 km/saat sürətdə narıncı, 80 km/saat-dan yuxarı sürət zamanı isə qırmızı rəngdə olur. Sözügedən model 1949-cu ildə istehsal edilib.

Bu avtomobil professorun bağ evinə necə düşüb?

Məlum olub ki, Stalinin ölümündən sonra onun "ZİS-115" markalı avtomobili Lixaçev adlı zavoda utilizasiya üçün göndərilib. Amma naməlum səbəblərə görə, maşını Bauman adına universitetə müxtəlif sınaqlar üçün veriblər.

Vaxt ötdükcə avtomobildən inkassator kimi istifadə etməyə başladılar. Sonra isə bu işdən də imtina edib Stalinin avtomobilini arxa həyətə göndərdilər. Burada maşın uzun illər qaldı və müəllimlərdən biri sonradan maşını aldı.

Zadorojnı Stalinin maşınını aldı və bərpa etmək üçün ustalara təhvil verdi. Ustalar bir il maşının üzərində "tər tökdülər". Unikal modeli hazırlayan mühəndislər çoxdan vəfat etmişdilər. Amma ustalara arxiv sənədləri kömək edirdi.

Bərpa işlərindən sonra Stalinin maşını 300 km məsafə qət etdi. "ZİS-115"in sükanı arxasına keçən və sürəti 100 km/saat sürətə qədər artıran şəxs bildirib ki, maşın idarəetmədə əladır. Amma sınaq zamanı təkərlərdən biri partlasa da, qəzadan yayınmaq mümkün olub.
Hazırda Stalinin şəxsi avtomobili Moskva vilayətinin Arxangelsk qəsəbəsində Vadim Zadorojnı texniki muzeyində sərgilənir. Onun qiyməti ən azı 3-4 milyon dollardır. Amma satılmır...
Stalinin zirehli avtomobili: Ölümdən sonrakı həyat - FOTOStalinin zirehli avtomobili: Ölümdən sonrakı həyat - FOTOStalinin zirehli avtomobili: Ölümdən sonrakı həyat - FOTOStalinin zirehli avtomobili: Ölümdən sonrakı həyat - FOTOStalinin zirehli avtomobili: Ölümdən sonrakı həyat - FOTOStalinin zirehli avtomobili: Ölümdən sonrakı həyat - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3858   Tarix: 17 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəmkir kartofu bazarlarda niyə baha satılır? - VİDEO

Bir kiloqramı üç, dörd, hətta beş manata təklif olunur. Xəzər TV-yə istinadən bildirir ki, paytaxt bazarlarında Şəmkir kartofu müxtəlif qiymətlərə təklif olunur. Elə satıcılar var ki, sözügedən kartofu üç manata, bəziləri isə beş manata satışa çıxarırlar. Alıcılar isə kartof alan zaman onun hansı bölgədə

14 aprel
.

Anasını və qardaşını öldürən QƏDDAR HÖKMDAR

Roma imperatoru Neron Qay Yuli Sezarın nəslindən olan və Romanı idarə edən sonuncu hökmdar sayılır. 13 il 8 ay hakimiyyətdə olan Neron öz qəddarlığı, kütləvi edamları və ailə üzvlərini öldürmək barədə göstəriş verməsi ilə yadda qalıb. Bundan başqa, onun incəsənətə böyük marağı olub. Neron teatr səhnəsind

6 aprel
.

Endirimi kassaya qədər olan mağazalar - ARAŞDIRMA + VİDEO

Endirim, yoxsa müştəri cəlb etmək üsulu?. xəbər verir ki, əksər mağazalarda endirim adı altında qoyulan məhsullar elə endirimsiz qiymətinə satılır. Belə hallarla rastlaşan sakinlərin sözlərinə görə, çox vaxt kassada bununla bağlı problem yaşayırlar. Ekspertlər də təsdiqləyir, xüsusilə paytaxt Bakıd

14 aprel
.

"WhatsApp"da yeni funksiya

Məşhur "WhatsApp" mesencerinin istifadəçiləri "Instagram"da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Ekspertlər bildiriblər ki, servis tərtibatçıları "Instagram"la "WhatsApp" uyğunluğunu aktiv şəkildə tətbiq edirlər

13 aprel
.

Süni intellektdən "Maşa və Ayı" animasiyası ilə bağlı şokedici CAVAB

Rusiyanın "Yandex" şirkətinə məxsus "Alisa" virtual səs assistenti artıq istifadəçilərə "Maşa və Ayı" cizgi filmində qəhrəmanın əslində öldürülmüş qızın ruhu olduğunu demir. Bu barədə "Yandex" şirkətindən xəbər verilib. Bildirilib ki, bu, tək-tük belə hadisələrdəndi

7 aprel
.

Dünyanın ən yaşlı siam əkizləri vəfat etdi

Dünyanın ən yaşlı siam əkizləri Lori və Cor Şappel vəfat edib. Axşam.az xəbər verir ki, əkizlər 62 yaşında dünyasını dəyişib. Onların naməlum səbəbdən öldüyü bildirilib. Qeyd edək ki, əkizlər 1961-ci ildə birləşmiş kəllələri ilə dünyaya gəlmişdilər. Onlar eynicinsli əkizlər idi, lakin 2007-ci ildə Dor

14 aprel
.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemini gücləndirir və orqanizmin enerji istehsalına kömək edir. Tərkibində çoxl

13 aprel
.

Şokolad və ondan hazırlanan şirniyyatların qiymətləri bahalaşır - SƏBƏB

Bu il iki dəfə bahalaşan kakaonun qiymətində hələ də yüksələn dinamika müşahidə edilir. Kakaonun bir tonunun qiyməti 10 min dolları keçib. Bu bahalaşma nəticəsində 2024-cü il ərzində və gələn il şokoladın qiymətinin də artacağı gözlənilir. 2023-2024-cü il mövsümündə əvvəlki 12 aya nisbətən kakao istehsalınd

13 aprel
.

Avtomobilin paslanmasına səbəb olan SƏHVLƏR

Gec-tez bütün avtomobillər paslanmağa başlayır. Mütəxəssislər avtomobil sahiblərinin maşında korroziyaya səbəb olan bir neçə ciddi səhvlərinin adını çəkiblər. xəbər verir ki, motoristlər tez-tez satın alındıqdan dərhal sonra korroziyaya qarşı mübarizə aparmağa çalışarkən səhv edirlər. Bütün sahiblə

6 aprel