Dünyanın ən varlı qadınları - SİYAHI + FOTO

Dünyanın ən varlı qadınları - SİYAHI + FOTODünyada milyonlara sahib olan tək kişilər deyil.

Onlar arasında sərvəti milyonları aşan zərif cinsin nümayəndələri də var.

Bu siyahıdan olan qadınların demək olar ki, hamısı öz zəhmətləri və istedadları sayəsində sərvət qazanıblar və heç kim onlara miras qoymayıb. Bəziləri televiziya və kitablardan, digərləri qadınlara uyğun bilinməyən bir işlə - içki və mebel istehsalı, habelə daşınmaz əmlakla məşğul olub milyonlar qazanıblar. Lakin bu siyahıda həyat yoldaşı ilə şansı gətirən qadınlar da var.

Larisa Belobrova, 260 milyon dollar
Dünyanın ən varlı qadınları - SİYAHI + FOTOLarisa Belobrova Rusiyadakı ən varlı aktrisadır, Primorski dram teatrında çalışır. Amma cibinə milyonlar teatrdakı rolları ilə deyil, Larisanın yarıdan çoxuna sahib olduğu Primorye Bankının səhmləri hesabına gəlib.

O, balıqçılıq bazasına da sahibdir. Xoşbəxtlik quşu əri Sergey Darkinin dövlət qulluğuna təyin olunandan sonra qadının başına qonub. O, hazırda Regional inkişaf nazirinin müavinidir.

Coan Rouling, 1 milyard dollar
Dünyanın ən varlı qadınları - SİYAHI + FOTOCoan Roulingin həyatını dəyişdirən əsas məqam Londonun Kings Kross stansiyasında, Mançesterə gedən qatarı gözlədiyi vaxt Harri Potteri beynində canlandırması olub. İndi həmin stansiyada kitabda bəhs olunan gənc sehrbazın abidəsi var. Harri Potter seriyasi tarixin ən çox satılan kitabı olub və müəllifinə 1 milyard dollar qazandırıb.

Olqa Belyavtseva, 550 milyon dollar
Dünyanın ən varlı qadınları - SİYAHI + FOTO90-cı illərin əvvəllərində Olqa Belyavtseva konserv zavodunda qablaşdırmaçı kimi işə başlayıb və tezliklə karyera pilləllərində uğur zirvəsinə qalxıb. 2000-ci illərin əvvəllərində fabrik özəlləşdirildikdə Olqa bu fabrikin məhsullarını yaymaq üçün şirkət yaradıb.

Onun şirkətinin istehsal etdiyi şirələr Rusiya bazarının 30%-ni tutur və hazırkı sərvəti 550 milyon dollar qiymətləndirilir.

Keti İrlandiya, 360 milyon dollar
Dünyanın ən varlı qadınları - SİYAHI + FOTOKeti İrlandiya "Sport İllustratet" səhifələrində yer alan model kimi dünyada məşhurdur və hazırda ABŞ-ın ən varlı qadınlarından biri sayılır. Digərlərindən fərqli olaraq Keti modellik biznesinə başlamazdan öncə artıq iş xanımı kimi tanınıb və bu sahədə uğurlu nəticələr əldə edib. Uşaq ikən daşlar boyayıb və suvenir kimi onları satan Keti həm də müəyyən yerlərə qəzet paylayıb. Onun bir çox biznes layihəsi var: pivə, corab, idman geyimləri istehsalı və mebel biznesi. Şirkətinin dövriyyəsi 2,5 milyard dollar, şəxsi sərvəti isə 360 milyon dollar təşkil edir.

Vu Yajun, 10.4 milyard dollar
Dünyanın ən varlı qadınları - SİYAHI + FOTOMaşın Mühəndisliyi fakültəsini bitirən Vu Yajun elektronika fabrikində işə düzəlir, lakin dörd il sonra jurnalistika sahəsinə keçid edir. Yeni iş yerində ilk mənzili üçün pul yığmağı bacarır. Beləliklə, Vu Çində daşınmaz əmlak problemləri ilə qarşılaşır və öz şirkətini açmaq qərarına gəlir. 2012-ci ildə o, Çinin ən varlı qadını olur. Amma ərindən boşanması onu 3 milyard dollardan məhrum edib. İndi Vu Yajunun var-dövləti 10.4 milyard dollar dəyərində qiymətləndirilir.

Sara Blakeli, 1 milyard dollar
Dünyanın ən varlı qadınları - SİYAHI + FOTOVəkil olmaq üçün bir neçə uğursuz cəhddən sonra Sara Disneylendə gələn müştərilərə oyun, əyləncə məkanının xidmətindən yararlanmağı tövsiyə edən satış məsləhətçisi kimi çalışmağa başlayıb, sonra faksları satmaqla məşğul olub. Bir gün ziyafətə gedərkən Sara əynindəki uzanan corabların onun daha yaxşı görünməsinə kömək etdiyini, lakin sandaletlərlə dəhşətli göründüyünü aşkar edib. Bir az düşündükdən sonra o, corabın ayaq hissəsini kəsib və ertəsi gün patentin necə qeydiyyata alınması barədə məlumat axtarıb. Sara ideyaya 5 min dollar sərmayə qoyub. Birinci il üçün gəlir 4 milyon dollar, bir neçə ildən sonra isə bu məbləğ qat-qat artaraq, 250 milyon dollar səviyyəsinə çatıb. Beləcə, Sara Blakin adı qadın milyonçularının sırasına daxil oldu.

Opra Uinfrey, 2,8 milyard dollar
Dünyanın ən varlı qadınları - SİYAHI + FOTOOpra yeganə milyarder afroamerikalıdır. O, kasıb qulluqçu və mədənçi ailəsində anadan olub. 17 yaşında Uinfrey karyerasına başlayıb, əyalətində ilk qara dərili reportyor olub. Opranın sərvətindəki aslan payı (2 milyard dollar) 25 illik şousundakı fəaliyyətindən əldə edilən gəlirdir.

Martа Stüart, 300 milyon dollar
Dünyanın ən varlı qadınları - SİYAHI + FOTOMarta ilk pulunu vasitəçilik yolu ilə qazanıb, amma ailəsi və ev işləri vaxtının çoxunu almağa başlayıb. Bu səbəbdən o, birjanı tərk etmək məcburiyyətində qalıb. O, bu vaxtının boş keçməməsi üçün bir neçə aşpaz kitabı yazaraq, bu janrın ən populyar yazıçılarından birinə çevrilib. Stüartın sərvəti 90-cı illərin sonlarında televiziyada əmtəə (mal) satan şirkət sayəsində 1 milyard dollara çatıb. Lakin 2001-ci ildə Stüart kiçik əczaçılıq şirkətində səhmləri satmaq üçün insayder məlumatlardan istifadə etdiyinə görə məhkum olunub. Qalmaqal səbəbindən Stüartın qurduğu bir neçə biznes iflasa uğrayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 3228   Tarix: 18 sentyabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən AÇIQLAMA

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər. -a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı jurnalisti

22 aprel
.

Rusiya müdafiə nazirinin müavini həbs edildi - FOTO/VİDEO

Məhkəmə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Rusiya İstintaq Komitəsinin açıqladığı məlumata görə, nazir müavini RF Cinayət Məcəlləsinin 290-cı maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvətalma) saxlanılıb

24 aprel
.

Toy günü bəy gəlinin rəfiqəsinə qoşulub getdi

Çində toy gözlənilməz sonluqla bitib. Ölkə.Az "milliyet"ə istinadla xəbər verir ki, bəy və onun qohumları toya hazırlıq üçün səhər tezdən gəlinin evinə gəliblər. Gəlinin ailəsi gözlənilmədən bəyə bildirib ki, əgər onlara 500 min yuan verməsə, toy olmayacaq. Təəccüblənən bəy ona zarafat etdiklərin

22 aprel
.

Rusiyada naməlum şəxslər polisləri güllələdilər: Ölənlər var - FOTO

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasında naməlum şəxslər üç polisi güllələyib, patronlu pulemyotları oğurlayıb, qaçıblar. Hadisə təhlükəsizlik qüvvələrinin patrul xidməti apardığı zaman baş verib. Polislərdən ikisi hadisə yerində, biri isə xəstəxanada ölüb. Ölənlər tağım komandirinin müavin

22 aprel
.

ABŞ senatoru soyğunçuluğa görə həbs edilib

ABŞ-nin Minnesota ştatının senatoru və keçmiş yerli televiziya meteoroloqu Nikol Mitçell Detroyt-Leyksdə soyğunçuluqda şübhəli bilinərək həbs olunub. Bu barədə zərərçəkmiş polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Mitçelli həbs ediblər. Polis və prokurorluq hadisə ilə bağlı açıqlam

23 aprel
.

Narkotik çəkib, özünü yandırdı - VİDEO

Park edilmiş avtomobilin içərisində yanmış kişi meyiti tapılıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. İddiaya görə içdiyi narkotik vasirıni üzərinə tökərək özünü yandırıb. Hadisədən sonra əraziyə çoxlu polis, sağlamlıq və hadisə yeri araşdırma qrupları göndərilib. Poli

22 aprel
.

Əsl anasını 25 il sonra efirdə tapdı - İzləyicilər ŞOKDA

Türkiyənin ATVkanalında yayımlanan Esra Erol proqramına qatılan 26 yaşlı Uğur Yeşilçimen 5 il əvvəl vəfat etdiyi deyilən anasının əslində xalası olduğunu öyrənib. Esra Erol Uğuru əsl anası Banu ilə görüşdürülüb. Türkiyə mediasına istinadla bildirir ki, hələ 17 günlük olarkən Antalyada övladlığa götürülə

22 aprel
.

Yol polisinin saxladığı sərxoş sürücü: "Mən cənazədən gəlirəm"

Türkiyədə polis tərəfindən saxlnılan əxsin sözləri gündəm olub. xarici mediaya istinadən xəbər verir ki, sərxoş sürücü ifadəsində "cənazədən gəlirəm" deyə bildirib. Sürücünün 0,51 promil sərxoş olduğu müəyyənləşib. Pul cəzası kəsilən sürücünün vəsiqəsi 6 ay müddətinə müsadirə edilib. Sərxo

23 aprel
.

"Məni vecinə almadınız" dedi, xəstəxanaya hücum etdi - VİDEO

Müalicə üçün gələn və ona baxılmadığını iddia edən şəxs xəstəxanaya hücum edib. xarici mediaya həmin şəxs ov tüfəngi ilə xəstəxanaya hücum edərkən saxlanılıb. Təcili xidmətin girişi qarşısında polis qrupları tərəfindən saxlanılan şəxs ilk ifadəsində boğaz xərçəngi olub-olmaması üçün müayinə olunmaq üçü

24 aprel