Azərbaycanın ilk qadın opera müğənnisi - Tağıyev ondan üz çevirdi, qoçular öldürmək istədi

Azərbaycanın ilk qadın opera müğənnisi - Tağıyev ondan üz çevirdi, qoçular öldürmək istədiAzərbaycanın ilk peşəkar qadın opera müğənnisi (lirik koloratur soprano), opera artisti Şövkət Məmmədova opera partiyaları ifa edən ilk peşəkar milli sənətkarımız olub. Digərlərindən fərqli olaraq, klassik Avropa üslubunda oxuyan müğənni həssas və zərif musiqi duyumu, səsinin lirik axıcılığı ilə seçilirdi.

Oxu.Az xəbər verir ki, Şövkət Məmmədova 1897-ci il aprelin 18-də Tiflis şəhərində kasıb pinəçi ailəsində anadan olub.

Atası altı yaşında onun musiqiyə olan marağını görür. Bu səbəbdən atası 1910-cu ildə milyonçu xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin dəstəyilə onu Bakıya göndərir. Nənəsi ilə Bakıya gələn Şövkət 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı Sona xanımın köməyi ilə İtaliyanın Milan şəhərindəki musiqi məktəbinə daxil olur.

Tağıyev hər ay ona xüsusi təqaüd göndərir. Lakin bir il sonra təhsili üçün göndərilən vəsait kəsildiyi üçün o, təhsilini Tiflis musiqi məktəbində davam etdirməli olur.

Musiqişünasların ehtimallarına görə, təqaüdün kəsilməsinin əsas səbəbi xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə Şövkət Məmmədova arasındakı inciklik olub. Belə ki, gözügötürməyənlər Milanda təhsil alan bu xanım barəsində müxtəlif şayiələr yayaraq onu Hacının gözündən salıblar.

Böyük səhnəyə gedən yol onun üçün çətin olur…

Tağıyevlə arası dəyən müğənni 1912-ci ildə Üzeyir Hacıbəyli ilə tanış olur. Həmin il ilk dəfə peşəkar ifaçı kimi Bakının Tağıyev teatrında Üzeyir Hacıbəylinin "Ər və arvad" operettasından bir neçə parça ifa edir.

Konsertdən əldə olunan gəlir onun təhsilini yenidən İtaliyada davam etdirməsi üçün nəzərdə tutulmuşdu. Amma qadının səhnəyə örtüksüz çıxması Bakının müsəlman icmasını xeyli qəzəbləndirir.

Qoçular Şövkət Məmmədovanı öldürmək istəsələr də, Üzeyir Hacıbəyli və dostlarının köməyilə o, Abşeron kəndlərinin birində gizlədilir. Daha sonra müğənni gizlin yolla Biləcəri stansiyasından Tiflisə yola salınır. Şövkət Məmmədova elə Tiflisdə musiqi təhsilini davam etdirir.

1915-ci ildə Kiyev Konservatoriyasına (indiki Kiyev Musiqi Akademiyası) daxil olan müğənni A.Şperlinqin vokal sinifində oxuyub. Məşhur bəstəkar Reynqold Qlier ilə birlikdə verdiyi konsertlərdə həm klassik Avropa operalarından ariyalar, həm də Azərbaycan xalq mahnıları ifa edib.

1920-ci ildə Kiyevdə tələbələrin təşkil etdikləri gürcü dərnəyində hazırlanan Valerian Qunianın "Qardaş və bacı" (Marina), David Eristavinin "Vətən" operalarında, Şalva Dadianinin "Şeni çiri me" ("Qadan alım") komediyasında, Valerian Qunianın "Vəkili yanında" (Naznani), "Vəba vaxtı" (Eteri) məzhəkələrində çıxış edib.

Şövkət Məmmədovanın təşəbbüsü ilə Azərbaycana gələn Reynqold Qlier Bakı səfərindən bəhrələnərək "Şahsənəm" operasını yazır və əsəri Şövkət Məmmədovaya ithaf edir.

Kiyevdə oxuduğu müddətdə müğənni Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurub.

1921-ci ildən Şövkət Məmmədova Rusiya, Fransa, İtaliya, İran və Gürcüstanda çıxışlar edir. İtaliyaya səfəri zamanı isə yenidən Milan musiqi məktəbinə daxil olur və 1912-ci ildə yarımçıq qalan təhsilini 1927 və 1930-cu illərdə tamamilə bitirir.

Şövkət Məmmədova opera və balet teatrında "Sevilya bərbəri" operasında Rozina, "Riqoletto"da Cilda, "Şah İsmayıl"da Gülzar, "Arşın mal alan"da Gülçöhrə və başqa aparıcı partiyaları ifa edib. Bu ifalar Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açıb.

Müğənni 1923-cu ildə Azərbaycanda Azərbaycanda ilk not nəşriyyat idarəsini və Bakı Ali Teatr məktəbini (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) yaradır.

Eyni zamanda, həmin il onun təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılır. 1923-1925-ci illərdə texnikumun direktoru, həm də not nəşriyyatının müdiri vəzifəsində çalışır.

Teatra da böyük marağı olan müğənni 1939-1945-ci illərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Opera və Balet Teatrında direktor işləyib. Məhz onun təşəbbüsü ilə həmin teatrda Əfrasiyab Bədəlbəylinin yazdığı və Azərbaycanın ilk baleti olan "Qız qalası"nın ilk tamaşası 1940-cı ilin aprelin 18-də nümayiş olunub.

Şövkət Məmmədova 1945-ci ildən ömrünün son günlərinədək Azərbaycan Dövlət Konservatoriyasında tələbələrə peşəkar vokal dərsləri verib. SSRİ Xalq artistləri Firəngiz Əhmədova, Müslüm Maqomayev və başqaları onun tələbələri olub.

Azərbaycan və dünya klassik bəstəkarlarının müxtəlif janrlı vokal əsərləri Şövkət xanımın ifasında lentə alınaraq vala yazılıb.

Şövkət Məmmədova Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə iki dəfə "Lenin ordeni", iki dəfə "Qırmızı Əmək Bayrağı" və "Şərəf nişanı" ordenləri ilə təltif edilib. 1938-ci ildə isə SSRİ Xalq artisti fəxri adına layiq görülüb.

1981-ci il iyunun 8-də vəfat edən sənətkar Fəxri xiyabanda dəfn olunub. Ölümündən sonra Azərbaycan Dövlət Konservatoriyası yanında opera studiyasına onun adı verilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1122   Tarix: 18 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 25-ə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfer təzyiq

24 aprel
.

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə "BMW 520i" alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Sumqayıt Şəhər İcra Hakimiyyəti sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi "İmprotex Motors" Məhdud Məsuliyyətli Müəssisə (VÖEN – 140064731) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti "İmprotex Motors"

24 aprel
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel
.

Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ

Bakı şəhərində bir çox restoranlar var ki, onların havaya buraxdıqları tüstü ətrafdakı insanları narahat edir. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev -ə bildirib ki, aparılan monitorinq və ölçmə işləri zamanı atmosfer havasına atılan zərərli maddələrin miqdarını

24 aprel
.

"40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı erməni lobbisinin sifarişiylə hazırlanıb" - DEPUTAT

Xəbər verdiyimiz kimi Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. Siyahıda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Dövlət Təhlükəsizliy

24 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel